Koronavirusun qeyri-adi əlaməti - Ağlınıza da gəlməz
Daimi hıçqırıq koronavirusun əlamətlərindən biri ola bilər.
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunan hesabatda deyilir.
Belə ki, hesabatda həkimlər şəkərli diabet, hipertoniya və işemik ürək xəstəliyindən əziyyət çəkən 62 yaşlı çikaqolu pasientin xəstəliyinin gedişatını təsvir ediblər.
Aprel ayında o, dörd gün bitmək bilməyən hıçqırıqdan şikayətlə həkimlərə müraciət edib. Lakin öskürək, yüksək qızdırma, burun tutulması, boğaz, yaxud sinə ağrısı və nəfəs darlığı kimi koronavirusun əsas simptomları həmin şəxsdə müşahidə olunmayıb.
Bunlara baxmayaraq, qızdırması 37,3 dərəcə olan xəstənin "COVİD-19" testi müsbət çıxıb, rentgen müayinəsində isə ağciyərlərində kiçik qaralma aşkarlanıb.
Koronavirus xəstələri yatan şöbəyə yerləşdirilən xəstənin vəziyyəti pisləşib. Lakin üç gün müalicə aldıqdan sonra vəziyyəti stabilləşən xəstə evə buraxılıb.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3082 Tarix: 08 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı
Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə
27.09.2026 277 Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj
27.09.2026 265 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 372 Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
07.10.2026 318 Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20.09.2026 253 Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl
27.09.2026 279 Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
04.10.2026 351 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 409 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
07.10.2026 393