PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏK

PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏKVelosiped, skuter, moped və ya motosiklet idarə edənlər çox vaxt piyada zolağını bu nəqliyyat vasitələrini sürərək keçirlər. Bu isə piyadalara maneə yaradır və bədbəxt hadisə ilə nəticələnə bilər.

"Piyada keçidindən velosiped və ya elektrik skuteri sürərək keçmək qaydalara uyğun deyil. Nəqliyyat vasitəsinin üstündə olan şəxs piyada sayılmır. Keçiddən piyada kimi istifadə etmək üçün velosipeddən və skuterdən düşüb onu yanınızda aparmaq lazımdır. "Yol hərəkəti haqqında" Qanunda velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti ayrıca tənzimlənir". Bunu BiG.AZ-a nəqliyyat üzrə ekspert Razil Nağıyev bildirib.
PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏKR.Nağıyevin sözlərinə görə, velosiped sürənlərə qayda pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsi, kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə isə 338.4-1-ci maddəsi ilə 40 manat cərimə nəzərdə tutulur: "Məcəllədə piyada keçidini sürərək keçmək ayrıca adla göstərilməsə də, bu hal yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Konkret cərimənin hüquqi əsası protokolda göstərilən maddədən asılıdır.

Əgər keçiddə piyadaya maneə yaradılarsa və ya qəza baş verərsə, məsuliyyət daha ağır ola bilər. Təhlükəsiz və qaydalara uyğun keçmək üçün velosiped və ya skuterdən düşüb, onu əl ilə aparmaq lazımdır".

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hərəkət iştirakçılarına müraciətində bildirilib ki, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan bu cür qayda pozuntularının təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada zolaqlarından istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər. Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranır, qəzaların baş verməsi qaçılmaz olur.

AYNURƏ MƏMMƏDOVA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 562   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.