Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadırMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri ilə öz məntiqi yekununa çatıb, işğaldan azad edilmiş bütün torpaqlarımızda dövlət bayrağımız qürurla dalğalanmağa başlayıb. Bu zəfər yürüşünün ən mühüm mənəvi və siyasi zirvələrindən biri isə dövlətçilik tariximizdə dərin iz qoyan tarixi çıxışlar və müraciətlərdir. Prezident İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir. Vaxtilə separatizmin və işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş şəhər bu gün Azərbaycanın suverenliyinin, milli iradəsinin və dövlət gücünün rəmzlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzi ifadəsidir.
Xankəndi bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin və dövlət suverenliyinin mühüm rəmzlərindən biridir. Dövlət başçısının müraciətində "Qarabağ Azərbaycandır və nida" bəyanatını təkrar səsləndirməsi, həmin nidanın 2023-cü il sentyabrın 20-də keçirilən antiterror əməliyyatı ilə təsdiqlənməsi tarixi Qələbənin məntiqi nəticəsini ifadə edir.

Vaxtilə separatçı rejimin fəaliyyət göstərdiyi binada Zəfər Muzeyinin yaradılması da xüsusi rəmzi məna daşıyacaq. Bu, işğal və separatizm yaddaşını təmsil edən məkanın Azərbaycanın qəhrəmanlıq tarixini və tarixi Qələbəsini yaşadan mədəniyyət məkanına çevrilməsidir. Ölkə başçısı öz təbrikində bildirib: "Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək. O binada oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar".

Azərbaycanın Zəfəri ardıcıl dövlət siyasətinin, güclü ordu quruculuğunun, fəal diplomatiyanın, iqtisadi inkişafın və xalqın milli həmrəyliyinin nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, peşəkarlıq, milli ruh və Vətənə bağlılıq Qələbənin əsas amillərindən olub. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını təmin edən vahid tarixi prosesin mühüm mərhələləridir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Zəfərin davam edən nəticəsidir. "Böyük Qayıdış" proqramı çərçivəsində doğma torpaqlara qayıdış, yeni yaşayış məntəqələrinin, məktəblərin, sosial və mədəni obyektlərin inşası tarixi yaddaşın və mədəni varisliyin bərpasına xidmət edir. Cənab Prezidentib bildirdiyi kimi: "İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, "Böyük Qayıdış" Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik".

Türkan Cümşüdova
YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 71   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 51
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 28
.

Həbib Məmmədov - Müharibə veteranı, polkovnik

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11:17 16
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 299
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 292
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 269
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 296
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 220
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 390
.