Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə

Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkəDağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 1000 metrdən yüksəklikdə yerləşən dünyada yeganə müstəqil dövlətdir.

Hər tərəfdən Cənubi Afrika Respublikasının ərazisi ilə əhatələnən Lesotonun sahəsinin 80 faizindən çoxu 1800 metrdən yüksəklikdə yerləşir. Ölkənin ən yüksək zirvəsi olan Tabana-Ntlenyana dağının hündürlüyü isə 3482 metrə çatır.

Məktəbə və xəstəxanaya gedən çətin yollar

Lesotonun relyefi dərin dərələrdən, yaylalardan və dik yamaclardan ibarətdir. Buna görə dağlıq ərazilərdə məktəbə, tibb məntəqəsinə və ya bazara aparan qısa yol belə xeyli vaxt tələb edə bilər.

Qışda şaxta və qar, yayda isə güclü leysanlar insanların hərəkətini çətinləşdirir. Yağışlar bəzi əraziləri su altında qoyur, yolları dağıdır və kəndlər arasında əlaqəni kəsir.

Dağlarda insanlar nə ilə dolanırlar?

Dik yamaclar əkinə yararlı torpaqların sahəsini məhdudlaşdırır. Buna baxmayaraq, yerli sakinlər qarğıdalı, sorqo və buğda yetişdirir, qoyun və keçi saxlayırlar.

Keçiçilik ölkəyə dünya miqyasında tanınmaq imkanı verib. Belə ki, 2022-ci ildə dünyada istehsal olunan tiftikin təxminən 16 faizi Lesotonun payına düşüb. Ölkə bu göstəriciyə görə yalnız Cənubi Afrika Respublikasından geri qalıb.

Kənd təsərrüfatı çoxsaylı kənd ailələrinin dolanışığını təmin etsə də, ölkənin ümumi daxili məhsulunun cəmi təxminən 6 faizini təşkil edir. Məhsuldarlığın hava şəraitindən ciddi asılılığı isə ailələrin ərzaq təminatını qeyri-sabit edir.

Yağışdan sonra keçilməz olan yollar

Lesotonun dağlıq bölgələrində məsafənin qısa olması səfərin asan keçəcəyi demək deyil. Dik yamaclar, çaylar və zəif inkişaf etmiş yol şəbəkəsi mağazalara, məktəblərə və xəstəxanalara gediş-gəlişi çətinləşdirir.

Yağış mövsümündə bəzi yollar keçilməz olur, məcrasından çıxan çaylar kəndləri bir-birindən ayırır. Dünya Bankının Tsuinyane çayı yaxınlığındakı icmalarla bağlı məlumatlarında suyun səviyyəsinin yüksəlməsi səbəbindən sakinlərin hətta gündəlik işləri üçün hərəkət edə bilmədiyi qeyd olunub.

Su satan ölkədə evlər susuz qalır

Dağları regionun su ehtiyatlarının formalaşmasında mühüm rol oynadığı üçün Lesotonu bəzən "Cənubi Afrikanın su qülləsi" adlandırırlar. Ölkə Lesoto Yüksək Dağlıq Ərazilərin Su Layihəsi çərçivəsində Cənubi Afrika Respublikasına su sataraq gəlir əldə edir.

Lakin zəngin su ehtiyatları hər evin su ilə təmin olunması demək deyil. Mürəkkəb relyef və kəndlərin bir-birindən uzaqda yerləşməsi dağlıq ərazilərdə evlərə su xəttinin çəkilməsini olduqca bahalı edir. Quraqlıq və güclü leysanlar da əlavə problemlər yaradır.

Ucqar kəndlərdə yoxsulluq daha dərindir

Dağ kəndlərinin sakinləri üçün təkcə xidmətlərdən yararlanmaq deyil, yetişdirdikləri məhsulu satmaq da çətindir. Dünya Bankının qiymətləndirməsinə görə, şəhərlərlə zəif nəqliyyat əlaqəsi fermerlərin bazarlara çıxışını məhdudlaşdırır. Yüksək daşınma xərcləri isə ən çox ucqar ərazilərdə yaşayanlara təsir edir.

2016-cı il əhalinin siyahıyaalınmasına əsasən, ölkə sakinlərinin təxminən üçdə ikisi kəndlərdə yaşayırdı. 2017-ci ildə isə kənd tipli dağlıq ərazilərdə əhalinin 67,8 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 139   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA - AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN, MİLLİ İRADƏSİNİN VƏ DÖVLƏTÇİLİK GÜCÜNÜN TƏNTƏNƏSİ

Azərbaycan xalqının müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr milli yaddaşımızın ən möhtəşəm səhifələrini təşkil edir. Bu tarixlər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də xalqın milli iradəsinin, dövlətçilik düşüncəsinin, tarixi ədalətə inamını

10:19 237
.

ABŞ və İran arasında genişmiqyaslı müharibə başlaya bilər - TARİX AÇIQLANDI

ABŞ və İran yaxın iki həftə ərzində bir-birinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. xəbər verir ki, bu barədə İran üzrə ixtisaslaşmış politoloq, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) kiçik elmi işçisi Anastasiya Kislitsyn

10:33 247
.

İki nəfərin öldüyü "Şəki Yaylası" istirahət mərkəzi bağlandı - Video

2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb. "Qafqazinfo" xəbər verir ki, mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamil

11:08 264
.

Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind

19:15 1
.

"Fənərbaxça" "Liverpul"a qarşı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"

13:01 232
.

Vətən müharibəsinin Zəfəri, Şuşa Bəyannaməsi və Qarabağa Böyük Qayıdış - Azərbaycanın tarixi uğurlarının yeni mərhələsi

Azərbaycanın müasir tarixində Vətən müharibəsi, Şuşa Bəyannaməsinin imzalanması və Qarabağda Böyük Qayıdış prosesinin həyata keçirilməsi bir-biri ilə sıx bağlı olan mühüm tarixi hadisələrdir. Bu hadisələr ölkəmizin ərazi bütövlüyünün bərpası, regional mövqelərinin möhkəmlənməsi və işğaldan azad edilmi

17:31 96
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şill

10:21 264
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

11:31 356
.

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri

03.11.2026 481
.