Türk havasına qalxan qanadlar - VİDEO

Türk havasına qalxan qanadlar - VİDEOArtıq Xəzəryanı dövlətlər Xəzərdə qeyri region ölkələrinin silahlı qüvvələrinin mövcudluğunun qəbuledilməz olması barədə razılığa gəliblər. Amma bir məsələ mənə çox maraqlıdır. Məsələn, Türkiyə. O əslində region ölkəsidir. Amma bu saziş onu region ölkəsi hesab edirmi? Əgər belə deyilsə, deməli Türkiyə lazım olanda öz gəmiləri ilə bizim sularda üzə bilməz. Nəsə, gəlin suya baxıb bəd-bəd fal açmayaq, yaxşısı budur, başımızı məğrur şəkildə yuxarı qaldıraq və göyə baxaq.

Azərbaycanlı pilot Zaur Yusifli: "Türkiyə Azərbaycan təlimində adı "Turaz"dır. "Turaz qartalı". Onun loqosu hazırlanıb. Burda qartalın qanadlarəndə gördüyünüz kimi bir qanadı Türkiyə bayrağıdı, bir qanadı Azərbaycan bayrağıdır. Və ulu öndərimizin "Bir millət, iki dövlət" fikri yer alıb. Azərbaycan-Türkiyə bayrağıda birgə birləşdirilib qardaşlıq kimi iç-içə girmiş şəkildədir burda".

"Turaz". İndi Azərbaycanla Türkiyə hərbçilərinin birlikdə işitrak etdiyi əməliyyatın adı belədir. Türkiyənin bir çox məsələlərdə Azərbaycanın yanında olduğunu görmüşdük. İki ölkə arasında strateji əməkdaşlıq şurası qurulandan sonra, bu çərçivədə türk hərbçilərinin çətin anımızda yanımızda olacaqlarını eşidirdik. Amma Türkiyə-Azərbaycan hərbçilərin birgə təlimini görməyənədən buna inanan az olardı. Sentyabrın 16-sında Azərbaycan səmasında görünən ilk "F-16" qırıcı təyyarəsi kimi.

İndi gəlin baxaq Türkiyə hansı anlarda bizi tək buraxmır. Tarixdən 1918-ci ilin ortalarında erməni - daşnak silahlılarının təhlükəsilə üz-üzə qalan Azərbaycan xalqını məhz qəhrəman türk ordusunun xilas etdiyi məlumdur. Nuru Paşanın Azərbaycana gəlişini "Bir millət, iki dövlət" formulunun Azərbaycanda isbatı da adlandırmaq olardı. Lakin arada olan 70 illik fasilədə bizə Türkiyə kimi bir qardaşımızın olduğunu unutduran bir quruluşda yaşadıq. Lakin müstəqillik əldə edəndən sonra Türkiyə yenidən əməli fəaliyyətə keçdi və çətin anlarımızda yanımızda olmağa başladı. Çox uzağa getməyək. Xəzər dənizindəki yataqlara görə Azərbaycan xarici təhdidlə üz-üzə qalmışdı. Onda bizim ordumuz yeni-yeni güclənirdi, dünyada da nüfuzumuz bir o qədər deyildi.

Xatırlayıram ki, Rusiya ordusundan bizə qalan sadəcə radarlar idi ki, o radarlarda hava sərhəddimizin hər gün pozulduğunu göstərirdi. Bu xarici təhdid o zaman dayandı ki, Türkiyə dövləti qırıcı təyyarələrini Bakıya göndərdi.

Arada çox hadisələr yaşandı. İstər siyasi, istərsə də hərbi. Azərbaycanla Türkiyənin münasibətlərini korlamaq üçün xüsusi qüvvələrdə çalışdı. Amma bacarmadılar. Çünki "türkün türkdən yaxın dostu yoxdur" kəlməsi hər gün özünü doğruldurdu. Bu ilin iyun ayından başlayaraq Ermənistan ordusunun Azərbaycan mövqelərini dayanmadan atəşə tutması avqustun əvvəlində pik nöqtəsinə çatdı. Azərbaycan ordusunun dayanmadan şəhid verdiyi bir dönəmdə türk qardaşlarımız yenə də yanımızda oldular. Təsəvvür edin. Türkiyə, hətta NATO standartlı "F-16" qırıcılarını onun üçün praktik olaraq hazır olmayan aerodroma enişinə icazə verdi.

Burda həmin aerodromda çalışan bir hərbiçinin dedikləri yadıma düşdü. Göz yaşlarını saxlamadan danışan polkovnik dedi ki, bizim aerodromlar yalnız sovet təyyarələri üçün enişə hazır idi. Qısa zamanda zolağı dəyişməli idi. Dediyinə görə, iki günün içndə görülməli olan bu işə bölgənin polisindən tutmuş, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, hətta traktorçular belə əllərinə bel alıb işlədilər.

İki ölkənin hərbi hava qüvvələrinin birgə təlimləri bizim üçün həm də ona görə əhəmiyyətli idi ki, Azərbaycan bu günədək yalnız sovet hərbi biliklərinə yiyələnmişdi. Sonradan NATO standartlarını mənimsəsək də bu yalnız nəzəri əsaslarda olmuşdu. Bu ilk təcrübə idi. Budur Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan hərbçilərinə aktiv döyüş sirlərini öyrədirlər. Müsahiblərim də danışarkən ehtiyyatlıdırlar, çünki onlar da vəzifələri kimi deyəcəkləri sözün məsuliyyətini daşıyırlar. Odur ki, yalnız siz bu hərbi təlimlərdən hansı bilikləri öyrənirsiz sualını cavablandırdılar.

Müdafiə Nazirliyinin rəsmisi Elçin Axundov: "Bu yalnız onun üçün edilir ki, döyüş şəraitində iki ölkənin hərbi hava qüvvələrinin təyyarələri birgə fəaliyyət göstərsinlər: "Bu tarixdi mən çox xoşbəxtəmki bu tarixə mən düşdüm. Mənim kimi burda ətrafda dayanan insanlar. Pilotlar, zabitlər, texniki heyət onların zəhməti böyükdür".

"Hər təyyarə növü öz aerodromundan havaya qalxır və havada birləşirlər və müştərək təlimin icrasına başlayırlar. Yəni şərti düşmənin məhv edilməsini müştərək bir yerdə edirlər. Bütün təlimlər müharibəyə, döyüşə hazırlıq deməkdir" – deyə Azərbaycanlı pilot Zaur Yüsifli qeyd edib.

Bu əməliyyat isə onu göstərdi ki, türkün türkə sözdə yox, əməldə arxa olduğu məzh belə tarixlərlə əbədiləşir. Heç vaxt danışmayan türk ordusunun zabiti də bu qardaşlıq üçün dilə gəldi.

Türk pilotu İbrahim Yozqart: "Biz burda iki qardaş ölkənin birlikdə xidmət edəcəyimiz yerə gəldik. Həqiqətən böyük qonaqapərvərlik göstərdilər. Başda prezident olmaq üzrə. Burda həqiqətən "Bir millət, iki dövlət" olduq. Bunları deyə bilərəm. Xoşbəxtik və bir daha gəlmək istəyərik. Azərbaycan qardaş pilotların da Türkiyəyə gəlməsini istəyirik".

Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin əsas məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq və bu anlarda bir birimizə dəstək durmaqdır.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2233   Tarix: 30 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 365
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 378
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 434
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 495
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 391
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 239
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 204
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 227
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 704