Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - Ekspert

Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - EkspertQiymətləndirmə mexanizmlərində yenilənməyə ehtiyac var.

Lent.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır

Ekspert bildirib ki, qəbul imtahanlarında açıq tipli sualların sayı artırılmalı, abituriyentlərin analitik təfəkkürü, yaradıcılıq, yazı və şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün yeni mexanizmlər tətbiq olunmalıdır: "Ən problemli məsələlərdən biri məktəblərdəki tədris proqramları ilə Dövlət İmtahan Mərkəzinin qəbul proqramlarının üst-üstə düşməməsidir. Mövzular eyni olsa da, əsas fərq onlara yanaşma və çətinlik səviyyəsindədir. Bu, ölkə təhsilinin ən böyük problemlərindən biridir. Mövcud vəziyyət repetitorluğa şərait yaradır, məktəblərə inamı azaldır və təhsillə bağlı bir sıra neqativ fikirlərin formalaşmasına səbəb olur. Buna görə də məsələnin həlli istiqamətində ciddi addımlar atılmalıdır".

Ekspertin fikrincə, ilk növbədə buraxılış və qəbul imtahanları birləşdirilməli, ayrıca blok imtahanlarının keçirilməsi dayandırılmalıdır: "Buraxılış imtahanlarının əhatə dairəsi genişləndirilməli və qəbul həmin imtahanların nəticələrinə uyğun aparılmalıdır. Buraxılış imtahanları iyun ayında, tədris ili başa çatdıqdan sonra keçirilməlidir. İmtahanlarda məcburi fənlərlə yanaşı, abituriyentin seçdiyi ixtisas istiqamətinə uyğun könüllü fənlər də nəzərdə tutula bilər. Beynəlxalq təcrübədə də bu cür yanaşmalar mövcuddur".

Beynəlxalq imtahan nəticələrinin tanınması universitetlərə həvalə edilə bilər

Elşən Qafarov beynəlxalq imtahan nəticələrinin tanınmasının da vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, ayrı-ayrı ixtisaslar üzrə universitetlərə beynəlxalq qiymətləndirmə və imtahan nəticələrini tanımaq, həmin nəticələr əsasında qəbul aparmaq səlahiyyəti verilə bilər. Belə ki, bu yanaşma tədricən universitetlərin səlahiyyətlərinin genişləndirilməsinə və beynəlxalq təcrübənin tətbiqinə imkan yaradacaq.

Şagirdlərin dərs yükü azaldılmalıdır

Ekspert ümumtəhsil məktəblərində şagirdlərin dərs yükünün azaldılmasını da zəruri hesab edir: "Düşünürəm ki, 10-11-ci siniflərdə həftəlik dərs saatları 25-27-dən çox olmamalıdır. 5-9-cu siniflərdə bu göstərici 25 saatı, 5-6-cı siniflərdə 22-23 saatı keçməməlidir. İbtidai siniflərdə isə həftəlik dərs yükü 17-18 saatdan artıq olmamalıdır. Bunun əvəzində şagirdlərin intellektual səviyyəsini və həyati bacarıqlarını inkişaf etdirən dərsdənkənar məşğələlərə daha çox yer ayrılmalıdır. Ümumilikdə bu sahədə ciddi addımlara ehtiyac var. Əsas məsələ məktəb və qəbul proqramlarının uzlaşdırılması, buraxılış və blok imtahanlarının birləşdirilməsi, vahid imtahan modelinə keçid və imtahanların iyun ayı ərzində keçirilməsidir. Hesab edirəm ki, bu, daha məqsədəuyğun yanaşma olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadənin evinə basqın: nələr oğurlandı?

Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun malikanəsindən oğurlanan əşyaların siyahısı açıqlanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 23-də Norfolk qraflığında, kral II Çarlzın şəxsi mülkünün ərazisində yerləşən "Anmer Hall" malikanəsində qeydə alınıb

19:30 1
.

Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V, "SOCAR Absheron" və "ADNOC International ProjectC

16:49 134
.

Paşinyan Ermənistan gerbinin taleyinin referendumda həll ediləcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində Ağrı dağı (Ararat) təsvir olunan ölkə gerbinin taleyinin referendum yolu ilə xalq tərəfindən müəyyən ediləcəyini bildirib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiy

14:13 146
.

"Tələbələrin müraciətini nəzarətə götürmüşəm"

"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barəd

11:16 230
.

Sosial şəbəkədə təhqir və təhdidə məruz qalanlar nə etməlidir? - Vəkil AÇIQLADI

Sosial şəbəkələrdə təhqir, böhtan və təhdid halları istifadəçilərin şəxsi və işgüzar nüfuzuna, psixoloji vəziyyətinə, eləcə də təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Belə halların bir qismi saxta və anonim profillər vasitəsilə həyata keçirildiyindən zərərçəkənlər bəzən hüquqlarını necə müdafiə edəcəklərin

12:30 207
.

Soyuq duş xəstəlik riskini azalda bilər - Gözlənilməz təsiri

Soyuq duş qəbul etmək gündəlik həyatın faydalı vərdişlərindən birinə çevrilə bilər. Lakin onun insan orqanizminə təsiri ilə bağlı bəzi mühüm məqamlar var. xarici mediaya istinadən xəbər verir ki, müntəzəm olaraq soyuq duş qəbul etmək xəstəlik səbəbindən işə çıxılmayan günlərin sayının azalması ilə əlaqəl

20:00 1
.

İstifadəsiz torpaqlar Azərbaycanın iqtisadi inkişafına necə töhfə verə bilər?

İstifadəsiz kənd təsərrüfatı torpaqlarına yalnız iqtisadi dövriyyədən kənarda qalmış əmlak kimi deyil, həm də ölkənin gələcək aqrar və investisiya potensialının mühüm ehtiyatı kimi yanaşmaq lazımdır. Torpağın istifadəsiz qalması təkcə mülkiyyətçinin gəlir əldə edə bilməməsi deyil, eyni zamanda ölkə iqtisadiyyat

14:52 179
.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26.11.2026 347
.

Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb

Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib. "Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Polis saxta sənədlərin hazırlanmasında şübhəl

26.11.2026 356
.