COVID-19-un beynimizə uzunmüddətli təsiri
COVID-19 keçirən insanlar onun mənfi nəticələrini illərlə hiss edə bilərlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Liverpul Universiteti, London Kral Kolleci və Kembric Universitetinin alimləri müəyyən ediblər ki, COVID-19 insan beyninə uzunmüddətli mənfi təsir göstərir.
Araşdırmaya görə, ağır formada COVID-19 keçirib xəstəxanaya yerləşdirilən xəstələr oradan çıxarıldıqdan 12–18 ay sonra belə əhəmiyyətli dərəcədə idrak (kognitiv) funksiyalarının zəifləməsini göstərirlər. Onlarda müşahidə edilən zehni geriləmə sağlam insanda təxminən 20 illik normal qocalma prosesi ilə müqayisə oluna bilər. Bu xəstələrin beynində müəyyən sahələrin həcminin azalması qeydə alınıb, həmçinin qanda sinir hüceyrələrinin zədələnməsi ilə əlaqəli zülalların səviyyəsi yüksəlib.
Araşdırmada ağır COVID-19 keçirən 351 nəfər iştirak edib və onların göstəriciləri 3000 nəfərlik nəzarət qrupunun məlumatları ilə müqayisə olunub. İdrak testləri, beynin həcmini qiymətləndirmək üçün MRT və sinir toxumasının zədələnmə biomarkerlərini müəyyən etmək üçün qan analizləri istifadə edilib. Xüsusilə narahatedici məqam odur ki, xəstəlik dövründə aşkar nevroloji simptomlar yaşamayan pasiyentlərdə belə ciddi kognitiv pozuntular aşkarlanıb.
MRT nəticələri yaddaş, diqqət və icraedici funksiyalara cavabdeh olan beyin sahələrinin həcminin azaldığını göstərib. Bundan başqa, beyin toxumasının zədələnməsini göstərən zülalların yüksəlmiş səviyyəsi ilə beyin həcminin azalması arasında birbaşa əlaqə tapılıb ki, bu da COVID-19-dan sonra idrak pozuntularına səbəb olan bioloji mexanizmlərin mövcudluğunu təsdiqləyir.
Alimlər vurğulayırlar ki, bu məlumatlar koronavirus infeksiyasının beyin üzərində uzunmüddətli təsirlərinin daha dərindən öyrənilməsinin və post-kovid sindromunun effektiv müalicə üsullarının hazırlanmasının vacibliyini göstərir. Qeyd etmək lazımdır ki, son araşdırmalar kognitiv məşqlər, fiziki aktivlik və keyfiyyətli yuxunun COVID-19-un beyin üçün yaratdığı nəticələri qismən kompensasiya edə biləcəyini göstərir. Antioksidantların və iltihab əleyhinə preparatların ağır xəstəlikdən sonra sinir sisteminin dəstəklənməsində potensial faydası da müzakirə olunur.
Beləliklə, COVID-19 təkcə ağciyərlərə və ürək-damar sisteminə təsir etməklə kifayətlənmir, həm də kognitiv qabiliyyətlərdə uzunmüddətli dəyişikliklər yarada bilər. Bu isə ağır infeksiyanı keçirmiş insanlar üçün kompleks reabilitasiya proqramlarının hazırlanmasını xüsusilə aktual edir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI
Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı
22.08.2021 1318 Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI
Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm
08.09.2021 598 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Beyin və yaddaş üçün faydalı olan idman
Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə
15.08.2021 882 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483