Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətində Qarabağın azadlığı, Azərbaycanın suverenliyinin tam bərpası, Böyük Qayıdış və gələcək inkişaf məsələlərinin xüsusi vurğulanması hər birimizdə qürur hissi doğurur.
Prezident İlham Əliyevin Zəfər Günü müraciətini Xankəndidən səsləndirməsi, xüsusilə "Qarabağ Azərbaycandır və nida" bəyanatının tarixi məzmununa diqqət çəkməsi böyük rəmzi məna daşıyır. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə Qarabağda yeni bir mərhələnin əsası qoyuldu. Bu gün həmin torpaqlarda dövlət idarəçiliyinin, sosial həyatın, elmin, təhsilin və iqtisadi fəaliyyətin bərpası gələcəyə yönəlmiş ardıcıl siyasətin nəticəsidir.
Məni xüsusilə sevindirən məqamlardan biri azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir. Uzun illər işğal altında qalmış ərazilərdə yaşayış məntəqələri ilə yanaşı, təbii landşaftlara və ekosistemlərə də ciddi ziyan vurulub. Meşələrin qırılması, təbii ehtiyatların istismarı, torpaqların deqradasiyası və su ehtiyatlarının çirklənməsi ekoloji problemlər yaradıb. Bu səbəbdən Qarabağda bərpa prosesinə yalnız tikinti və infrastruktur layihələri kimi deyil, kompleks ekoloji dirçəliş prosesi kimi yanaşmaq vacibdir. Azərbaycan florası nadir və zəngin növ müxtəlifliyi ilə seçilir. Qarabağ və Şərqi Zəngəzur əraziləri də ölkəmizin botaniki müxtəlifliyi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu ərazilərin bitki örtüyünün öyrənilməsi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin müəyyənləşdirilməsi, onların təbii populyasiyalarının qorunması elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyur.
Prezidentin müraciətində xüsusi yer tutan Böyük Qayıdış proqramı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. İnsanların doğma yurdlarına qayıtması ilə Qarabağda həyat yenidən canlanır. Lakin bu qayıdışın davamlı olması üçün sağlam ətraf mühitin, təmiz su ehtiyatlarının, münbit torpaqların və yaşıl ekosistemlərin qorunması vacibdir. Müasir yaşayış məntəqələrinin salınması ilə yanaşı, yaşıllıq zolaqlarının yaradılması, yerli bitki növlərindən istifadə, meşə və otlaq sahələrinin bərpası da diqqət mərkəzində olmalıdır.
Zəfər Muzeyinin Xankəndidə yaradılması ilə bağlı qərarı da milli yaddaşın qorunması baxımından mühüm hadisə hesab edilməlidir. Tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin qəhrəmanlığının yaşadılması hər birimizin mənəvi borcudur. Eyni zamanda, Qarabağda qurulan yeni həyatın, bərpa edilən təbiətin və elmi tədqiqatların nəticələrinin də gələcək nəsillərə ötürülməsi vacibdir. Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylik bu gün quruculuq mərhələsində də davam etməlidir.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 327 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
18:18 0 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 341 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
18:15 16 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 292 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 295 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 224 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 273