Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMAPandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur.

BiG.AZ pandemiya dövründə daxili və xarici turizmdə ölkəyə dəyən ziyan və post pandemiya dövründə turizm sahəsində görüləcək işlərlə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidməti Kənan Quluzadənin fikirlərini öyrəndi:

"Pandemiya dövrü ərzində həm daxili həm də qlobal turizmə ciddi ziyan dəydi. Turizmdə belə bir böhran olmayıb. Demək olar ki, ən ciddi ziyandır. Rəqəmlərlə götürsək daxili turizmdə dörd dəfəyə yaxın geriləmə olub. Yanvar və fevral aylarına əsasən bu il Azərbaycana gələn xarici turistlərin sayı təxminən 72 min nəfər olub. Bu da əvvəlki illərlə müqayisədə 5.9 dəfə azdı. Yanvar, fevral aylarında Azərbaycandan xaricə gedən vətəndaşların sayı cəmi 60 min nəfər olub ki, o da əvvəlki illərlə müqayisədə 13.5 dəfə azdır. Faktiki olaraq getmək-gəlmək turizmi dayanıb. Gedib-gələnlərin də əksəriyyəti turistik məqsəd daşımayıb. Bu dövr ərzində daxili turizm inkişaf etsin deyə müəyyən pəncərələr açılıb. Yəni sərt karantin rejimi yumşaldılanda, rayon və şəhərlərarası gediş-gəliş bərpa ediləndə vətəndaşlarımız regionlara səfərlər edirlər. Daxili turizm həmin dövr ərzində müəyyən etaplarla özünü bərpa edə bilib. Əlbəttə ki, tam bərpadan söhbət gedə bilməz. Bu müqayisələr 2019-cu illə müqayisədir.

Biz ümid edirik ki, 2021-ci ilin ikinci yarısından həm daxili turizmin imkanları genişləndiriləcək, həm də xarici. Yəni bununla bağlı ümidlərimiz var. Təbii ki, bu tək Azərbaycanın verdiyi qərarlardan asılı deyil. Yəni tək bizim sərhədimizin açılması ilə bağlı deyil, gərək digər ölkələr də sərhədlərini açsınlar. Amma beynəlxalq mütəxəsisslər də düşünürlər ki, 2019-cu ilin rəqəmlərinə yaxınlaşma ümidləri daha çox 2023-ci llə bağlıdır. Bu dövr ərzində azərbaycan turzimi müəyyən layihələr həyata keçirib.
Bu dövr ərzində məqsədimiz turizmin təhlükəsizliyini təmin etmək idi. Bununla bağlı Dövlət Turizm Agentliyi tərəfindən otellərdə mütəmadı monitorinqlər keçirilib. Hər gün təxminən 70 monitorinq keçirilir. Bu 300-dən çox oteli əhatə edir. Bu təbii ki, işləyən otellərə aiddir. Bir çox otellər isə özləri fəaliyyətin dayandırıb. Dövlət tərəfindən otellərin fəaliyyətinə qadağa yox məhdudiyyətlər qoyulub.
Postpandemiya dövründə turizm fərqli inkişaf edəcək.Burada psixoloji məsələlər də olacaq. İnsanlar daha çox yaxın ölkələrə getmək istəyəcəklər, uzaq məsafələrə səyahət etməyə çəkinəcəklər, qorxu olacaq insanlarda. Ona görə biz əvvəllər rəqabət etmədiyimiz ölkələrlə də rəqabət edəcəyik. Çünki defisit bir şəxs olacaq. Hər kəs onu cəlb etməyə çalışacaq. Sözün pozitiv mənasında bu sahədə bir savaş olacaq.

Post pandemiya dövründə təhlükəsizliyi təmin edildikdən sonra ən intensiv fəaliyyət göstərdiyimiz istiqamət yeni destinasiya olunan Qarabağ və azad edilmiş ərazilərimizlə bağlıdır. Ölkə rəhbərliyinin tapşırığı ilə biz orada təkliflər formalaşdırırıq. Turizm məhsullarının yaradılması, marşrutlarının yerləşdirilmə obyektərinin, Şuşanın konsepsiyası və.s bunlar üzərində iş gedir. Azad olunmuş torpaqlarımızın yenidən tanıtımına başlayırıq. Virtual da olsa sərgilər keçirilir. Biz görürürk ki, xaricilər arasında maraq daha çoxdu həmin ərazilərə.

Bu dövr ərzində dövlət turizm subyektlərinə öz dəstəyini göstərib. Ümumi iqtisadi subyektlərə nə dəstək olubsa turizmə də eyni dəstəyi göstərib. Bu həm maaşların verilməsi ilə bağlıdır, həm kreditlərin, həm də zəmanət məsələləri.

Postpandemiya dövründə turizm sahəsində olan qiymətlə gəldikdə isə Kənan Quluzadə bildirib ki, hələ ki, qiymətlə stabil olaraq qalıb:

"Qiymətləri keçən illə müqayisə etsək deyə bilərəm ki, daxili bazarda stabil olaraq qalıb. Xarici bazarda dövlət qurumları qiymətləri tənzimləyə bilmir. Məntiqli olar ki, müştəri cəlb etmək üçün qiymətlər münasib olsun".

QASIMOVA SAMİRƏ


BiG.Az
Telegramda izləyin
Turizm   Baxılıb: 2306   Tarix: 05 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir

Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb. -ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər

27.11.2019 4857
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏR

Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir v

26.06.2019 3010
.

Teymur Rəcəbov Levon Aronyanı MƏĞLUB ETDİ

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. "Report"a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

23.11.2020 2521
.

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir. -a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub. Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bila

29.07.2019 4411
.