Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi

Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdiBakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir.

Şimal qütbü üzərindəki qütb burulğanında rekord dərəcədə erkən zəifləmə, Sakit okeanda isə El Ninonun güclənməsi qarşıdakı aylarda hava şəraitinin necə olacağı ilə bağlı suallar yaradıb. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hava dalğalarının baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Bəs Azərbaycanda qış sərt keçəcək?

Musavat.com xəbər verir ki, Şimal yarımkürəsində qış fəslinin necə keçəcəyinə dair proqnozlar atmosferdə baş verən qeyri-adi dəyişikliklər səbəbindən yenidən nəzərdən keçirilir.

Bakıda külək, yağış, bəzi bölgələrdə isə qar...

Hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləkan rayonlarında yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 28 metrə, Mingəçevirdə isə 24 metrə qədər güclənib.

Paytaxtda temperaturun aşağı düşməsi, külək və yağış qışın yaxınlaşması ilə bağlı müzakirələri də aktuallaşdırıb.

Qütb burulğanında tarixi zəifləmə

Şimal qütbünün şaxtalı havasını ətrafında saxlayan qütb burulğanında rekord dərəcədə erkən zəifləmə baş verib. Normal şəraitdə yanvar-mart ayları arasında müşahidə olunan böyük qəfil stratosfer isinməsi hadisəsi bu il artıq noyabrda qeydə alınıb. Əvvəllər belə hadisələrin ən erkən tarixi noyabrın 28-i olub.

Atmosferin təxminən 16-48 kilometr yüksəklikdə yerləşən qatında baş verən dəyişiklik qütb burulğanını formalaşdıran güclü küləklərin zəifləməsinə və istiqamətini dəyişməsinə səbəb olur.

Nəticədə Şimal qütbü ətrafındakı soyuq hava kütlələrinin daha cənubdakı ərazilərə yayılması ehtimalı artır. Bu proses Avropa və Şimali Amerikada temperaturun kəskin enməsinə şərait yarada bilər. Bu səbəbdən Avropa bu qışda 1978-79-cu illərdə yaşanan və "əsrin qışı" kimi tanınan dövrə bənzər həddindən artıq soyuq dalğalarla qarşılaşa bilər.

El Nino qış proqnozlarını dəyişir

Qütb burulğanının zəifləməsi sərt qış ehtimalını artırsa da, Sakit okeanda güclənən El Nino fərqli təsir göstərə bilər.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) noyabrın 12-də açıqladığı qiymətləndirməyə görə, El Ninonun 2027-ci ilin ilk aylarınadək güclü və ya çox güclü səviyyədə davam etməsi ehtimalı 79 faizdən çoxdur.

El Nino okean səthində temperaturun yüksəlməsi nəticəsində atmosfer dövranını dəyişdirir, dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminə təsir göstərir.

Ekspertlərin bir qismi güclü El Ninonun qütb burulğanındakı zəifləmənin səbəb ola biləcəyi kəskin soyuqları məhdudlaşdıra biləcəyini düşünür. Bununla belə, alimlər bu iki atmosfer hadisəsinin eyni vaxtda baş verməsinin qış proqnozlarını daha da mürəkkəbləşdirdiyini bildirirlər.

Noyabrın sonu, dekabrın əvvəlinə diqqət

Qütb burulğanındakı qeyri-adi dəyişikliklərin ilk təsirlərinin Şimali Amerika və Avropada müşahidə olunmağa başladığı bildirilir.

ABŞ-ın şərqində temperaturun noyabr ayı üzrə orta göstəricilərdən 4-8 dərəcə aşağı düşəcəyi gözlənilir. Şimali Avropada da oxşar soyuq hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.

Massaçusets Texnologiya İnstitutunun (MIT) iqlimşünası Cudah Koen əsas təsirlərin hələ qarşıda ola biləcəyinə diqqət çəkib. Ekspertlərin fikrincə, noyabrın sonu və dekabrın əvvəlində Avropanın şimalında və Şimali Amerikanın şərqində daha güclü soyuq hava dalğaları baş verə bilər.

Viskonsin-Medison Universitetinin meteoroloqu Andrea Lopez Lanq El Ninonun bu qış atmosferə təsirinin kifayət qədər güclü ola biləcəyini düşünür.

MIT-dən Cudah Koen isə El Ninonun təkbaşına həlledici olmayacağını, qütb burulğanındakı dəyişikliklərin də soyuq hava dalğalarının yaranmasında mühüm rol oynayacağını vurğulayır.

Azərbaycanda qış necə keçəcək?

Avropada atmosfer dövranında baş verə biləcək dəyişikliklər Azərbaycan üçün də əhəmiyyət daşıyır. Qütb mənşəli soyuq hava kütlələrinin ölkəmizə doğru hərəkət etməsi temperaturun aşağı düşməsinə səbəb ola bilər.

Lakin hazırkı qiymətləndirmələr Azərbaycanda qışın sərt keçəcəyini və ya intensiv qar yağacağını qəti şəkildə deməyə əsas vermir. Soyuq havanın hansı bölgələrə təsir edəcəyi qarşıdakı həftələrdə formalaşacaq təzyiq sistemlərindən və atmosferdəki küləklərin istiqamətindən asılı olacaq.

Ekspertlər qütb burulğanının yenidən güclənə biləcəyini, lakin qış boyunca yeni zəifləmələrin də baş verə biləcəyini bildirirlər.

Beləliklə, Bakıda müşahidə olunan hazırkı küləkli və yağışlı hava qışın necə keçəcəyinə dair yekun nəticə çıxarmaq üçün kifayət deyil. 2026-2027-ci illərin qışının sərt, yoxsa mülayim olacağını müəyyənləşdirmək üçün qarşıdakı həftələrdə atmosfer proseslərinin inkişafını izləmək lazım gələcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 78   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR

Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki

00:21 76
.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub. xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb. Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərini

21.11.2026 205
.

Prezidentin Vyetnam səfərindən - Görüntülər

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

21.11.2026 126
.

Bu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri

00:19 65
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 166
.

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql

21.11.2026 188
.

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - Foto/Video

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. -ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib

21.11.2026 217
.

Estoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb

Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl

21.11.2026 182
.

Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl

00:27 55
.