Sabahdan bu marşrutun hərəkət sxemi dəyişəcək

Sabahdan bu marşrutun hərəkət sxemi dəyişəcək2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun "Dərnəgül" stansiyasınadək hərəkət edəcək.

Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun "Dərnəgül" stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun "N.Nərimanov", "Nizami", "20 Yanvar" stansiyaları və "Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.

Sözügedən dəyişiklik sabahdan tətbiq olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 980   Tarix: 25 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti