Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az Xitab24.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mərkəzi Hərbi Həkim Komissiyasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçdikdən sonra müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilib.
Hərbi xidmətə yola düşməsi üçün ona çağırış vərəqəsi göndərilib. Lakin G.Vəlizadə üzrlü səbəb olmadan vərəqədə göstərilən ünvana gəlməyib. SHXÇDX-nin əməkdaşları ailə üzvləri vasitəsilə ona xəbərdarlıq etsələr də, o, növbəti çağırışa da getməyib.
Məhkəmədə ifadə verən G.Vəlizadə səhhətindəki problemlərə görə hərbi xidmətə yollanmadığını bildirib. Onun sözlərinə görə, 2022-ci ildə hər iki ayağında anadangəlmə üçüncü dərəcəli yastıpəncəlik olduğuna görə ona üç il möhlət verilib. O, atasının vəfatından sonra sinir sistemində problemlər yarandığını və səbəbsiz yerə əsəbiləşdiyini deyib.
G.Vəlizadə psixoloji vəziyyətinə görə hərbi xidmətə getmək istəmədiyini və xidmətə aparılacağı təqdirdə yenidən intihara cəhd edəcəyini bildirib.
Məhkəmədə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyi də araşdırılıb. Rəydə bildirilib ki, G.Vəlizadə əməli törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, eləcə də onları idarə etmək iqtidarında olub. Buna görə də o, həmin əmələ münasibətdə anlaqlı hesab edilib. Ekspertiza zamanı onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməyib və məcburi müalicəyə ehtiyacının olmadığı bildirilib.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə G.Vəlizadə altı ay müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 76 Tarix: 10 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
21:15 1 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
20:30 60 50-dən çox avtomobilin toqquşduğu qəza
Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba
16:00 200 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
18:30 154 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
16:40 192 Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksi
12:15 205 İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd
17:32 181 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
17:10 189 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
14:40 199