Əcnəbilərin Gürcüstanda "yaşıl status" alması qaydası açıqlanıb
Bu ilin dekabrın 1-dən Gürcüstana səfər edən xarici ölkə vətəndaşları "yaşıl status"u sərhədi keçəndən sonra əldə edə biləcəklər.
"Report"un yerli bürosu xəbər verir ki, xaricdə koronavirusa qarşı hər iki doza ilə peyvənd olunan və ya test verən əcnəbilərə bu statusu təsdiqləyən QR-kod "CovidPass Georgia" tətbiqi vasitəsilə və yaxud covidpass.moh.gov.ge saytında qeydiyyatdan keçməklə veriləcək.
Hazırda test rejimində olan tətbiq və sayt dekabrın 1-dən fəaliyyət göstərməyə başlayacaq.
Qeydiyyatın təsdiqi xarici vətəndaşın Gürcüstanın mobil telefon nömrəsi və yaxud elektron poçtuna göndəriləcək.
"Yaşıl status" tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər üçün nəzərdə tutulub. PCR test və yaxud sürətli testin əsasında "yaşıl status" alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılacaq.
Dekabrın 1-dən etibarən Gürcüstanda mehmanxana və digər yerləşdirmə obyektləri, açıq və qapalı restoranlar, bar, kinoteatrlar, teatrlar, konsert zalları, opera teatrı, əyləncə mərkəzləri, kazino və oyun zalları, spa və fitnes zallarına, dağ kurortlarında kanat yollarından istifadəyə yalnız "yaşıl status"lu şəxslər buraxılacaqlar.
Qonşu ölkədə 18 yaşdan kiçik şəxslərdən "yaşıl status" tələb olunmayacaq.
Qeyd olunan qayda Avropa İttifaqının (Aİ) rəqəmsal COVID sertifikatları sisteminə inteqrasiya edilmiş ölkələrdə peyvəndlənən və test verən Gürcüstan vətəndaşları və əcnəbilərə şamil olunmayacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1074 Tarix: 28 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 197 Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı
19:00 1 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 259 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 300 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 236 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 232 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 193