Çörəkdən tam imtina etməyin zərərləri
Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur.
"Qafqazinfo" xəbər verir ki, əla növ buğda və tam buğda unundan hazırlanmış çörəklərin arasında fərq var.
Buğda özü karbohidratdır, lakin hazırda buğda unu adı ilə tanınan məhsul orqanik buğda deyil. Təəssüf ki, həmin buğdanı ağartmaq və xəmir işlərində daha keyfiyyətli hala gətirmək üçün ona xüsusi maddələr vurulur. Həmin prosesdən sonra ondan hazırlanan çörək qeyri-sağlam qidalar sırasında şəkərlə bərabər ilk sırada yer alır. Tam buğda ununun keyfiyyəti isə başqadır və ondan müəyyən miqdarda hətta pəhriz vaxtı da istifadə etmək olar. Əla növ buğda unundan nəinki arıqlama pəhrizi zamanı, ümumiyyətlə, imtina etmək daha yaxşıdır.
Tam taxıl unundan hazırlanan çörəyin tərkibində sinir, ürək-damar sisteminin işini normalaşdıran B vitaminləri ilə yanaşı, kalium, kalsium, maqnezium, flor və digər minerallar mövcuddur. Hər bir insan gün ərzində normal olaraq bir dilim çörəkdən istifadə etməlidir.
Buğda ununu qarabaşaq, mərcimək, yulaf, qarğıdalı və düyü, yaxud onlardan hazırlanan un kimi karbohidrat növləri ilə əvəz etmək olar.
Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini əvəz edir. Bir həftə çörək yemədikdə bədənin ehtiyacı olan karbohidratın miqdarı azalır, nəticədə sinir sistemi pozulur, yorğunluq, stres və əsəbilik kimi hallar yaranır. Ona görə də zəruri səbəblərdən çörəkdən imtina etdikdə həmin çatışmazlığı paxlalı və dənli bitkilərdən istifadə edərək doldurmağa çalışmaq lazımdır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14.10.2026 275 Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
04.10.2026 390 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?
Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə
24.09.2026 471 Qlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30.09.2026 346 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29.09.2026 355 100 yaşdan çox yaşayanların ortaq 5 sirri
Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar
04.10.2026 384 Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj
27.09.2026 302 Dayanmadan öskürürsünüz?
Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v
27.09.2026 293 "Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi
Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza
06.10.2026 371