Günəş qəfildən soyuya bilərmi və bu zaman Yerdə nə baş verər?

Günəş qəfildən soyuya bilərmi və bu zaman Yerdə nə baş verər?Yaxın zamanda nümayiş olunacaq "Project Hail Mary" filminin mərkəzində yer alan Günəş parlaqlığının azalması ssenarisi alimlər arasında narahatlıq yaradıb. Elmi məlumatlar göstərir ki, cüzi enerji azalması belə Kiçik Buzlaşma Dövrünü tətikləyə bilər.

Qaynarinfo xəbər cerur ki, Günəşin parlaqlığının zəifləməyə başlaması, Endi Ueirın eyni adlı romanından uyğunlaşdırılan filmdə olduğu kimi, qorxulu bir ssenaridir. Filmdə Günəş parlaqlığının bir il ərzində 1 faiz, 20 il ərzində isə 5 faiz azalacağı ehtimal edilir. Alimlər isə bu kiçik rəqəmlərin belə insanlıq üçün faciəvi nəticələr doğuracağını bildirir.

Yerə hər kvadrat metr üçün 1365 vatt enerji göndərən Günəş planetimizin istilik balansını qoruyur. Bu enerjinin təxminən 30 faizi geri əks olunur, qalanı isə atmosfer və səth tərəfindən udulur. Kaliforniya Texnologiya İnstitutundan planet alimi professor Devid Stivenson bildirir ki, Yer bu kritik balansı itirsə, temperatur sürətlə düşər və insanlıq qısa zamanda məhv ola bilər.

London Universitet Kollecindən professor Lusi Qrin qeyd edir ki, Günəş parlaqlığı təbii şəkildə dəyişir, lakin bu dalğalanmalar adətən hiss olunmur. Bununla belə, keçmişdə daha ciddi hadisələr baş verib. 1645–1715-ci illər arasında Günəş Maunder Minimumu kimi tanınan 70 illik sakitlik dövrünə daxil olub. Bu müddətdə Yer 0,6°C–2°C arası soyuma ilə Kiçik Buzlaşma Dövrünə qədəm qoyub.

Həmin dövrdə Günəş yalnız 0,22 faiz daha az enerji göndərirdi, lakin bu cüzi dəyişiklik belə Şimali Avropada məhsul qıtlığına və genişmiqyaslı aclığa səbəb olmuşdu.

Əgər "Project Hail Mary"də olduğu kimi Günəşdən gələn radiasiya 1 faiz azalmağa davam etsəydi, qlobal temperatur sürətlə orta səviyyənin altına düşərdi. Arizona Universitetinin bir araşdırmasına görə, cəmi 1,8°C-lik qlobal soyuma belə qarğıdalı, buğda və düyü kimi əsas məhsulların istehsalını 11 faizə qədər azaldaraq iki il ərzində 5,3 milyard insanın həyatını itirməsinə səbəb ola bilərdi.

Oksford Universitetindən astrofizik doktor Bekki Smetherst bildirir ki, filmdəki kimi 5 faizlik azalma qütb buzlaqlarının Ekvatora doğru genişlənəcəyi yeni bir Buzlaşma Dövrünü dərhal başlayardı. 20 min il əvvəlki son Buzlaşma Dövründə orta temperatur bu günkindən cəmi 6°C aşağı idi və bu, Şimali Amerika və Avropanın yarısının buzlaqlarla örtülməsi üçün kifayət etmişdi. Smetherstə görə, müasir texnologiya sayəsində sağ qalan insanlar yəqin ki, yeraltına sığınmalı olardı.

Bəs bu ssenari real ola bilərmi? Alimlər Günəşin film ssenarisində olduğu kimi sürətlə soyumasının fiziki cəhətdən mümkün olmadığını bildirir.

Ridinq Universitetindən fizik professor Maykl Lokvud izah edir ki, Günəşin nəhəng kütləsi bir istilik akkumulyatoru kimi davranır və ölçüyəgəlməz enerji ehtiyatı saxlayır. Onun sözlərinə görə, Günəş nüvəsinin enerji istehsalını tam dayandırdığı təqdirdə belə, Günəşin yaydığı enerji bir milyon ildən sonra cəmi təxminən 1 faiz azalardı.

Elmi məlumatlar Günəş ləkələri və Günəş fırtınaları kimi dövri hadisələr zamanı Günəşdən gələn enerjidəki təbii dəyişikliklərin adətən 0,1 faiz civarında olduğunu göstərir. Buna görə də Günəşin birdən sönməsi və ya sürətlə soyuması yalnız elmi fantastika filmlərində mümkün hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.