Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilərVergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəət vergisi üzrə mövcud 100 faizlik güzəşti 5 il müddətinə 90 faiz olacaq. Beləliklə, istehsalçıların gəlir və ya mənfəətinin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb ediləcək.

Təklif olunan dəyişiklik kənd təsərrüfatı sektorunda uzun illər tətbiq edilən tam vergi azadolmasından mərhələli vergitutma modelinə keçidi nəzərdə tutur. Bununla belə, istehsalçılar üçün digər bir sıra vergi güzəştlərinin əlavə 5 il müddətinə saxlanılması planlaşdırılır.

Görəsən, bəzi güzəştlərin ləğv edilməsi hansısa məhsullarda bahalaşmaya səbəb ola bilər?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, təklif olunan dəyişikliklərin ərzaq qiymətlərinə təsiri vergi yükünün xarakteri, istehsalın rentabelliyi və bazarda tələb-təklif münasibətləri əsasında qiymətləndirilməlidir.

O bildirib ki, iqtisadi baxımdan əsas məsələ verginin hansı məbləğdə hesablanması ilə yanaşı, onun istehsalçının xərclərinə, investisiya qərarlarına və məhsul təklifinə necə təsir göstərməsidir:

"Kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisi üzrə tam azadolmasının müvafiq şərtlərlə 90 faizlik güzəştlə əvəz edilməsi nəzərdə tutulur. Hüquqi şəxslərin mənfəət vergisinin 20 faizlik dərəcəsi nəzərə alındıqda, mənfəətin 90 faizinin azad edilməsi vergidən əvvəlki mənfəətə münasibətdə iki faizlik faktiki yük yaradır. Bu, məhsulun maya dəyərinin və ya satış qiymətinin iki faiz artması anlamına gəlmir. Çünki mənfəətdən hesablanan vergi istehsal vahidinə tətbiq olunan vergi ilə eyni qiymət mexanizminə malik deyil. Meyvə, tərəvəz, taxıl və digər bitkiçilik məhsullarında bahalaşma ehtimalı yalnız əlavə vergi öhdəliklərinin istehsal və təklif qərarlarına təsiri kontekstində qiymətləndirilə bilər. Məhsuldarlıq, mövsümilik, saxlama imkanları və idxal rəqabəti burada daha mühüm qiymət amilləridir. Üstəlik, ƏDV, sadələşdirilmiş vergi və istehsalda istifadə olunan əmlak üzrə güzəştlərin davam etdirilməsi əlavə qiymət təzyiqini məhdudlaşdırır. Bu səbəbdən dəyişikliklərin konkret məhsullar üzrə qaçılmaz bahalaşma yaradacağını söyləmək üçün əsas yoxdur".

R.Muradov vurğulayıb ki, qiymətlərin azalması üçün daha konkret iqtisadi imkanlar heyvandarlıqda, xüsusilə mal və dana əti bazarında formalaşa bilər:

"Kökəltmə məqsədilə idxal olunan heyvanların ƏDV-dən azad edilməsi idxal əməliyyatlarının maliyyələşdirilməsi yükünü yüngülləşdirə, təsərrüfatların heyvan tədarükünü və istehsal güclərini artırmağa stimul verə bilər. Burada mühüm fərq ondan ibarətdir ki, ƏDV güzəştinin təsiri idxalçının vergi statusundan və həmin verginin əvəzləşdirilməsi imkanından asılıdır. Buna görə güzəştin bütün təsərrüfatlarda maya dəyərini eyni həcmdə azaltması gözlənilmir. Bununla belə, daxili bazarda ət təklifinin artması, digər şərtlər sabit qaldıqda, qiymətlərin aşağı düşməsinə və ya artım tempinin zəifləməsinə şərait yarada bilər. Qoyun və quzu əti üzrə analoji təsir güzəştin həmin heyvanları əhatə etməsindən asılıdır. Digər kənd təsərrüfatı məhsullarında mövcud ƏDV güzəştlərinin uzadılması isə birbaşa ucuzlaşmadan daha çox, qiymət sabitliyinin qorunmasına xidmət edir.

Nəticə etibarilə, təklif olunan islahat aqrar sektorda dövlət dəstəyinin davam etdirilməsi ilə vergi uçotunun şəffaflaşdırılmasını uzlaşdırır. Onun iqtisadi səmərəliliyi yalnız vergi daxilolmaları ilə deyil, istehsalın genişlənməsi, məhsuldarlığın yüksəlməsi və daxili bazarda təklifin dayanıqlılığı ilə qiymətləndirilməlidir. Əsas məqsəd ərzaq təhlükəsizliyini möhkəmləndirməklə yerli istehsalçıların rəqabət qabiliyyətini və əhalinin alıcılıq imkanlarını qoruyan iqtisadi mühitin inkişafıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 96   Tarix: 10 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

21:15 1
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

20:30 60
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

16:00 200
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

18:30 154
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 192
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksi

12:15 205
.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

17:32 181
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

17:10 189
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

14:40 199
.