İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

İlham Əliyev Vladimir Putinə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

Kemerovo vilayətindəki "Listvyajnaya" kömür mədənində baş vermiş qəza nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2066   Tarix: 25 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş