Əfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTO

Əfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTO1985-ci ildə "National Geographic" jurnalının üz qabığında əks olunan fotosu ilə məşhurlaşan Əfqanıstanın "Yaşıl gözlü qızı" (Şərbət Qula) ölkəsindən çıxa bilib. O, Əfqanıstan qaçqınlarına yardım və inteqrasiya proqramı çərçivəsində İtaliyaya gətirilib.

Bu barədə onun köçürülməsini təşkil edən Kici hökumət sarayının mətbuat xidməti məlumat yayıb.

"Vətəndaş cəmiyyəti və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin avqust hadisələrindən sonra Şərbət Qulaya ölkədən getməsinə kömək etmək üçün müraciətlərindən sonra İtaliya Nazirlər Şurası Əfqanıstan vətəndaşlarının təxliyəsi, hökumətin onların qəbulu və inteqrasiyası planı proqramı çərçivəsində onun Romaya daşınmasının təşkilini öz üzərinə götürüb", - deyə Sarayın bəyanatında bildirilib.

Hazırda Şərbət Qulanın təxminən 50 yaşı var. Fotojurnalist Stiv Makkarri 1984-cü ildə Əfqanıstan-Pakistan sərhədində qaçqın düşərgəsində onun şəklini çəkəndə o, kəndinə basqından sonra yetim qalmış 12 yaşlı yeniyetmə idi. "Yaşıl gözlü qız"ın portreti bir il sonra "National Geographic" jurnalında dərc olundu və dərhal bütöv bir xalqın iztirablarının, daha sonra isə ümumilikdə qaçqınlar probleminin simvoluna çevrildi.

Daha sonra Əfqanıstana qayıdan, ailə quran və dörd qız övladı (biri öldü) dünyaya gətirən Şərbətin özü dünya şöhrəti qazandığını bilməyib. Makkari 17 ildən sonra adını bilmədiyi qəhrəmanının izinə düşməyə qərar verib. 2002-ci ildə onu taparaq yenidən şəklini çəkdi.

Həm birinci, həm də ikinci fotoşəkil dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş etdirilib.

2012-ci ildə məşhur jurnal öz arxivindən fotoşəkilləri və rəsmləri ilk dəfə hərraca çıxaranda bu şəkil 178,9 min dollara satılıb (təxmini dəyəri dörd dəfə üstələyir).

Şərbət son illərini Pakistanda keçirib, lakin ölkədə qanunsuz yaşadığı üçün 2016-cı ildə Pakistan məhkəməsinin qərarı ilə oradan qovulub. Kabildə o vaxtkı hakimiyyət Qulanı qəbul edib və onu evlə təmin edəcəyinə söz verib.

Lakin NATO hərbi kontingentinin Əfqanıstandan çıxarılmasından və "Taliban" hərəkatının nümayəndələrinin hakimiyyətə gəlməsindən sonra aclıqdan ölmək ərəfəsində olan minlərlə əfqan kimi o da ölkəni tərk etmək məcburiyyətində qalıb.(oxu.az)

Əfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2543   Tarix: 28 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

19:00 1
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 259
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 300
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 271
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 264
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 232
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 193
.