Pişiklər sahiblərindən bu 3 səbəbə görə inciyə bilərlər

Pişiklər sahiblərindən bu 3 səbəbə görə inciyə bilərlərPişiklərin davranışlarını anlamaq bəzən olduqca çətin olur. Onlar da insanlar kimi narahatlıq və narazılıq hiss edə bilirlər. Lakin bu duyğuları fərqli şəkildə büruzə verdiklərindən sahibləri çox vaxt öz hərəkətləri ilə ev heyvanlarını narahat etdiklərinin fərqinə varmırlar. Mütəxəssislər pişiklərin sahiblərindən inciməsinə və onlardan uzaqlaşmasına səbəb ola biləcək üç geniş yayılmış səhvi açıqlayıblar.

Lent.az bu 3 səbəbi təqdim edir:

1. Pişiyin diqqət və sevgi istəyinə məhəl qoymamaq

Pişiklər sevgilərini özünəməxsus şəkildə ifadə edirlər. Onlar sahiblərinin ayaqlarına sürtünür, yaxınlarında oturur, yemək və ya diqqət istədikdə miyoldayırlar. Lakin insanlar bu davranışlara cavab verməyin nə qədər vacib olduğunu həmişə başa düşmürlər.

"The Dog Agency" agentliyinin nümayəndəsi Emili Sleyvenin sözlərinə görə, pişiyin sahibinə yaxınlaşması, yanında oturması və ya ayağına sürtünməsi ona güvəndiyini göstərir. Əgər sahibi bu davranışlara əhəmiyyət vermirsə və heç bir reaksiya göstərmirsə, heyvan özünü diqqətdən kənarda qalmış hiss edə bilər. Zaman keçdikcə pişik insanla ünsiyyət qurmaq cəhdlərini azalda, hətta tamamilə dayandıra bilər. Buna görə də ev heyvanı sahibini işdən qayıdarkən qarşılayırsa və ya sığallanmaq üçün pəncəsi ilə ona toxunursa, bu istəyinə diqqət yetirmək tövsiyə olunur.

2. Pişiyə qışqırmaq və onu cəzalandırmaq

Sahiblərin yol verdiyi digər geniş yayılmış səhv pişiklərə qışqırmaq və onları danlamaqdır. Pişiklər günahkarlıq hissini insanlar kimi dərk etmirlər. Onlar divanı cırmaqladıqda və ya evdəki əşyaları aşırdıqda hərəkətlərinin düzgün olub-olmadığını insan kimi qiymətləndirmirlər. Buna görə də qışqırmaq arzuolunmaz davranışın qarşısını almağa kömək etmir, əksinə, heyvanı qorxudur.

Baytar həkim Anna Hartın sözlərinə görə, fiziki cəza, pişiyin üzərinə su çiləmək və ya ona qışqırmaq heyvanda qorxu yarada bilər. Nəticədə pişik sahibindən uzaq durmağa çalışa bilər. Hətta ev heyvanı hansısa əşyanı korlasa belə, aqressiv reaksiya onunla sahibi arasındakı münasibətləri daha da pisləşdirə bilər. Mütəxəssislər xatırladırlar ki, pişiklər min illər əvvəl əhliləşdirilsələr də, vəhşi təbiətə xas bəzi instinktlərini hələ də qoruyub saxlayırlar.

3. Pişiyi həddindən artıq sığallamaq və qucaqda saxlamaq

Maraqlıdır ki, həddindən artıq diqqət və nəvaziş də pişiklərdə narahatlıq yarada bilər. Bu heyvanlar insanla ünsiyyəti dayandırmaq istədiklərini bədən hərəkətləri ilə bildirirlər. Məsələn, quyruqlarını sağa-sola sürətlə hərəkət etdirir, göz bəbəkləri böyüyür və bəzən narahat davranmağa başlayırlar. Bu əlamətlər pişiyin artıq sığallanmaq istəmədiyini göstərə bilər. Lakin bəzi sahiblər belə xəbərdarlıqlara məhəl qoymur, heyvanı sığallamağa və ya qucaqlarında saxlamağa davam edirlər. Emili Sleyven bildirir ki, pişiklər üçün insanla nə vaxt ünsiyyət quracaqlarına özlərinin qərar verməsi vacibdir.

Əgər heyvan artıq təmas istəmədiyi halda sahibi onu sığallamağa və ya qucağına almağa davam edirsə, bu, pişikdə narahatlıq yarada bilər. Zaman keçdikcə belə davranışlar onun sahibindən uzaqlaşmasına səbəb ola bilər. Pişiyin özünü rahat və təhlükəsiz hiss etməsi üçün onun istəklərinə hörmətlə yanaşmaq, ünsiyyət qurmaq istəmədikdə isə sərbəst buraxmaq lazımdır.

Pişiklərin davranışları haqqında daha nələri bilmək lazımdır?

Mütəxəssislər daha əvvəl pişiyin sahibini ailəsinin bir üzvü hesab etdiyini göstərən yeddi əlaməti də açıqlayıblar. Pişiklər adətən müstəqil və soyuqqanlı heyvanlar kimi tanınsalar da, onların insanlarla güclü emosional bağ qurmaq qabiliyyəti var. Buna görə də sahiblərin heyvanların bədən dilini öyrənməsi, onların ehtiyaclarını və duyğularını daha yaxşı anlaması vacibdir.

Baytar həkimlər pişiklərin yuxu rejiminə də diqqət yetirməyi tövsiyə edirlər. Soyuq havaların başlaması və temperaturun aşağı düşməsi ilə bəzi pişiklər daha çox yata bilərlər. Lakin mütəxəssislərin fikrincə, əsas məsələ heyvanın neçə saat yatması deyil, onun gündəlik vərdişlərində və davranışlarında nəzərəçarpacaq dəyişikliklərin olub-olmamasıdır. Pişiyin davranışında qəfil dəyişiklik, iştahasızlıq və ya qeyri-adi süstlük müşahidə edilərsə, baytar həkimə müraciət etmək məsləhətdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 64   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Evdə tək" filmi qayıdır

Aktyor Makoley Kalkin məşhur "Evdə tək" filminin yeni hissəsində çəkiləcək. Axşam.az xəbər verir ki, yeni ekran əsərində hadisələrin yetkin "Kevin MakKallister"in həyatından bəhs edəcəyi gözlənilir. Aktyorun daha əvvəl səsləndirdiyi ideyaya əsasən, Kevin bu dəfə ata obrazında tamaşaçıları

21.11.2026 225
.

Sobada xırtıldayan kartofun sirri: yağ yerinə yumurta ağı

Aşpazların tövsiyə etdiyi fərqli üsula görə, sobada bişirilən kartofun xarici qatının yaxşı qızarması və xırtıldaması üçün yağ əvəzinə yumurta ağından istifadə olunur. Bu üsulda daha tez bişməsi üçün xırda (körpə) kartoflara üstünlük verilməsi məsləhət görülür. hazırlanma qaydasını təqdim edir:. Yumurt

21.11.2026 267
.

Evi daha təhlükəsiz edən 12 yapon vərdişi

Evdə təhlükəsizliyi təmin etmək üçün həmişə bahalı avadanlıqlara və böyük dəyişikliklərə ehtiyac olmur. Əşyaların düzgün yerləşdirilməsi, uyğun işıqlandırma və gündəlik vərdişlər xüsusilə yaşlı insanların həyatını asanlaşdıra bilər. xarici mediaya istinadla xəbər verir ki, yapon məişətində evin rahatlığın

18:30 0
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

15.11.2026 1073
.

Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı

19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi. xəbər verir ki, Birinci Dünya müharibəsində

21.11.2026 290
.

Məhv olsa da, yenidən canlana bilən bitki

Aylarla susuz qala bilməsinə baxmayaraq həyat qabiliyyətini qoruyan diriliş bitkisi su ilə təmas etdikdə yenidən açılaraq görənləri heyrətləndirir. bunu xarici mediaya istinadən xəbər verir. Quraq bölgələrdə yetişən bu qeyri-adi bitkinin sağ qalma mexanizmi alimlərin də diqqətini cəlb edir. Təbiətd

20.11.2026 530
.

Hər gün qəhvə içmək üçün daha bir səbəb

Kopenhagen Universitetində aparılan son elmi araşdırma müntəzəm qəhvə istehlakının həzm sisteminə birbaşa təsir göstərdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Gut Microbiology" jurnalında dərc edilən tədqiqata görə, qəhvə içmək bağırsaq hərəkətləri, yoğun bağırsaq sancılar

18.11.2026 559
.

Turlar.AZ - Ucuz turlar, tur paketlər

Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə

17:06 100
.

İnsanlar yaşlandıqca niyə daha çox üşüyür?

Yaş artdıqca insanların soyuğa qarşı həssaslığı güclənir. Xüsusilə yaşlı insanlar ətrafdakılar üçün normal hesab olunan temperaturda belə üşüyə bilirlər. Alimlər bunun səbəblərini araşdıraraq maraqlı nəticələr əldə ediblər. xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırma yaşlandıqca orqanizmi

18:20 0
.