Azərbaycanın beynəlxalq hava limanları 2019-cu il üçün 2,4 milyon sərnişinə xidmət göstərib

Azərbaycanın beynəlxalq hava limanları 2019-cu il üçün 2,4 milyon sərnişinə xidmət göstəribAzərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olub.

Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 853 min və 234 min sərnişin daşıyıb. Ümumilikdə isə bu, ötən ilin göstəricisindən 57 min nəfər çoxdur.

Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 milyon təşkil edib, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi "Buta Airways"in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz təşkil edib.

Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyun ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və "Buta Airways" ilə yanaşı "Turkish Airlines", "Aeroflot" və "FlyDubai" daxil olub.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin, milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə "Skytrax World Airport Awards" versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin, maksimal "5 Ulduz" statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Sky Travel Awards" versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.

/oxu.az


BiG.Az
Telegramda izləyin
Turizm   Baxılıb: 3248   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antalya turist vergisinə "yox" dedi

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçü

29.07.2019 3546
.

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-

22.07.2020 2717
.

"Yanardağ" Qoruğunda qiymət dəyişikliyi - YENİ QİYMƏTLƏR

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqus

26.06.2019 2977
.

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir. "Aviasales" xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərin

29.07.2019 3988
.

Azərbaycanlılar niyə Antalyanı seçir?

Ölkəmizdən 2370 kilometr uzaqda yerləşən, Türkiyənin ən böyük turizm bölgələrindən olan Antalyaya hər il minlərlə Azərbaycanlı səfər edir. Son illər sayları artan turizm şirkətləri arasında yaranan rəqabət mühiti qiymətlərə də təsirsiz ötüşmür. -a istinadən xəbər verir ki, təxminən 350 manatdan başlaya

29.07.2019 3876
.

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb. APA-a istinadən xəbər verir ki, Azərbaycanın Turizm Bürosu ilə birgə hazırlanan testdə portal oxucularına Azərbaycan mətbəxini nə qədər bildikləri ilə bağlı suallar yerləşdirib. Suallar Azərbayca

26.06.2019 2523
.

Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə

29.07.2019 4006
.