Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzi ifadəsidir.
Xankəndi bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin və dövlət suverenliyinin mühüm rəmzlərindən biridir. Dövlət başçısının müraciətində "Qarabağ Azərbaycandır və nida" bəyanatını təkrar səsləndirməsi, həmin nidanın 2023-cü il sentyabrın 20-də keçirilən antiterror əməliyyatı ilə təsdiqlənməsi tarixi Qələbənin məntiqi nəticəsini ifadə edir.
Vaxtilə separatçı rejimin fəaliyyət göstərdiyi binada Zəfər Muzeyinin yaradılması da xüsusi rəmzi məna daşıyacaq. Bu, işğal və separatizm yaddaşını təmsil edən məkanın Azərbaycanın qəhrəmanlıq tarixini və tarixi Qələbəsini yaşadan mədəniyyət məkanına çevrilməsidir.
Azərbaycanın Zəfəri ardıcıl dövlət siyasətinin, güclü ordu quruculuğunun, fəal diplomatiyanın, iqtisadi inkişafın və xalqın milli həmrəyliyinin nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, peşəkarlıq, milli ruh və Vətənə bağlılıq Qələbənin əsas amillərindən olub. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını təmin edən vahid tarixi prosesin mühüm mərhələləridir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Zəfərin davam edən nəticəsidir. "Böyük Qayıdış" proqramı çərçivəsində doğma torpaqlara qayıdış, yeni yaşayış məntəqələrinin, məktəblərin, sosial və mədəni obyektlərin inşası tarixi yaddaşın və mədəni varisliyin bərpasına xidmət edir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası müxtəlif etnik və dini qrupları vahid dövlətçilik mənafeyi ətrafında birləşdirən, milli həmrəyliyi və ümumi gələcəyə inamı gücləndirən əsas ideoloji dayaqlardandır. Vətən müharibəsində xalqın vahid məqsəd naminə səfərbər olması bu məfkurənin real ictimai gücünü nümayiş etdirib.
Prezident İlham Əliyevin Xankəndidən xalqa ünvanladığı təbrik Zəfərin yalnız hərbi Qələbə deyil, həm də milli iradənin, siyasi qətiyyətin, tarixi ədalətin və ümummilli həmrəyliyin təntənəsi olduğunu təsdiqləyir. Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü və inkişaf edən Azərbaycan miras qoymaqdır.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 52 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 405 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 272 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 279 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 326 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 286 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
10.11.2026 248 Prezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10.11.2026 368 Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 305 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
10.11.2026 292