Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDU

Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDUSon zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir.

Amma burada hələ də bir problem qalmaqdadır...

Belə ki, Rusiya bütün vasitələrə əl atır ki, Kişinyovun bu istəyi reallaşmasın. Hətta Rusiyanın Rumıniyaya PUA hücumu da əslində bu məqsədə, yəni Buxarestlə, Kişinyovu qorxutmağa xidmət edir. Daha əvvəl isə, Rusiya Prezidenti Vladimir Putin Dnestryanı bölgə əhalisinin Rusiya pasportu alımasının asanlaşdırılması barədə fərman imzalayıb ki, onun da arxasında məhz Moldovanın Qərbə inteqrasiyasını əngəlləmək durur.

Rusiyanın bu istiqamətdə təzyiqlərinin davamı gələcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov Moldovanın da Ukraynanın taleyini yaşayacağını istisna etməyib:

"Moldovanın Rumıniyaya birləşmək istəyinə qarşı Rusiya kəskin addımlarla cavab verir. Bu əsasda təbiidir ki, Rusiya təkcə PUA hücumları ilə kifayətlənməyəcək. Əsas addımlar Dnestryanı ərazidə atılacaq. Rusiya bu ərazinin Moldovanın tərkibindən çıxmasına yönəlik addımlara gedə bilər. Dnestryanıda referendum keçirib, sonradan ərazinin Krımda olduğu kimi, Rusiyaya birləşdirilməsi istiqamətində addımlar atacaq. Bu yaxınlarda Putin hətta fərman verərək, Dnestryanı əhalisinin Rusiya pasportu almasını asanlaşdırmaq qərarına gəlib".

Ekspert Moldova ilə bağlı Rusiyanın addımlarının bundan sonra daha da kəskinləşəcəyini düşünür:

"Hətta Moskva Moldovanı bütövlükdə nəzarətə götürmək cəhdinə də gedə bilər. Görünür, Moldova rəhbərliyi Ukrayna və Gürcüstanın başına gələnlərdən zəruri nəticə çıxarmayıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 746   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 177
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 196
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 210
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

14.11.2026 212
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

14.11.2026 239
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

14.11.2026 224
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 188
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 131
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 145
.