Müdafiə naziri: "Budəfəki tədbirlər 2016-cı ilin aprelindən fərqli olacaq"

Müdafiə naziri: "Budəfəki tədbirlər 2016-cı ilin aprelindən fərqli olacaq"Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir qeyd edib ki, Prezident İlham Əliyevin öz çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.

Nazir bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır.

Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.

Bir neçə gün əvvəl sona çatmış genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin nəticələrini yüksək qiymətləndirən Müdafiə naziri əsas diqqətin şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki tətbiqinə yönəldiyini qeyd edib.

O bildirib ki, təlimlərdə qoşunlar məqsədlərə tam nail olub, şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində yüksək bacarıq nümayiş etdirib.

General-polkovnik Z.Həsənov təlim mərkəzlərində və poliqonlarda səhra şəraitində şəxsi heyətlə keçirilən döyüş hazırlığı, praktiki atış və müxtəlif döyüş texnikalarının idarəolunması üzrə intensiv məşğələlərin keyfiyyətinin daha da artırılmasını tələb edib.

Azərbaycan Ordusunun uğurlarının təməlində duran amillərdən birinin də şəxsi heyətin ideoloji hazırlığının yüksək və mənəvi-psixoloji cəhətdən güclü olduğunu qeyd edən Müdafiə naziri Ali Baş Komandanın tövsiyələrinə müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi və təsirliyinin artırılmasının vacibliyini xüsusi vurğulayıb.

"Şəxsi heyətlə aparılan ideoloji işin müsbət nəticəsidir ki, düşmən və ona dəstək verən bəzi qüvvələr tərəfindən Ordumuza qarşı aparılan kampaniyalar heç bir nəticə vermir və verməyəcək. Əminik ki, cənab Prezidentin və dövlətin dəstəyi, eyni zamanda vətənpərvər qüvvələrin səyi nəticəsində Azərbaycan əsgərinə qarşı yönələn düşmən niyyətlər ifşa olunacaq, bu aksiyalarda iştirak edənlər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar", - nazir bildirib.

Müdafiə naziri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan Ordusunun hərbi-texniki potensialı xeyli yüksəlib. Bölmələrimizin Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən müasir silah və hərbi texnikalar ilə mütəmadi olaraq təchiz edilməsi ordumuzun maddi-texniki təminat baxımından düşməndən xeyli üstün olduğunu nümayiş etdirir.

Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1664   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib

Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. "Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobill

27.11.2026 310
.

Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - Ekspert

Qiymətləndirmə mexanizmlərində yenilənməyə ehtiyac var. xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır. Ekspert bildirib ki, qəbul imtahanlarında açıq tipli sualların sayı artırılmalı, abituriyentləri

27.11.2026 1
.

Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda

Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur. xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər. 1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətin

26.11.2026 392
.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26.11.2026 347
.

"Siyasət dəyişir, xalqlar dəyişmir" - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Rusiya xalqı Gürcüstan üçün əzizdir. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kobaxidze ikitərəfli münasibətlərin bərpası və dialoqun davam etdirilməsi ilə bağlı fikirlərini bölüşüb

27.11.2026 198
.

Stalinin bəyəndiyi, atası 4 il itkin düşən, qızını və ərini qəzada itirən aktrisa

Azərbaycan kinosunun qızıl fonduna daxil olan filmlər var ki, illər keçsə də, tamaşaçılar onları yenidən izləməkdən yorulmur. "Arşın mal alan"ın Gülçöhrəsi, "Dəli Kür"ün Mələyi, "Fətəli xan"ın Sara xanımı… Bu obrazları birləşdirən təkcə ekran yaddaşı deyil, həm də onlar

27.11.2026 1
.

Soyuq duş xəstəlik riskini azalda bilər - Gözlənilməz təsiri

Soyuq duş qəbul etmək gündəlik həyatın faydalı vərdişlərindən birinə çevrilə bilər. Lakin onun insan orqanizminə təsiri ilə bağlı bəzi mühüm məqamlar var. xarici mediaya istinadən xəbər verir ki, müntəzəm olaraq soyuq duş qəbul etmək xəstəlik səbəbindən işə çıxılmayan günlərin sayının azalması ilə əlaqəl

27.11.2026 1
.

Ermənistanın yeni Konstitusiyası: Diaspor, seçki hüququ və Qərbi azərbaycanlılar

Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında aparılan müzakirələr yalnız ölkənin dövlət quruluşu və milli kimliyi ilə bağlı dəyişikliklərlə məhdudlaşmır. Sənəddə nəzərdə tutulan bəzi müddəalar Ermənistanın siyasi həyatında uzun illər mühüm rol oynamış erməni diasporunun gələcək təsir imkanların

27.11.2026 207
.

Ağsuda üzərinə ağac düşən uşaq öldü

Ağsuda 6 yaşlı uşaq üzərinə ağac düşməsi nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, 2020-ci il təvəllüdlü Ramal Ehtiram oğlu Abdullayev Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşməsi nəticəsind

27.11.2026 223
.