Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidirPrezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır.

Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və suverenliyinin tam bərpasının əyani ifadəsidir. Bu məkan seçimi müraciətin əsas mesajını daha da gücləndirir: 2020-ci il Qələbəsi və 2023-cü ildə suverenliyin tam bərpası eyni strateji məqsədə xidmət edən, ardıcıl və bir-birini tamamlayan mərhələlərdir.

Şuşanın azad edilməsi müraciətin hərbi-siyasi məzmununda xüsusi yer tutur. Şəhərin strateji mövqeyi və xalqımızın milli yaddaşındakı müstəsna əhəmiyyəti bu hadisəyə hərbi, siyasi və mənəvi dəyər qazandırır. Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında əldə olunan üstünlük digər ərazilərin əlavə döyüşlər aparılmadan qaytarılmasını təmin edən strateji nəticəyə çevrildi. Bununla yeni insan itkilərinin qarşısı alındı, hərbi uğur siyasi müstəvidə möhkəmləndirildi. Prezidentin fərariliklə bağlı müqayisəsi də ordunun mənəvi dayanıqlığı baxımından diqqətəlayiqdir. Dövlət başçısının Ermənistan rəhbərliyinin etirafına istinadla qarşı tərəfin ordusunda 12 minə yaxın fərarinin olduğunu bildirməsi Azərbaycan əsgərinin döyüş əzmini, xalqımızın Vətən müharibəsinin haqq işinə inamını ön plana çıxarır. Qələbə illərlə formalaşdırılmış dövlət potensialının, strateji rəhbərliyin, ordunun peşəkarlığının və xalqın mənəvi birliyinin birgə nəticəsidir.

Müraciətin mühüm mənəvi xəttini Qələbə sevincinin şəhidlərin xatirəsinə ehtiramla vəhdətdə təqdim olunması təşkil edir. Zəfər tağına aparan pillələrdə müharibənin hər gününün əks olunması həm şanlı döyüş yolumuzu, həm də bu yolda verdiyimiz qurbanları xatırladır. Beləliklə, abidə Qələbənin əzəmətini və onun uğrunda canından keçən insanların fədakarlığını birlikdə yaşadır. Bu yanaşma gələcək nəsillərə azadlığın və suverenliyin hansı mübarizə bahasına əldə edildiyini çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Keçmiş separatçı idarəetmənin yerləşdiyi binanın Zəfər Muzeyinə çevrilməsinin güclü rəmzi məna daşıyir. Prezidentin həmin bina ilə bağlı işlətdiyi "şeytan ruhu" ifadəsi orada hökm sürmüş təcavüzkar siyasətə münasibətini göstərir. İndi həmin məkan gələcək nəsillərə işğalın nəticələrini, xalqımızın mübarizəsini və suverenliyin bərpasını sənədlər və tarixi faktlarla çatdıracaq yaddaş məkanına çevrilir. Dövlət başçısının həmin binada fəaliyyət göstərmiş şəxslərin cəzalandırılmasını xatırlatmasının əsas siyasi mesajı isə aydındır: xarici himayəyə arxalanmaq törədilmiş əməllərə görə məsuliyyətdən yayınmağa və daimi toxunulmazlıq əldə etməyə təminat vermir.

Müraciətdə azərbaycançılığın bütün vətəndaşlarımızı birləşdirən məfkurə kimi təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycançılıq etnik və dini müxtəlifliyi ortaq Vətən, dövlətçilik və vətəndaşlıq məsuliyyəti ətrafında birləşdirir. Milli birliyimizin möhkəmliyi də bu mənəvi-siyasi təmələ söykənir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılığı müstəqil dövlətçiliyimizin ideoloji əsası kimi möhkəmləndirən irsi ilə bugünkü milli həmrəyliyimiz arasında birbaşa bağlılıq və davamlılıq mövcuddur. Bu həmrəylik azad edilmiş ərazilərdə həyata keçirilən quruculuqda və "Böyük Qayıdış"da da öz ifadəsini tapır. "Böyük Qayıdış"ın mahiyyəti insanların doğma yurdlarında təhlükəsiz, layiqli və davamlı həyat qurmasıdır. Buna görə bərpa prosesinin nəticələri yaşayış evləri ilə yanaşı, yaradılan iş yerləri, məktəblər, səhiyyə müəssisələri, nəqliyyat və kommunal xidmətlər, eləcə də təhlükəsiz yaşayış mühiti ilə qiymətləndirilməlidir.

Böyük Qayıdış humanitar baxımdan yurd həsrətinin sona çatması və insanların həyat imkanlarının bərpasıdır. İqtisadi baxımdan azad edilmiş ərazilərin ölkənin istehsal, məşğulluq və təsərrüfat həyatına qoşulmasıdır. Dövlətçilik baxımından isə suverenliyin fəaliyyət göstərən institutlar, işləyən müəssisələr və canlanan yaşayış məntəqələri vasitəsilə gündəlik həyatda möhkəmlənməsidir. Böyük Qayıdış hərbi-siyasi Qələbənin vətəndaşın həyatında təhlükəsizlik və rifah şəklində gerçəkləşməsidir.

Prezidentin Azərbaycana zərər vermək niyyətinin qarşısını alacaq qədər güclü olmaq çağırışı gələcəyə yönəlmiş çəkindirmə siyasətini ifadə edir. Bu siyasətin mahiyyəti mümkün təcavüzün nəticələrini əvvəlcədən aydın göstərməklə ölkəmizin təhlükəsizliyini qorumaqdır. Belə gücün davamlılığı hərbi imkanların, iqtisadi dayanıqlığın, texnoloji inkişafın, keyfiyyətli təhsilin, səmərəli dövlət institutlarının və fəal diplomatiyanın bir-birini tamamlamasından asılıdır. Qələbənin yaratdığı təhlükəsizlik imkanlarını qorumaq ardıcıl inkişaf tələb edir. Güclü müdafiə qabiliyyəti və sülhün möhkəmləndirilməsi bu baxımdan bir-birini tamamlayan məqsədlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran strateji vəzifə bərpa edilmiş suverenliyi iqtisadi inkişaf, müasir müdafiə imkanları, milli həmrəylik və davamlı quruculuqla daha da möhkəmləndirməkdir.

Altay Əliyev
Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 58   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 405
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 272
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 279
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 326
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 286
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 248
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 368
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 305
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 292
.