Əməkdar artist ölüm ayağındadır
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır.
Aktyorun həyat yoldaşı Zərqələm Əliyeva Qaynarinfo-ya müsahibə verib.
Z.Əliyeva qeyd edib ki, Novruz ölüm ayağındadır:
"Vəziyyəti ağır idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyət çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq".
O bildirib ki, həkimlər Əməkdar artistin müalicəsinin xarici ölkədə aparılmasını məsləhət bilir:
"Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə getsə, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı".
Həyat yoldaşı Novruz Qartalın xəstəxanada ağır vəziyyətdə olduğunu və heç kimin maraqlanmadığını qeyd edib:
"Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyətini soruşurlar. Mədəniyyət adamlarından heç kəs onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pisdir, gücüm çatmır, mənə kömək etsinlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4786 Tarix: 26 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutinin Çinə səfəri başa çatdı
Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib. Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Va
20:54 0 Uitkoff yenə Moskvaya gəlir - Dmitriyev açıqladı
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun tezliklə Rusiyaya səfər edəcəyi gözlənilir. "AzPolitika" xəbər verir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Rusiya mediasına açıqlayıb. Jurnalist Aleksandr Yunaşe
21:30 1 Selena Qomes açıq-saçıq səhnələri olan 4 saatlıq filmdə rol alacaq
Məşhur aktrisa və müğənni Selena Qomes karyerasının ən cəsarətli və təbəddülatlı layihələrindən birinə hazırlaşır. Bizim.Media xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, 33 yaşlı ulduz rejissor Bredi Korbetin yeni layihəsində çəkilə bilər. Bu ekran işi artıq indidə
21:45 2 Qabil Abbasoğlu: Media dayanıqlı şəhər inkişafı və iqlim davamlılığı üzrə ictimai məsuliyyəti gücləndirir
Dayanıqlı şəhər inkişafı, mənzil əlçatanlığı və iqlim dəyişiklikləri müasir medianın diqqət mərkəzində olan əsas mövzulardandır. "APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində "Media as a Driver of Public Discourse on Housing and Urban Resilience" ("Medianın mənzil v
21:15 1 Tramp ABŞ-ın İrana yenidən zərbə endirə biləcəyini, lakin Tehranın razılaşma əldə etmək istədiyini bildirib
Prezident Donald Tramp çərşənbə axşamı günü bildirib ki, ABŞ İrana yenidən zərbə endirməli ola bilər və hücum əmrini verməzdən bir saat əvvəl təxirə salıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp bu açıqlamaları Tehranın ABŞ-İsrail müharibəsinə son qoymaq üçün yeni təklifindən sonra planlaşdırıla
11:07 195 "Crystal Awards" mükafatlandırılma mərasimi baş tutdu
Bu günlərdə "Crystal Awards" mükafatlandırma mərasimi keçirilib. Artıq üçüncü dəfə təşkil olunan tədbir müxtəlif sahələrdə uğur qazanan şəxslərin, şirkətlərin və brendlərin bir araya gəldiyi nüfuzlu platformalardan biri hesab olunur. xəbər verir ki, "Crystal Awards" layihəsi adətə
16:51 188 ABŞ-Kuba Böhranı: Regionda Təhlükəsizlik Narahatlığı Güclənir - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və Kuba arasında illərdir davam edən gərginlik yeni mərhələyə qədəm qoyur. Son günlər yayılan məlumatlar Vaşinqtonun Havana ilə bağlı siyasətində daha sərt xəttə keçdiyini göstərir. İddialara görə, Ağ Evdə yalnız diplomatik və iqtisadi təzyiq deyil, həm də hərbi ssenarilər müzakirə mövzusu olub
15:36 178 Piton molekulundan piylənməyə qarşı dərman hazırlana bilər
Alimlər pitonların metabolizmini araşdıraraq iştahanı azaldan bir molekul aşkar ediblər. Bu maddə laboratoriya şəraitində siçanlar üzərində artıq müsbət nəticə göstərib. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar Birma pitonlarının qanında piylənməyə qarşı yeni dərmanların əsasını təşki
19:15 106 Türkiyədə güclü zəlzələ oldu
Malatyanın Battalqazi rayonunda 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) məlumat yayıb. AFAD-ın məlumatına görə, zəlzələnin episentri Battalqazi olaraq elan edilib və zəlzələ Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Hatay və Adana kim
21:00 1