"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO
Paytaxtda yerləşən "Badam Medical Center" klinikasında yeni doğulmuş körpələr üzərində unikal əməliyyat icra edilib. Əməliyyatı Uzman doktor, vitreoretinal cərrah Anar Rəhimov icra edib.
BiG.AZ bildirir ki, bu barədə klinikanın həkimi, məşhur anestezioloq Turana Rəsulova sosial şəbəkədə paylaşım edib.
Anestezioloqun paylaşdığı şəkillərdən aydın olur ki, əməliyyat üç uşaq üzərində aparılıb. Paylaşımın sosial şəbəkələrdə böyük maraq doğurduğunu nəzərə alaraq, Turana doktor və əməliyyatda yaxından iştirak edən oftalmoloq Günel Ağayeva ilə əlaqə saxlayıb, bununla bağlı bəzi suallara cavab aldıq.
Turana Rəsulova qeyd etdi ki, sözü gedən əməliyyat yarımçıq doğulmuş uşaqlarda gözə gələn sinirin, retinanın zədəli olması ucbatından gələcəkdə yarana biləcək qüsurun, tamamilə görmə əngəlli olmanın qarşısınının alınması üçün edilir. Uşaqlar həm yeni doğulmuş, həm də yarımçıq doğulduğundan əməliyyatın ciddiyyəti xeyli artır. Bu halda mükəmməl cərrahla yanaşı, bir o qədər də mükəmməl anesteziya prosesinə və bütünlükdə bir komanda işinə ehtiyac var.
Bu əməliyyatın icra edilməməsi halında, uşaqlar bir neçə ay sonra görmə qabiliyyətini tamamilə itirir və ən pisi də budur ki, bu prosesin geriyə dönüşü yoxdur, yəni korluq aradan qaldırıla bilmir.
"Bəs yarımçıq doğulmuş körpələrdə bu halın olduğunu necə müəyyən etmək olar?" sualına həkim oftalmoloq Günel Ağayeva cavab olaraq bildirdi ki, bu yalnız hərtərəfli yoxlanmalarla təyin edilə bilər. Uşaq yeni və yarımçıq doğulmuş olduğundan valideynlərin bu çatışmazlığı hiss etməsi mümkün deyil. Ona görə də, vaxtından əvvəl və çatışmazlıqla doğulan bütün körpələr retina sinirlərinin müvafiq yoxlanışı həyata keçirildikdən sonra evə buraxılmalıdır.
Həkim qeyd etdi ki, Amerikan Pediatrik Akademiyasının və Amerika Oftalmoloji Akademiyasının təklifinə əsasən, çəkisi 1500 qramdan aşağı, gestasyon yaşı 30 həftədən aşağı olan körpələr və gestasyon yaşı 30 həftədən böyük, çəkisi 1500-2000 qr arasında və klinik olaraq problemləri olan, kardiopulmonar dəstək görən bütün uşaqlar oftalmoloji müayinə olunmalıdırlar. Gestasyon yaş 27 həftədən aşağı olan körpələr, doğumdan 2 həftə sonra, 27 həftədən yuxarı körpələr postnatal 4-cü həftədə müayinədən keçirilməlidirlər.
Qeyd edək ki, əməliyyatın riskli olduğundan, hər həkim və komanda bu məsuliyyətin altına girmək istəmir. Ona görə də bu halda ən vacib məsələ, bu əməliyyatı icra edə biləcək gücdə olan və məsuliyyəti üzərinə götürən həkimi tapmaqdır. Belə əməliyyatlar üzrə "Badam" Tibb Mərkəzi pasientlərin etimadını qazanıb.
Suallara cavab olaraq onu da öyrəndik ki, hər üç uşağın əməliyyat sonrası vəziyyəti qənaətbəxşdir. Uşaqlardan biri əməliyyatdan bir neçə saat sonra, digər ikisi isə əməliyyatın sabahısı günü yoxlanışdan keçərək evə buraxılıb.







BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428 Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561 Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM
İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar
24.08.2021 957 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865 Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986 Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ
Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd
29.08.2021 1493 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ
Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami
29.08.2021 879