Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar.
Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiyi bank hesabına köçürməsi hansı üstünlükləri təmin edəcək?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, yeni qaydalar əsasən işçi əməkhaqqını almaq üçün evinə yaxın olan bankı seçə biləcək:
"Gözlənilir ki, gələcəkdə pensiyaçılar da bank seçimi edə bilsinlər. Bu halda pensiyaçılar da əməkhaqqı alan şəxslər kimi özlərinə yaxın bankı seçə biləcəklər. Bu dəyişiklik bankomatların qarşısındakı növbələrin azalmasına da kömək edəcək".
İqtisadçı bildirib ki, bu təşəbbüs daha çox bank sektorunda rəqabət mühitinin formalaşdırılmasına xidmət edir:
"Yeni qaydaların 2027-ci il aprelin 1-dən qüvvəyə minməsi gözlənilir. Bu proses bank sektorunda təmərküzləşmənin qarşısını almağa da kömək edə bilər. Hazırda bəzi banklar bazarda daha böyük paya malikdir və bu, digər bankların inkişafı üçün əlverişli şərait yaratmır. Yeni qaydalar isə əməkhaqqı ödənişlərinin müxtəlif banklar arasında bölüşdürülməsinə, nəticədə digər bankların da müştəri bazasını genişləndirməsinə imkan verəcək".
Ekspert qeyd edib ki, məsələ yalnız əməkhaqqı ödənişləri ilə məhdudlaşmır:
"İnsanlar əməkhaqqı aldıqları banka alışdıqdan sonra həmin bankın digər xidmətlərindən də istifadə etməyə başlayırlar. Bu isə bankların əlavə xidmətlər üzrə müştəri qazanmasına və fəaliyyətlərini genişləndirməsinə şərait yaradır.
İşəgötürənlər üçün isə bu dəyişiklik müəyyən çətinliklər yarada bilər. Çünki şirkətlər indiyədək əsasən bir bankla əməkdaşlıq edir, bütün köçürmələri həmin bank vasitəsilə həyata keçirirdilər. Bəzi hallarda isə bunun müqabilində banklardan müəyyən güzəştlər əldə edirdilər. Yeni qaydalar qüvvəyə mindikdən sonra işəgötürənlərin mühasibatlıq işləri bir qədər mürəkkəbləşəcək, əlavə inzibati yük və xərclər yaranacaq. Bu da istehsalın maya dəyərinin artmasına, məhsulların rəqabət qabiliyyətinin azalmasına səbəb ola bilər. Nəticədə beynəlxalq bazarda rəqabət imkanlarına və ixrac potensialına da mənfi təsir göstərməsi mümkündür. Yəni bu məsələnin iki tərəfi var. Dəyişiklik bir tərəfdən bank sektorunda rəqabəti gücləndirəcək, digər yandan isə işəgötürənlər üçün əlavə çətinliklər və xərclər yaradacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 77 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki
00:21 76 Qızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub. xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb. Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərini
21.11.2026 205 Prezidentin Vyetnam səfərindən - Görüntülər
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
21.11.2026 126 Bu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək
Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri
00:19 65 Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21.11.2026 166 İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql
21.11.2026 188 Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - Foto/Video
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. -ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib
21.11.2026 217 Estoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb
Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl
21.11.2026 182 Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
00:27 55