Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər biri uğrunda canlarından keçmiş şəhidlərimizə, sağlamlığını itirmiş qazilərimizə görə hüzn, ehtiram və yanğı hissi ilə bir-birinə qarışır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Zəfər tağının önündəki təbrik çıxışında səsləndirdiyi bu fikirlər hər bir Azərbaycan vətəndaşının ürəyindən keçən hissləri əks etdirir: "Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub".
Qalib və qüdrətli Azərbaycan reallığı bəzi dairələrə bu gün də rahatlıq vermir. Sinxron şəkildə həyata keçirilən basqıların, iyrənc şər-böhtan kampaniyasının və qərəzli qətnamələr sicilləməsinin əsas səbəbi elə bununla bağlıdır. Çünki Qarabağ Zəfərinin doğurduğu siyasi nəticələr lokal xarakter daşımır və Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıq bədxahlarımızın çirkin planlarını, regiona ənənəvi baxışını və hamilik iddiasını alt-üst edir. Bu dairələr çox yaxşı bilirlər ki, əldə etdiyimiz bənzərsiz Qələbə Türk dünyasının oyanışındamisilsiz missiyanı yerinə yetirir və milli özünüdərkin birləşdirici faktora çevrilməsində həlledici rol oynayır. Bədxahlarımız bunun da fərqindədir ki, güclü və müstəqil Azərbaycan Türk dövlətləri arasında, həmçinin Avrasiya coğrafiyasında etibarlı və əvəzolunmaz körpüdür. Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük heyətlə Şuşaya səfəri və orada səsləndirdiyi bu bəyanat birliyimizi, regional təhlükəsizliyi hədəf seçən dairələrə xəbərdarlıq mesajıdır: "2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır".
Azərbaycan və Türkiyə Prezidentlərinin məhz Zəfər Günündə Şuşada mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər, verdikləri mesajlar bir daha bu həqiqəti təsdiqetdi: Hər iki Liderin Türk dünyasının gələcəyi, regional təhlükəsizlik, xalqlarımızın rifahı və dövlət maraqlarımızla bağlı mövqeyi tam mənada üst-üstə düşür və çoxları üçün örnək təşkil edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bu bəyanat isə hüdudlarımızın kənarında ideoloji riskləri formalaşdırmaqdan əl çəkməyən, hələ də fitnə-fəsad törətməyə çalışan dairələrə ən tutarlı cavabdır: "Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq… Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir".
Əminik ki, Liderlərin tarixi bəyanatları ilə yanaşı, Şuşadan yayılan foto və videogörüntülər hələ də eyni mövqedən çıxış edən, səpdikləri nifaq toxumunun cücərəcəyinə boş yerə ümid bəsləyən dairələrə, həmçinin onların dəyirmanına ağılsızcasına su tökən və hər iki cəmiyyətdə guya "özümüzdən" hesab olunan bəzilərinə Türk tokatı kimi dəyəcək. Amma bu, o demək deyil ki, belələri ağıllanıb sakitləşəcək. Birdəfəlik bilməliyik ki, bu, belə olmayacaq və elə ona görə də istənilən təxribata hər an hazır olmalıyıq. Bədxahlarımızı yalnız birliyimiz və ortaq səylərimizlə öz yerində otuzdura, iyrənc və təhlükəli dillərini "kəsə" bilərik! Hər kəs onu da bilməlidir ki, Şuşa Bəyannaməsi bu gün beynəlxalq ritorikada tez-tez hallanan məlum 5-ci maddədən fərqli olaraq, sağlam və təbii təməllərə söykənir.

Həbib Məmmədov - Müharibə veteranı, polkovnik


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 308   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 217
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 188
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 373
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 395
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 220
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 210
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 217
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 252
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 182
.