Müdafiə naziri: "Budəfəki tədbirlər 2016-cı ilin aprelindən fərqli olacaq"

Müdafiə naziri: "Budəfəki tədbirlər 2016-cı ilin aprelindən fərqli olacaq"Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir qeyd edib ki, Prezident İlham Əliyevin öz çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.

Nazir bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır.

Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.

Bir neçə gün əvvəl sona çatmış genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin nəticələrini yüksək qiymətləndirən Müdafiə naziri əsas diqqətin şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki tətbiqinə yönəldiyini qeyd edib.

O bildirib ki, təlimlərdə qoşunlar məqsədlərə tam nail olub, şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində yüksək bacarıq nümayiş etdirib.

General-polkovnik Z.Həsənov təlim mərkəzlərində və poliqonlarda səhra şəraitində şəxsi heyətlə keçirilən döyüş hazırlığı, praktiki atış və müxtəlif döyüş texnikalarının idarəolunması üzrə intensiv məşğələlərin keyfiyyətinin daha da artırılmasını tələb edib.

Azərbaycan Ordusunun uğurlarının təməlində duran amillərdən birinin də şəxsi heyətin ideoloji hazırlığının yüksək və mənəvi-psixoloji cəhətdən güclü olduğunu qeyd edən Müdafiə naziri Ali Baş Komandanın tövsiyələrinə müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi və təsirliyinin artırılmasının vacibliyini xüsusi vurğulayıb.

"Şəxsi heyətlə aparılan ideoloji işin müsbət nəticəsidir ki, düşmən və ona dəstək verən bəzi qüvvələr tərəfindən Ordumuza qarşı aparılan kampaniyalar heç bir nəticə vermir və verməyəcək. Əminik ki, cənab Prezidentin və dövlətin dəstəyi, eyni zamanda vətənpərvər qüvvələrin səyi nəticəsində Azərbaycan əsgərinə qarşı yönələn düşmən niyyətlər ifşa olunacaq, bu aksiyalarda iştirak edənlər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar", - nazir bildirib.

Müdafiə naziri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan Ordusunun hərbi-texniki potensialı xeyli yüksəlib. Bölmələrimizin Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən müasir silah və hərbi texnikalar ilə mütəmadi olaraq təchiz edilməsi ordumuzun maddi-texniki təminat baxımından düşməndən xeyli üstün olduğunu nümayiş etdirir.

Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1664   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11.10.2026 279
.

Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl

11.10.2026 207
.

Vahid məktəbli forması - bərabər təhsilin rəmzi

"Təhsil hər bir uşağın gələcəyini formalaşdıran mühüm amillərdən biridir. Məktəb isə yalnız bilik əldə edilən məkan deyil, həm də uşaqların şəxsiyyət kimi yetişdiyi, dostluq və qarşılıqlı hörmət münasibətlərini öyrəndiyi bir mühitdir. Bu mühitdə vahid məktəbli formasının tətbiqi xüsusi əhəmiyyə

11:02 139
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

10:17 143
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

11.10.2026 558
.

Dava zamanı qohumlarını ayıran polis öldürüldü

Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay

11.10.2026 301
.

Məktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin

10:55 140
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

10:23 165
.

ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi

ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş

11.10.2026 317
.