Braziliyada qadın 33 illik köləlikdən azad edildi
Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb.
Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlərə küçə yarmarkalarında ticarət etməyə köməklik göstərib. O, noyabrın 12-də azadlığa buraxılıb, bir həftə sonra isə prokurorluq zərərçəkmişə ömürlük təzminat ödənilməsi ilə bağlı ailə ilə razılaşma əldə edib.
Qadın işəgötürənlərin evinə 1990-cı illərin əvvəllərində gəlib. Onilliklər ərzində o, otaqları təmizləyib, paltarları yuyub və dörd itə qulluq edib. Bundan əlavə, o, ticarətdə də iştirak etməli olub: malları rəflərə düzüb, alıcılara xidmət göstərib və San-Pauludakı topdansatış bazarında ev sahibəsini müşayiət edib.
Yoxlama zamanı məlum olub ki, işçi əməyinə görə pul almayıb və qanunla nəzərdə tutulmuş zəmanətlərdən məhrum edilib. Ona evin yuxarı mərtəbəsində, itlərin saxlanıldığı həyətin yaxınlığında bir otaq ayrılıb. Normal məişət şəraitinin olmaması səbəbindən o, ləyəndə çimib və təbii ehtiyaclarını ödəmək üçün gecələr otaqda xüsusi qablar saxlayıb. Qadın şəxsi əşyalarını qutularda və rəflərdə yığıb.
Noyabrın 19-da prokurorluq davranışların qanuna uyğunlaşdırılması barədə ailə ilə müqavilə bağlayıb. İşəgötürənlər 1 iyun 1993-cü ildən 12 noyabr 2024-cü ilə qədər olan dövr üçün əmək münasibətlərini qəbul edərək, əmək ödənişləri üzrə borcları bağlamağı, iş stajını rəsmiləşdirməyi və lazımi sosial rüsumları köçürməyi öhdələrinə götürüblər. Həmçinin, qadına iki minimum əməkhaqqı məbləğində ömürlük aylıq kompensasiya təyin edilib.
O, ilk ödənişi dekabrın 10-da almalıdır. Zərərçəkmiş 85 yaşına çatmamış vəfat edərsə, vəsait onun 85 yaşının tamam olacağı tarixə qədər varislərinə köçürülməkdə davam edəcək. Azad olunduqdan sonra qadın bələdiyyənin sosial xidmətinin nəzarətinə verilib. Həmçinin ona quldarlığa bərabər tutulan şəraitdən azad edilmiş şəxslər üçün nəzərdə tutulan xüsusi işsizlik müavinətinin altı dəfəlik ödənişi də ayrılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 73 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 487,2 milyon manat olub. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 % çoxdur. Bildirilib ki, hüquqi şəxslə
14:00 138 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər
Azərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisəd
16:50 0 Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi
Bakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir. Şimal qütbü üzərindəki qütb burulğanında rekor
00:17 399 Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi
RWB rəhbəri Tatyana Kim "Wildberries"in baş direktoru vəzifəsindən gedib. verir ki, bu barədə "İzvestiya"nın əldə etdiyi sənədlərdə qeyd olunub. Məlumata əsasən, Kim artıq digər şirkətlərə də rəhbərlik etmir. Bununla yanaşı, Vahid Dövlət Hüquqi Şəxslər Reyestrinin (EGRUL) məlumatlarında
15:40 64 Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
00:09 395 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı
Gəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb. -ın əldə etdiyi məlumata görə, Hüseyn Namazov 2011-ci ildə ailə həyatı qurub və 2014-cü ildə övladı dünyaya gəlib. 2019-cu ildə H.Namazovla həyat yoldaşı arasında olan nikah pozulub və məhkəmənin qərarı ilə uşağın 18 yaşına çatana qədər atasında
10:00 226 ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı
Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabə
00:11 329 Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılaşmayacağını bildirib. "Report" xəbər verir ki, Əraqçi bu barədə "Iran" qəzetinə müsahibəsind
10:30 200 Koşta: Aİ və Britaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransında bildirib
18:10 0