Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti həm tarixi qürur, həm də gələcəyə dair düşüncələr baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətini məhz Xankəndidə, şanlı Zəfərimizin şərəfinə ucaldılmış Zəfər tağının önündə etməsi dərin rəmzi məna daşıyır. Vaxtilə separatizmin və Azərbaycan xalqının iradəsinə qarşı yönəlmiş siyasətin mərkəzlərindən biri olan Xankəndi bu gün müstəqil Azərbaycanın suverenliyinin, dövlətçilik iradəsinin və quruculuq əzminin təcəssümünə çevrilib.

Prezident İlham Əliyevin illər əvvəl qətiyyətlə səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida" bəyanatının öz tarixi təsdiqini tapması dövlətimizin iradəsinin, xalqımızın əzminin və milli birliyimizin ifadəsidir. Bu gün həmin şəhərdə Zəfər tağının ucaldılması, keçmiş separatçı idarəetmə binasında Zəfər Muzeyinin yaradılması qərarı tarixə münasibətin necə dəyişdiyini göstərir. Bir vaxtlar təcavüzkar siyasətin mərkəzi olmuş binanın xalqımızın qəhrəmanlıq salnaməsini yaşadacaq muzeyə çevrilməsi xüsusi məna daşıyır.

Bu Qələbənin arxasında illərlə həyata keçirilmiş dövlət quruculuğu, iqtisadi inkişaf, güclü ordunun formalaşdırılması, beynəlxalq nüfuzun yüksəldilməsi və fəal diplomatiya dayanırdı. Ən başlıcası isə xalqın öz dövlətinə, ordusuna və Ali Baş Komandanına inamı, milli ruhu və sarsılmaz birliyi idi. İşğal dövründə müxtəlif təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin prinsipial mövqeyindən geri çəkilməməsi tarixi Qələbəmizin əsas şərtlərindən biri oldu.

Bu gün Zəfər Azərbaycanın gələcək inkişafının strateji başlanğıcıdır. Azad edilmiş torpaqların dirçəldilməsi, doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması və burada müasir yaşayış mühitinin yaradılması istiqamətində genişmiqyaslı işlər görülür. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması bu prosesin miqyasını göstərir.

Torpaqlarımızın azad edilməsi onların təbii sərvətlərinin, ekosistemlərinin və biomüxtəlifliyinin öyrənilməsi, qorunması və bərpası istiqamətində yeni elmi məsuliyyət yaradıb. 2020-ci ildən sonra Azərbaycan alimlərinin Qarabağ və Şərqi Zəngəzurda apardıqları tədqiqatlar sistemli xarakter alıb. Biologiya, botanika, zoologiya, mikrobiologiya, torpaqşünaslıq, ekologiya, coğrafiya və radioekologiya sahələrinin mütəxəssisləri regionun təbii potensialının öyrənilməsinə cəlb olunublar. 2020-2022-ci illərdə keçirilmiş beynəlxalq elmi konfranslar bu istiqamətdə mühüm elmi platforma yaratdı. Sonrakı tədqiqatlar nəticəsində Qarabağ və Şərqi Zəngəzurun flora və faunasının zənginliyi, nadir və endemik növlərin yayılma arealları, ekosistemlərin vəziyyəti barədə yeni məlumatlar əldə edilib. Bu nəticələrin elmi nəşrlərdə, xəritələrdə və məlumat bazalarında sistemləşdirilməsi gələcək mühafizə tədbirləri üçün əsas yaradır.

Elmin Qarabağa qayıdışı regionun gələcəyinin elmi biliklər əsasında qurulması deməkdir. Qarabağda yalnız dağıdılmış şəhər və kəndləri deyil, həm də zədələnmiş təbii mühiti bərpa etməli, ekoloji tarazlığın qorunmasını quruculuq prosesinin ayrılmaz hissəsinə çevirməliyik. Zəfərin qorunması müstəqil dövlətimizin iqtisadi, elmi, texnoloji və müdafiə potensialının daim gücləndirilməsini tələb edir. Prezident İlham Əliyev bu gün xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycan elə güclü olmalıdır ki, heç kim ölkəmizə zərər vermək barədə düşünməsin. Bu fikir hər bir vətəndaş, o cümlədən alimlər qarşısında mühüm məsuliyyət müəyyənləşdirir. Güclü dövlətin əsas dayaqlarından biri də güclü elmdir. Yüksək elmi potensial, insan kapitalı, müasir texnologiyalar və innovasiya imkanları ölkəmizin müstəqilliyinin və rəqabət qabiliyyətinin möhkəmlənməsində mühüm rol oynayır.

Günel Aslanlı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 75   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 376
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 213
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 43
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 279
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 285
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 322
.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

10.11.2026 323
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 312
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 365
.