Gündə neçə fincan qəhvə təhlükəsizdir? - Həkim xəbərdarlığı

Gündə neçə fincan qəhvə təhlükəsizdir? - Həkim xəbərdarlığıOrqanizmdə kofeinin həddindən artıq toplanması koronar arteriyanın daralmasına və nəticədə miokard infarktına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, kofein qısa müddətdə arterial təzyiqi yüksəldir. Bu xüsusilə hipertoniyası və aterosklerozu olan şəxslər üçün təhlükəlidir, çünki onların ürək-damar sisteminə əlavə yük düşür. Belə vəziyyət tromb əmələ gəlməsinə və damar tutulmasına yol aça bilər.

Kofein eyni zamanda damar spazmına səbəb ola bilər. Bu xüsusilə aterosklerozdan zədələnmiş koronar arteriyalarda qan axınının kəskin azalmasına gətirib çıxara bilər. Həmçinin, kofeinin artıq qəbulu sinir sistemini stimullaşdıraraq ürək ritminin pozulmasına səbəb ola bilər.

Belə proseslər ürək əzələsinin oksigen tələbatını artırır və işemiya yaradır ki, bu da infarkt riskini yüksəldir. Kofein əlavələri, energetik içkilər və bəzi dərmanlar xüsusilə təhlükəlidir, çünki onların dozasına nəzarət etmək çətindir və bəzi antibiotiklər, antidepresantlar kofeinin parçalanmasını ləngidir.

Sağlam insanlar üçün təhlükəsiz gündəlik kofein miqdarı 400 milliqrama qədərdir, yəni təxminən 3-5 fincan qəhvəyə bərabərdir. Ürək-damar problemi olan şəxslər isə kofein qəbulunu mütləq həkimlə məsləhətləşməlidirlər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 850   Tarix: 23 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr qatıq yeməyin faydaları və zərərləri

Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilən qatıq həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Lakin bəzi hallard

31.05.2026 409
.

Bağırsaq sağlamlığı üçün nə yemək lazımdır? - Ən faydalı 5 məhsul

Bağırsaqların vəziyyəti təkcə həzmə deyil, həm də immunitetə, metabolizmə və ümumi sağlamlığa birbaşa təsir göstərir. Mikrobiota balansını qorumağa probiotiklərlə zəngin qidalar kömək edir. Mütəxəssislər bağırsaq sağlamlığı üçün xüsusilə faydalı olan 5 probiotik məhsulu açıqlayıb. Qaynarinfo xəbər veri

01.06.2026 518
.

Gündə neçə fincan çay içmək faydalıdır?

Çay ürək-damar xəstəlikləri və onkoloji xəstəliklər də daxil olmaqla, müxtəlif səbəblərdən ölüm riskinin azaldılmasına kömək edir. xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Darya Boqomolovanın açıqlamasına əsasən məlumat dərc edib. Yetkin insanlar üçün qara və ya yaşıl çayın tövsiyə olunan gündəli

14.06.2026 247
.

Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib

Sağlam qocalmaq və beyin fəaliyyətini qorumaq üçün hər gün nar yemək faydalı ola bilər. xəbər verir ki, bu barədə dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edi

02.06.2026 405
.

Niyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?

Həddindən artıq yemək bir çox insanın gündəlik həyatında qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, aclıq hissi insan orqanizminin əsas yaşamaq mexanizmlərindən biri olsa da, müasir dövrdə qida yalnız enerji mənbəyi deyil, həm də emosional və psixoloji ehtiyacların qarşılanma vasitəsinə çevrilib

11.06.2026 329
.

Ürək xəstəliklərinin qarşısını alan balıq hansıdır?

Bir çox insan siyənəyi sadəcə adi qəlyanaltı kimi qəbul edir. Halbuki faydalı xüsusiyyətlərinə görə o, hətta bahalı delikatesləri belə geridə qoyur. xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar bu əlçatan balığın unikal qida tərkibi sayəsində ürək-damar xəstəliklərinin profilaktikası üçün ə

24.05.2026 515
.

Ağrısız müalicə üsulu: Fizioterapiya hansı xəstəliklərdə effektivdir? - VİDEO

"Baku Med" verilişinin budəfəki buraxılışında fizioterapiya haqqında müzakirələr aparılıb. Fizioterapiyanın əsas məqsədi nədir?. Fizioterapiya hansı ağrılarda daha effektivdir?. Boyun ağrılarında fizioterapiyanın rolu nədir?. Fizioterapiya diz ağrılarında faydalıdırmı?. Elektroterapiya hans

13.06.2026 264
.

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. xəbər verir ki, əksər hallarda nəzərəçarpan damarlar orqanizmin çəki dəyişikliyi, fiziki aktivlik, isti hava v

31.05.2026 331
.

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Timus vəzisi uzun illər yalnız uşaqlar üçün vacib olan orqan hesab edilirdi. Hətta onun böyüklər üçün appendiks kimi funksiyasız olduğu düşünülürdü. xəbər verir ki, bu barədə AİF.ru məlumat yayıb. Məlumatda bildirilir ki, Harvard Universitetinin alimlərinin apardıqları araşdırma timus vəzisi ilə bağl

21.06.2026 344
.

TOP MP3