Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibAzərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

*

"PASHA Property Management" şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.

Qeyd edək ki, dövlətimizin başçısının Sərəncamı ilə 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunub. Sərginin təşkili ölkəmizdə daşınmaz əmlak, memarlıq və tikinti sahələrinin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti bir daha nümayiş etdirir. Sərgi mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və daşınmaz əmlaka investisiya yatırmaq istəyən şəxsləri, böyük investorları, şirkətlərin təmsilçilərini və sektorun peşəkarlarını vahid platformada birləşdirir, əmlak bazarının iştirakçıları arasında dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm rol oynayır.

*

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva "PMD Group" şirkətinin stendi ilə tanış oldular.

Məlumat verildi ki, "PMD Group" 2013-cü ildən bəri daşınmaz əmlaka investisiya, layihələrin inkişafı və idarə edilməsi istiqamətində fəaliyyət göstərir. Şirkət yaşayış, kommersiya və ictimai-sosial təyinatlı layihələr icra edir. "PMD Group" layihələri konsepsiyadan tikintiyə və idarəetməyə qədər əhatə edən dörd istiqamət üzrə xidmət göstərir. Tikinti və layihələrin idarə edilməsi, memarlıq və dizayn, daşınmaz əmlakın idarə olunması, satışı və icarəsi, logistika və anbar xidmətləri şirkətin fəaliyyət istiqamətlərinə daxildir. "PMD Group" və ona daxil olan şirkətlər tərəfindən paytaxtdakı Zəfər parkının inşası həyata keçirilib, Bakı və Abşeronla yanaşı, işğaldan azad edilmiş rayonlarımızda da bir sıra layihələr icra olunub və hazırda bu işlər davam edir.

*

Bildirildi ki, "PASHA Holding"in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı və əmlak aktivlərinin idarə edilməsi sahələrində fəaliyyət göstərir. Qrup Azərbaycanda və daha beş ölkədə - Türkiyə, ABŞ, Monteneqro, Gürcüstan və Özbəkistanda nüfuzlu beynəlxalq brendlərlə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir. Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan "PAŞA Real Estate Qrup" beynəlxalq standartlara uyğun layihələri ilə Bakının müasir memarlıq simasının formalaşmasına töhfə verir. Onun layihələri tanınmış beynəlxalq memarlıq şirkətləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Qrupun fəaliyyət istiqamətləri daşınmaz əmlak layihələrinin inkişafını, hotel, yaşayış və ticarət obyektlərinin idarə olunmasını, həmçinin beynəlxalq hotel brendləri ilə əməkdaşlığı əhatə edir.

*

Dövlət başçısı, birinci xanım və qızları "Sea Breeze"in stendinə baxdılar, həyata keçirilmiş işlər və perspektiv layihələrlə tanış oldular.

Qeyd edildi ki, "Sea Breeze" 1000 hektardan çox ərazini əhatə edir. Gələcəkdə isə bu rəqəmin 1850 hektaradək artırılması nəzərdə tutulur. Burada tamamlanmış və həyata keçirilən layihələrin sayı 50-dən artıqdır. "Sea Breeze"də artıq 60 mindən çox rezident (sakin) var. Bütövlükdə isə layihə tam icra olunduqdan sonra "Sea Breeze"də 500 min sakin yaşayacaq.

Ərazidə icra edilən əhəmiyyətli layihələrdən biri 200 hektardan çox sahəsi olan "Fire Island" adasıdır. Layihə çərçivəsində beynəlxalq standartlara uyğun müasir infrastrukturun yaradılması planlaşdırılır. Buraya uzunluğu təxminən 5,5 kilometr olan və 18 döngədən ibarət Formula 1 yarış trekinin inşası da daxildir.

"Sea Breeze"in flaqman layihəsi "Caspian Dream Liner"dir. Bu, süni yarımadada yerləşən apart-hotel layihəsidir.

Təxminən 50 hektar ərazini əhatə edən "Aypara" "Sea Breeze"in ən böyük və diqqətçəkən layihələrindəndir. Burada beşulduzlu hotellərin inşası nəzərdə tutulur. Bununla yanaşı, ərazidə brend mağazaların yerləşəcəyi ticarət küçələri, çoxfunksiyalı arena, həmçinin hündürlüyü 323 metr olacaq qüllə inşa ediləcək.

Əsas məqsəd "Sea Breeze"in beynəlxalq səviyyəli müasir şəhər kimi inkişafını davam etdirmək, xarici investisiyaları cəlb etmək, yeni iş yerləri yaratmaq, o cümlədən Azərbaycanın turizm və iqtisadi potensialının inkişafına töhfə verməkdir.

*

Həmçinin məlumat verildi ki, 15 ilə yaxın təcrübəsi olan "Baku City Residences" şirkəti yaşayış və kommersiya məqsədilə daşınmaz əmlakın inşası və satışı üzrə fəaliyyət göstərir. Şirkətin layihələrində müasir memarlıq, əlverişli yerləşmə və əhatəli infrastruktur birləşir. Layihələrin icrasında keyfiyyət, dizayn və müasir şəhər həyatının tələbləri əsas götürülür. İndiyədək şirkət tərəfindən bir neçə layihə reallaşdırılıb. Gələcəkdə "Bakı Ağ Şəhər"in sahilyanı məhəlləsində "Baku Bay" layihəsinin inşası nəzərdə tutulur.

*

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva sərgidə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) stendi ilə də tanış oldular.

Diqqətə çatdırıldı ki, Agentlik ölkədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılıb. Onun fəaliyyətinin əsas istiqaməti aztəminatlı və ortagəlirli ailələr üçün əlçatan, ekoloji təmiz və enerjiyə qənaət edən yaşayış komplekslərinin inşasıdır.

MİDA fəaliyyəti dövründə respublika üzrə ümumilikdə 20 layihəni icra edib. Bunlardan 7-si Bakıda, 3-ü Qarabağda, digər 10-u isə Gəncə, Abşeron, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax, Naxçıvan, Şəmkir və Salyandadır. Layihələrə binalarla yanaşı, məktəblər, bağçalar, tibb mərkəzinin inşası da daxildir.

Agentlik tərəfindən güzəştli mənzil layihələrindən Bakıda 5, regionlarda isə 6 layihə tamamlanıb. Hazırda agentlik paytaxt və bölgələrimizi əhatə edən 6 layihədən 3-nün icrasına başlayıb, 3 yaşayış kompleksi isə layihələndirmə mərhələsindədir.

*

Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Əliyeva "Fortis Development" şirkətinin stendi ilə tanış oldular.

Bildirildi ki, şirkət yaşayış və kommersiya obyektlərinin tikintisi ilə yanaşı, tarixi və memarlıq abidələrinin bərpası, bina fasadlarının yenilənməsi və ictimai məkanların abadlaşdırılması ilə məşğul olur və 10 ildən artıq təcrübəsi var. İndiyədək şirkət tərəfindən paytaxtda Şəhriyar və Səadət parklarının abadlaşdırılması, Balaxanı qəsəbəsində abadlıq işləri, Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsində İmam məscidinin təmir-bərpası, COP29 ərəfəsində Bakıda 40-dan çox binanın bərpası həyata keçirilib. Şirkət tərəfindən mədəni irs layihələri də icra edilib.

*

Memarlıq, planlaşdırma və interyer dizaynı sahələrində fəaliyyət göstərən "Chapman Taylor" şirkəti 1959-cu ildə Londonda yaradılıb. "Chapman Taylor" beynəlxalq memarlıq şirkəti kimi 100-dən çox ölkədə layihələr həyata keçirib, 300-dən çox memarlıq mükafatı qazanıb. Şirkət ölkəmizdə də bir sıra layihələr icra edib. Şuşa, Cəbrayıl, Xankəndi və Naxçıvan şəhərlərinin Baş planlarının müəllifi olan "Chapman Taylor" bu şəhərlərlə yanaşı, Bakı, Gəncə, Ağdam, Füzuli və Qusarda bir çox yaşayış və ictimai binaların layihələndirilməsini həyata keçirib.

Şirkət tərəfindən Şuşa, Cəbrayıl, Xankəndi, Füzuli və Ağdamda yaşayış məhəllələrinin inşası, mövcud binaların fasadlarının yenilənməsi və digər sosial layihələr icra olunub, bir neçə layihə isə icra mərhələsindədir.

*

Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i də sərgidə iri ekspozisiya ilə təmsil olunur. Şirkət innovasiyalara yönəlmiş fəaliyyət sahəsində ixtisaslaşıb, istehsal proseslərinin rəqəmsallaşdırılması və müasir standartlara keçid istiqamətində müxtəlif proqramlar reallaşdırır. Təklif edilən təşviq mexanizmləri arasında məsləhət xidmətləri, maliyyələşdirmə proqramları, yerli məzmunun inkişafına dəstək tədbirləri, həmçinin sənaye infrastrukturu və hazır istehsal sahələrinin təqdim edilməsi yer alır. Şirkət sərgidə Böyükşor gölü ərazisinin inkişaf planının konsepsiyasını təqdim edib.

*

"Bakı Ağ Şəhər" layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. İcrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılan layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və "Ağıllı şəhər" prinsipləri əsasında hazırlanıb. Burada şəhərsalmanın ən son yenilikləri tətbiq olunub. Əvvəllər "Qara şəhər" kimi tanınan bu ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə isə burada dünya miqyasında nadir ekoloji layihə icra olunaraq müasir yaşayış massivi yaradılıb. Yaşayış binaları MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM - beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM - karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri ilə seçilən "Bakı Ağ Şəhər" paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilib.

"Bakı Ağ Şəhər" layihəsinin inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə neft sənayemizin zəngin tarixinə, onun dünya energetika sektorunda aparıcı roluna həsr olunmuş yeni muzey binası konsepsiyası hazırlanıb. Muzeydə keçmişdə ekoloji fəlakətlə üz-üzə olan "Qara şəhər"in müasir və dayanıqlı "Baku White City" şəhər məkanına transformasiyanın tarixi nümayiş olunacaq. Binada sərgi zalı, kitabxana, ofis otaqları, restoran və kafelər nəzərdə tutulur. Layihə çərçivəsində şəhərə və sahilə mənzərəsi olan 90 metrlik müşahidə qülləsi yaradılacaq.

"Bakı Ağ Şəhər" layihəsinin əsas rəmzlərindən biri olan "Gilavar" kompleksi ictimai məkanları, əyləncə obyektlərini, iaşə müəssisələrini, yaxta klublarını və təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirir.

Layihə "ADEC" şirkəti və "Bürc-Xəlifə" layihəsinin müəllifi, hündürmərtəbəli binaların memarlığı üzrə dünya lideri Amerikanın məşhur SOM bürosu ilə birgə hazırlanıb.

"Ağ şəhər", eyni zamanda, incəsənət və mədəniyyət həvəskarlarının da sevimli məkanına çevrilib. Belə ki, dünyanın tanınmış heykəltaraşları öz əsərlərinin burada quraşdırılmasında maraqlıdırlar. Bu xüsusda məşhur amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılan "Qarabağ atları" heykəltaraşlıq kompleksini, Zaman meydanında məşhur rəssam Konstantin Krik tərəfindən məhz "Bakı Ağ Şəhər" üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyasını, məşhur heykəltaraş Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyasını, müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəlini qeyd etmək olar.

*

"Housing Development Corporation" (HDC) Maldivin məkan və iqtisadi transformasiyasını aparan əsas dövlət müəssisəsidir. HDC "ağıllı", inklüziv və dayanıqlı şəhərlərin salınmasında iştirak edir, əsas inkişaf layihələrinin idarəetməsini həyata keçirir. Şirkətin stendində logistika üçün mərkəzləşdirilmiş Sənaye Kəndi, yüksəktutumlu Cənub Limanı Ticarət Zonası və digər layihələr təqdim olunur. "Housing Development Corporation" sərgidə iştirak etməklə turizmdən əlavə, Maldivin kommersiya daşınmaz əmlakını, yaşıl texnologiyaları, "ağıllı" kommunal infrastrukturu və dəniz ticarəti sahələrindəki investisiya imkanlarını təqdim edir.

*

"Silk Development" Gürcüstanda yaşayış və hotel layihələri həyata keçirən aparıcı şirkətdir. Batumidəki Silk Towers şirkətin əsas layihələrindəndir. Şirkətin stendində yaşayış, lüks hotel və çoxfunksiyalı layihələrdən ibarət portfel, dünyada tanınmış memarların layihələndirdiyi obyektlər, uzunmüddətli dəyərə hesablanmış və yüksəkgəlirli mülkiyyət modellərini təqdim edilir. "Silk Development"in bu sərgidə iştirakda məqsədi Xəzər regionunda fəaliyyətini genişləndirmək, investorlar, strateji tərəfdaşlar və brokerlərlə birbaşa əlaqə qurmaqdan ibarətdir.

*

Çoxfunksiyalı yaşayış kompleksi olan "Luna Garden" Bakının dinamik inkişaf edən ərazilərindən birində, metronun "Koroğlu" stansiyasının və Böyükşor gölünün yaxınlığında yerləşir. "Koroğlu" stansiyasının yeni çıxışı birbaşa kompleksin ərazisindədir ki, bu da sakinlərin rahatlığının təmin edilməsində mühüm rol oynayır. Layihə 6,7 hektar ərazini əhatə edir və 9 binadan ibarətdir. Ərazinin 60 faizi yaşıllıq sahələri üçün nəzərdə tutulub.

*

2003-cü ildən Azərbaycanın tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən "Kristal" Bakı və Sumqayıt şəhərlərində müasir standartlara cavab verən, yüksəkkomfortlu yaşayış komplekslərinin inşasını həyata keçirir. Şirkət öz layihələrində məktəb, uşaq bağçası, park, ticarət və digər sosial infrastruktur obyektlərini bir araya gətirən "şəhər içində şəhər" konsepsiyasını əsas götürür. Bu yanaşma sakinlər üçün rahat, funksional və müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. "Kristal"ın bu istiqamətdə həyata keçirdiyi layihələr sırasında "City Garden Nərimanov", "Park Yasamal" və "Highland Residence" kimi yaşayış kompleksləri xüsusi yer tutur.

"Kristal" fəaliyyətində innovativ tikinti texnologiyalarının tətbiqinə, enerji səmərəliliyinin artırılmasına, ekoloji məsuliyyətə və dayanıqlı şəhərsalma prinsiplərinə xüsusi önəm verir. Sərgidə şirkətin təqdim etdiyi əsas yeniliklərdən biri müasir panel fasad sistemidir. Bu texnologiya yüksək istilik izolyasiyası, enerji itkilərinin azaldılması və binaların enerji səmərəliliyinin yüksəldilməsi baxımından mühüm üstünlüklərə malikdir.

*

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qarabağ Dirçəliş Fondunun stendinə də baxdılar.

Qeyd olundu ki, Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyi göstərir, investisiya cəlb edir, dövlət-özəl tərəfdaşlığını təşviq edir və maarifləndirmə layihələri həyata keçirir. Fondun sərgidə iştirakının məqsədi onun fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə ictimaiyyətin məlumatlılığının artırılması, ianəçilik mədəniyyətinin təbliğidir.

"Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" innovativ kitab layihəsi də maraqla qarşılanır. Fondun sifarişi ilə hazırlanmış kitabda Qarabağ həqiqətləri və Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri əks olunub.

Stenddə, həmçinin "Qarabağın inciləri" - Qarabağın tarixi-mədəni irsini, bərpa olunan abidələri və Zəfərdən sonra inşa edilmiş infrastruktur obyektlərini tanıdan rəmzi maarifləndirici oyun, "Qarabağ quiz" - Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və Vətən müharibəsi haqqında interaktiv viktorina və beynəlxalq ictimaiyyətin diqqətini mina təhlükəsinə yönəltmək məqsədilə Fondun sifarişi ilə hazırlanan "Ölümcül Miras" sənədli filmi barədə də məlumat verilir.

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - YenilənibPrezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 361   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti

17:15 108
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

11:23 354
.

İpoteka kreditləri və girov qoyulmuş əmlakın hüquqi problemləri

İpoteka kreditləri ilə bağlı problemləri bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür. Birincisi, kredit müqavilələrinin və ipoteka müqavilələrinin şərtlərinin borcalan tərəfindən tam başa düşülməməsidir. Təcrübədə vətəndaşlar bəzən yalnız kreditin məbləğinə və aylıq ödənişə diqqət yetirir, laki

12:53 241
.

Vətən müharibəsinin tarixi Zəfəri, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti və Qarabağa Böyük Qayıdış

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin regional və beynəlxalq münasibətlər sistemində mövqeyini dəyişdirən, Cənubi Qafqazda yeni geosiyas

17:21 106
.

"Tələbə təqaüdünün məbləği artırılacaq"

Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə

16:23 164
.

ABŞ-dakı seçkilər Ukraynada sülh danışıqlarına təsir edə bilər

Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün ən əlverişli imkan 2026-cı ilin sonunadək qüvvədə qala bilər. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Vaşinqtonda yerləşən Kvinsi Məsuliyyətli Dövlətçilik İnstitutunun tədqiqatçısı Mark Episkopos bildirib. Ekspert bu ehtimalın ABŞ-dak

10:48 241
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

15:46 180
.

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri

03.11.2026 481
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

11:27 378
.