Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?
Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliyi mütləq nəzərə alınmalı və bundan sonra dərman təyin olunmalıdır.
Bunu Publika.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, xəstəliyi yüngül keçirən şəxsə ağır antibiotiklər verməyin heç bir mənası yoxdur: "Bu xəstələr ancaq bol maye, meyvə-tərəvəz qəbul etməli, rejimi gözləməlidirlər. Ehtiyac olarsa, antibiotik yazmaq olar. Xəstəliyi yüngül keçirənlərə ciddi narahatlıqları yoxdursa, vitaminlər, polvitaminlər, müəyyən minerallar təyin oluna bilər. Bəzən görürsən ki, gənc şəxs xəstəliyi yüngül keçirir, ona qandurulaşdırıcılar, yüksək dozada klepsan yazırlar ki, bu da yolverilməzdir".
Ağır xəstələrə gəlincə, infeksionist qeyd edib ki, onlar ilk olaraq laborator müayinələr, orta ağır xəstələr üçün isə nonlaborator müayinələrdən keçirilməlidir: "Qanın ümumi analizi və digər müayinələr həyata keçirilərək dərmanlar təyin olunmalıdır. Antibiotiklər də təyin olunarkən qanın müəyyən göstəricilərinin nəticələri nəzərə alınmalıdır. Bu preparatların necə gəldi təyinatı düzgün deyil. İnsanlar bəzi məqamlarda diqqətli olmalıdır. Təzyiqi olanlara, böyrək çatışmazlığından əziyyət çəkənlərə deyə bilmərik ki, çoxlu maye qəbul et. Və yaxud da ki, qaraciyər problemi olan insana çoxlu yağlı qida qəbul etməsi ilə bağlı göstəriş verə bilmərik. Hər bir xəstəyə fərdi yanaşılmalıdır".
V.Cavadzadə allergiyası olanların da müalicəsini aparmağın mümkün olduğunu əlavə edib: "O halda müalicə oluna bilərlər ki, xəstələrə antihistamin preparatlar təyin olunsun. Əgər antibiotiklər təyin olunarsa, onlara ilk olaraq sınaq qoyulur, bundan sonra tətbiq olunur".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 941 Tarix: 11 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13.10.2026 886 İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12.10.2026 1046 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 867 Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas
11.10.2026 968 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 566 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 883 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 420 Yuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14.11.2026 298 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 385