Türkiyəli müğənni Emre Altuğun 10 ilədək həbsi tələb olunur
Türkiyəli müğənni və aktyor Emre Altuğ İzmirin Çeşmə rayonunda yerləşən daşınmaz əmlakında icazəsiz tikililər inşa etdiyi iddiası ilə məhkəməyə çıxarılacaq. Onun barəsində 10 ilədək həbs cəzası tələb edilib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çeşmə bələdiyyəsinin şikayətindən sonra hazırlanan ittiham aktında Altuğ barəsində "Mədəni və təbii sərvətlərin qorunması haqqında" qanunu pozmaq və "şəhərsalma qaydalarının pozulmasına səbəb olmaq" ittihamları irəli sürülüb.
Bələdiyyə Altuğun Musalla məhəlləsindəki torpaq sahəsində hovuz, maşın avadanlıqları üçün otaq və birmərtəbəli tikililər inşa etdiyini müəyyən edib.
Torpaq sahəsinin mühafizə olunan ərazidə yerləşdiyini bildirən bələdiyyə tikililərin lazımi icazələr alınmadan inşa edildiyini iddia edib. Qanun pozuntularının verilən müddətdə aradan qaldırılmadığı, bundan sonra isə tikililərin söküldüyü qeyd olunub.
Bələdiyyənin şikayəti əsasında Çeşmə prokurorluğu tərəfindən araşdırma başlanılıb. Emre Altuğ ittihamları rədd edib.
İstintaq çərçivəsində ifadə verən müğənni bələdiyyənin qərarının ona qanunsuz şəkildə təqdim edildiyini bildirib. O, qərardan xəbər tutduqdan sonra onun ləğvi ilə bağlı məhkəməyə müraciət etdiyini deyib.
Prokurorluğun hazırladığı ittiham aktında müğənniyə qarşı irəli sürülən ittihamlar üzrə 3 ildən 10 ilədək həbs cəzası tələb olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş11 saat qaranlıq qutuda qaldı
Türkiyəli model və aparıcı Çağla Şıkel 11 saat qaranlıq otaqda tək qaldığı təcrübədən danışıb. Axşam.az xəbər verir ki, "Qəlbin gözünü açmaq" məqsədilə təşkil olunan xüsusi inzivaya qatılan Şıkel bu təcrübəni uzun müddət özü ilə baş-başa qalmağa ehtiyac duyduğu üçün yaşamaq istədiyini bildirib
14.11.2026 430 Məşhurların Yeni il gecəsi səhnə qiymətləri
Məşhur müğənnilərin Yeni il gecəsi üçün səhnə qonorarları bəlli olub. 2027-ci ili səhnədə qarşılamağa hazırlaşan sənətçilərin alacağı məbləğ heyrət doğurub. bunu Türkiyə mediasına istinadən xəbər verib. Kiprdən İstanbula, Antalyadan Afyonkarahisara qədər müxtəlif şəhərlərdə konsert verəcək müğənniləri
14.11.2026 498 "Dünən övlad idin, bu gün atasan"
Aparıcı Azər Süleymanov oğlu Oğuzun 11 yaşı tamam olması münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı övladının doğum günündə fotosunu izləyiciləri ilə bölüşərək duyğusal sözlər yazıb. Azər ata olmağın həyatına gətirdiyi dəyişikliklərdən bəhs edib:. "O dünyaya gəldiyi gün anladı
14.11.2026 444 Türkiyədə seriallarla bağlı mühüm qərar gözlənilir
Türkiyədə serialların efir müddətinin qısaldılması ilə bağlı ortaq qərar gözlənilir. Axşam.az xəbər verir ki, reklam böhranının dərinləşməsindən sonra televiziya kanalları serialların büdcəsini azaltmaq üçün hərəkətə keçib. Bu məqsədlə prodüser şirkətlərindən qiymətləri aşağı salmaq tələb olunub. Prodüse
15.11.2026 768 "Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var"
"Sevgi naminə həyatında olanlardan, arzularından imtina edən qadınları qınayıram. Həyatımdakı insana da, rəfiqələrimə də deyirəm ki, bu, iradəsi zəif, psixoloji problemləri olan insanlarda baş verir. Bəlkə də uşaqlıqda hansısa travma yaşayıblar. Səhv anlaşılmasın, heç övladım üçün belə sənətimdə
14.11.2026 456 Kanye Uest məhkəməyə verildi
Opera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbu
15.11.2026 413 Azərbaycanda gənc aktrisa vəfat edib
ƏSA inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib. xəbər verir ki, bu barədə teatrın rəsmi "Facebook" səhifəsində məlumat verilib. Bildirilib ki, aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib:. "Leylanın həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığ
17.11.2026 810 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır
Rusiyanın Xalq artisti Larisa Dolina səhhətini bərpa etmək və yeni musiqi proqramı hazırlamaq məqsədilə konsert fəaliyyətinə təxminən bir il müddətinə fasilə verməyi planlaşdırır. TASS-a istinadən xəbər verir ki, müğənni bu barədə açıqlama verib. İfaçının sözlərinə görə, planlaşdırılan yeniliklər il
15.11.2026 451 Mətanətdən müğənni olmaq istəyənlərə məsləhət: "Ailə qurun, bir kişinin çörəyini yeyin"
Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı açıqlama verib. Qaynarinfo xəbər verir ki, o, özünə ailə həyatı qurmaq üçün saysız-hesabsız təkliflərin edildiyini bildirib:. "Saymaqla bitməz, amma istəmirəm. Mənim üçün bu kitab bağlanıb. Bu saat yadıma sağlam can düşür. Ancaq axirəti düşünürük"
17.11.2026 704