Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidirPrezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin, tarixi yaddaşının rəmzi olduğunu nümayiş etdirdi.

Şuşanın tarixi əhəmiyyəti onun coğrafi mövqeyi və mədəni irsi ilə məhdudlaşmır. Bu şəhər Azərbaycan xalqının milli ruhunun, Qarabağ tarixinin və dövlətçilik düşüncəsinin mühüm dayaqlarından biridir. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin taleyini müəyyənləşdirən həlledici hadisələrdən biri oldu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Şuşa 28 il işğal altında qalsa da, milli ruhunu itirməmişdi.

Şuşanın azadlığı həm hərbi, həm də siyasi-psixoloji baxımdan tarixi dönüş yaratdı. 2020-ci il noyabrın 8-də bu şəhərin azad edilməsi Azərbaycanın Qələbəsinin əsas rəmzinə çevrildi. Prezidentin Zəfər Günündə məhz Xankəndidən xalqa müraciət etməsi, R.T. Ərdoğanla görüşünü isə Şuşada keçirməsi azad edilmiş torpaqlarda yeni siyasi reallığın nümayişi idi.

Bu tarixi hadisələrin mənasını anlamaq üçün müstəqilliyimizin ilk illərinə də nəzər salmaq lazımdır. 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə hökm sürən siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə və dövlət idarəçiliyindəki ciddi problemlər milli təhlükəsizlik və ərazi bütövlüyü məsələlərini arxa plana keçirmişdi. Həmin dövrün siyasi mənzərəsi göstərirdi ki, hakimiyyət daxilində şəxsi siyasi maraqlar və vəzifə uğrunda mübarizə ümummilli məqsədlərlə ziddiyyət təşkil edirdi. Torpaqların müdafiəsi və güclü dövlət quruculuğu əvəzinə siyasi böhran dərinləşir, cəbhədəki vəziyyət ağırlaşırdı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin qorunması, siyasi sabitliyin yaradılması və nizami ordu quruculuğu istiqamətində əsaslı dönüş baş verdi. Prezident İlham Əliyev isə bu siyasi kursu davam etdirərək Azərbaycanın iqtisadi və hərbi potensialını gücləndirdi, nəticədə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, Şuşanın azadlığı həm də müstəqil dövlət quruculuğunun, ardıcıl strategiyanın və milli iradənin nəticəsi oldu.

Şuşanın əhəmiyyəti 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə daha artdı. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin hüquqi əsasını möhkəmləndirən bu sənədin məhz Şuşada imzalanması təsadüfi deyildi. R.T. Ərdoğanın Zəfərin altıncı ildönümündə yenidən Şuşaya gəlməsi isə həmin strateji müttəfiqliyin davamlılığını nümayiş etdirdi. Prezident İlham Əliyevin səsləndirdiyi "Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır" fikri səfərin əsas siyasi mesajlarından biri oldu.
Şuşa Şəhəri Günü ilə Zəfər Gününün noyabrın 8-də qeyd edilməsi də xüsusi tarixi məna daşıyır. Burada söhbət şəhərin tarixini, mədəniyyətini və milli yaddaşını, həmçinin azadlığını və Azərbaycanın tarixi Qələbəsini təcəssüm etdirir.

Bu gün Şuşada aparılan bərpa işləri, tarixi abidələrin yenidən həyata qaytarılması, mədəni tədbirlərin keçirilməsi və şəhərin əvvəlki şöhrətinin bərpası Zəfərin quruculuq mərhələsini ifadə edir. Təsadüfi deyil ki, Şuşada 377 ailə olmaqla, 1.411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla, 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla, 90 nəfər - cəmi 420 ailə, 1579 nəfər məskunlaşıb.

Şuşa bu gün də Qarabağın tacı, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır.

İlqar Əliyev
Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 57   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 180
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 143
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 130
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 0
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 86
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 290
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 130
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 151
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 384
.