Litva ilə Azərbaycan arasında əlaqələr genişlənir

Litva ilə Azərbaycan arasında əlaqələr genişlənirMayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud və geniş tərkibdə görüşləri, Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi  keçirilib. Mərasimdən sonra hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər. Həmçinin həmin gün prezidentlər Azərbaycan-Litva biznes forumunda iştirak ediblər.
Qeyd edilməlidir ki, Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlığı dərinləşdirən güclü potensial var. Məsələn, hər iki dövlət bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə fəaliyyət göstərir, Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi mənbələrini hərəkətə gətirir. 
Hazırda Azərbaycan və Litvada bu istiqamətdə bir sıra layihələr gerçəkləşdirilir. Respublikamızda enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, Azərbaycanın qarşısında ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən yararlanmaq önəmli vəzifə kimi durur. Respublikamız 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Yeri gəlmişkən, əgər 2021-ci ildə Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olubsa, həmin göstəricinin bu il 12 milyard kubmetrə çatdırılacağı və bunun 2027-ci ilə qədər 20 milyard kubmetr təşkil edəcəyi nəzərdə tutulur. Dövlətimizin başçısının sözlərinə əsasən, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. 
Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə keçirilən Azərbaycan–Litva biznes forumundakı çıxışında işgüzar dairələrin nəzərə alacaqları digər mühüm sahəyə–logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala da toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: "Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük".
Həqiqətən də, ölkə rəhbərinin nitqində vurğulandığı kimi, bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Bu isə Xəzər və Baltik regionları arasında şəbəkə qurmaq zərurəti yaradır. Azərbaycan neft və qaz boru kəmərləri ilə regionda tamamilə yeni vəziyyət yaradır. Bakının dəniz limanı infrastrukturuna, Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə böyük investisiya qoyması təbii ki, qeyd edilən bağlantıların möhkəmlənməsini, daşımaların həcminin daha da artmasını şərtləndirir. Litvanın biznes dairələrinin də bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Bir sözlə, Azərbaycanın yükdaşımaları sistemində böyük imkanlar var. Belə bir şəraitin hazırkı geosiyasi vəziyyətdə əlavə dəyərin əldə olunmasına da mühüm təsiri danılmazdır. 
Ölkələrimiz arasında müxtəlif sahələrdə–energetika, yaşıl enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mühitin qorunması, gənclər, səhiyyə, pensiya islahatı, İT və mina əleyhinə layihələr üzrə əməkdaşlıq üçün sazişlər imzalanıb. Gələcəkdə işğaldan azad olunan bölgələrimizdə "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyasının qurulmasında, İT sahəsində mütəxəssislərin yetişdirilməsində, qeyri-neft sektorunun inkişafında Litva əhəmiyyətli töhfələr verə bilər.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 24 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə

Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd

18:30 1
.

QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR

Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox

11:03 245
.

İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib

İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi

03.11.2026 371
.

İpoteka kreditləri və girov qoyulmuş əmlakın hüquqi problemləri

İpoteka kreditləri ilə bağlı problemləri bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür. Birincisi, kredit müqavilələrinin və ipoteka müqavilələrinin şərtlərinin borcalan tərəfindən tam başa düşülməməsidir. Təcrübədə vətəndaşlar bəzən yalnız kreditin məbləğinə və aylıq ödənişə diqqət yetirir, laki

12:53 241
.

PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏK

Velosiped, skuter, moped və ya motosiklet idarə edənlər çox vaxt piyada zolağını bu nəqliyyat vasitələrini sürərək keçirlər. Bu isə piyadalara maneə yaradır və bədbəxt hadisə ilə nəticələnə bilər. "Piyada keçidindən velosiped və ya elektrik skuteri sürərək keçmək qaydalara uyğun deyil. Nəqliyya

11:41 275
.

Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti

17:15 108
.

Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?

ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın

11:48 280
.

ABŞ-dakı seçkilər Ukraynada sülh danışıqlarına təsir edə bilər

Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün ən əlverişli imkan 2026-cı ilin sonunadək qüvvədə qala bilər. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Vaşinqtonda yerləşən Kvinsi Məsuliyyətli Dövlətçilik İnstitutunun tədqiqatçısı Mark Episkopos bildirib. Ekspert bu ehtimalın ABŞ-dak

10:48 241
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

15:31 201
.