Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlanıb

Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlanıbRusiyada artıq koronavirusun yeni "omikron" ştamı ilə yoluxmuş xəstələr var.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi Vladimir Kruqlıy bildirib.

"Ştam böyük ehtimalla Rusiyada mövcuddur. Onun yayılmasının mənbəyi Misirə səfər etmiş vərətəndaşlarımızdır", - o deyib.

Rusiyanın əməkdar həkimi "omikron" ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.

Məlumata görə, Cənubi Afrikada yeni ştama yüzə yaxın yoluxma qeydə alınıb. Avropa Birliyi və bir çox başqa ölkələr bəzi Afrika dövlətlərindən səyahət qadağaları tətbiq edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 540   Tarix: 28 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti