WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər

WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlərABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə qarşı çıxmağa hazırdırlar.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb.

Söhbət Pentaqonun Siyasət İdarəsində strategiya, planlaşdırma və potensial üzrə direktor postuna irəli sürülmüş Ostin Damer və bu bölmənin rəhbərinin müavini təyin edilməsi təklif olunan Aleks Veles-Qrindən gedir.

Vaşinqton administrasiyasının davamlı səylərinə baxmayaraq, namizədlərin heç biri senatorların lazımi dəstəyini qazana bilməyib. Nəşrin mənbələrinin məlumatına görə, onların soyadları Senatın cari ilin sonunadək baxmaq niyyətində olduğu iddiaçıların yekun siyahısına daxil edilməyəcək.

Vəziyyəti Konqres üzərində nəzarətin qarşıdan gələn dəyişikliyi də mürəkkəbləşdirir: 2027-ci ilin yanvarında çoxluğu əldə edəcək demokratlar da bu təyinatları dəstəkləməyə hazır deyillər. Qəzetin həmsöhbətlərinin qeyd etdiyi kimi, respublikaçılarla razılaşmanın olmaması Pentaqonda narazılığa səbəb olub.

WP yazır ki, Konqresin demokratların nəzarətinə keçməsinə qədər Tramp administrasiyasının təxminən altı həftəsi qalır. Bu müddət ərzində Ağ ev müdafiə sahəsində bir sıra məsələləri həll etməli, o cümlədən 1,5 milyard dollar məbləğində müdafiə büdcəsinin ayrılması planlarını irəli sürməlidir.

Bundan əlavə, administrasiya Hunq Kaonun ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı və general Stiv LaNivin Quru Qoşunlarının qərargah rəisi vəzifələrinə namizədliklərinin təsdiqlənməsinə nail olmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 48   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat

Yevlaxda 25 yaşlı bacısı Sərvinaz Cabbarzadəni bıçaqlayan 2011-ci il təvəllüdlü Cabbar Cabbarzadənin (ad və soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Sərvinazın "TikTok" sosial şəbəkəsindən istifadə etməsi səbəbindən baş verib. Belə ki, yeniyetm

15:21 96
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

16:40 0
.

Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışından paylaşım edib. Görüntüləri buradan izləyə bilərsiniz

12:15 172
.

Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılaşmayacağını bildirib. "Report" xəbər verir ki, Əraqçi bu barədə "Iran" qəzetinə müsahibəsind

10:30 200
.

Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ağcabədidə kişi arvadını döyüb. -a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Bağırovu

19:15 0
.

500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR

Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki

00:21 389
.

Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib

"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək. Markanı

12:10 159
.

Rumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal

Rumıniyanın Hərbi Prokurorluğu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Böyük Britaniyadan əlavə dəyər vergisi (ƏDV) ödəmədən helikopter alması ilə bağlı cinayət işini məhkəməyə göndərib. İş üzrə DİN-in Fövqəladə Hallar Departamentinin rəhbəri, nazir müavini Raed Arafat qaçaqmalçılıqda ittiham olunur

11:45 148
.

Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar

"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib

00:25 431
.