Musiqi təkcə ruhun qidası deyilmiş... - Yeni tədqiqat
Musiqi dinləmək boş vaxtı dəyərləndirməyin ən gözəl yollarından biri hesab olunsa da, əslində beynin sağlamlığını qoruyan xüsusiyyətləri də özündə ehtiva edir.
Qaynarinfo xəbər verir ki, Monaş Universitetinin apardığı tədqiqat da bu fikri təsdiqləyir.
Musiqi dinləmək bir çox insan üçün dünyanın səs-küyündən uzaqlaşma üsuludur. Notaların sehrinə qapılaraq saatlarla musiqi dinləmək və ya musiqi aləti çalmaq sağlamlığınızı qorumağa kömək edir. Monash Universitetinin apardığı tədqiqat göstərib ki, musiqi dinləyənlər müəyyən xəstəliklərə daha az meyllidirlər.
Alimlər açıqlayıblar ki, musiqi dinləmək demansiya riskini 39% azaldır.
Monaş Universitetinin yeni araşdırmasına görə, 70 yaş və üzərində olan şəxslərin müntəzəm olaraq musiqi dinləməsi və ya alət çalması demansiya və yaddaşın zəifləmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatda hər zaman musiqi dinləyənlərin demansa tutulma riskinin 39%, musiqi aləti çalanlarda isə bu göstəricinin 35% olduğu müəyyən edilib.
Araşdırma 10 min 800-dən çox yaşlı iştirakçının məlumatlarını əhatə edən ASPREE (ASPirin in Reducing Events in the Elderly) və ASPREE Longitudinal Study of Older Persons (ALSOP) alt-tədqiqatı çərçivəsində həyata keçirilib.
Nəticələr göstərir ki, musiqi dinləməyi vərdiş halına gətirən şəxslərdə yalnız demans riski deyil, ümumi yaddaş pozulma nisbəti də 17% daha aşağıdır.
Həm dinləmə, həm də çalma fəaliyyətlərini davamlı edənlərdə demans riski 33%, yaddaş pozulması riski isə 22% azalıb.
Tədqiqatı həyata keçirən Emma Caffa bildirib ki, nəticələr "musiqi fəaliyyətlərinin yaşlı şəxslərdə yaddaşı qorumaq üçün əlçatan bir strategiya ola biləcəyini" göstərir, lakin səbəb-nəticə əlaqəsini sübut etmək üçün daha çox araşdırma tələb olunur.
Tədqiqatın müəllifi Professor Coanne Ryan isə demansın qarşısını tamamilə alan müalicənin olmadığını və xəstəliyin başlanmasını önləyəcək və ya gecikdirəcək üsulları müəyyən etməyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ryan bildirib ki, beynin yaşlanması yalnız yaş və genetikaya bağlı deyil, eyni zamanda ətraf mühit və həyat tərzi faktorlarından da təsirlənir. Nəticələr göstərir ki, musiqi dinləmək və ya çalmaq kimi həyat tərzi əsaslı fəaliyyətlər bilişsel sağlamlığı dəstəkləyə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14.09.2026 430 Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20.09.2026 191 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 378 Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11.09.2026 382 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
05.09.2026 291 Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 353 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 391 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 424 Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23.09.2026 222