45 min illik kəllə Avropanın ilk insanının üzünü ortaya çıxardı
Çexiyada 1950-ci ildə tapılan 45 min illik qadın kəlləsi üç fərqli rekonstruksiya üsulu ilə yenidən "canlandırılıb". Ortaya çıxan üz xüsusiyyətləri müasir Mərkəzi Afrika qadınlarının cizgilərinə bənzəyir və tünd dəri ilə göz rənginə işarə edir.
Qaynarinfo xəbər verir ki, 1950-ci ildə Çexiyada aşkar edilən kəllə onilliklər boyunca Praqadakı Milli Muzeydə saxlanılıb. Yaşına baxmayaraq olduqca yaxşı qorunan bu sümüklər müasir elmi üsullarla yenidən araşdırılıb və nəticələr Avropaya gələn ilk müasir insanların görünüşü barədə indiyədək ən aydın təsvirlərdən birini ortaya qoyub.
Təxminən 45 min il əvvələ aid olduğu müəyyən edilən və elm dünyasında Zlaty kun icmasına aid hesab edilən bu qadın kəlləsi üzərində üç fərqli üz rekonstruksiya metodu tətbiq edilib. Birinci mərhələdə fosil üzərində məlum olan əzələ və yumşaq toxuma qalınlıqları xəritələndirilib. İkinci mərhələdə paleoartist bu məlumatları hiper-realistik əl işi heykələ çevirib. Son mərhələdə isə kəllədəki 78 anatomik istinad nöqtəsi rəqəmsal mühitə köçürülərək kompüter əsaslı model hazırlanıb.
Afrika izləri üzdə qalıb
Üç modelin nəticələri diqqət çəkib. İlk iki rekonstruksiya geniş və yastı burun quruluşu ilə müasir Mərkəzi Afrika qadınlarının üz cizgilərinə yaxınlıq göstərib. Kompüter əsaslı model isə daha dar burun və sivri çənə forması ilə müasir Çex qadınlarına daha yaxın bir profil təqdim edib. Genetik analizlər də bu nəticəni dəstəkləyir.
Araşdırmalar qadının tünd dəriyə, tünd göz və saç rənginə sahib olduğunu göstərir. Açıq dəri rənginin isə daha sonra, Şimal enliklərində günəş işığının az olduğu mühitə uyğunlaşma nəticəsində yayıldığı bildirilir. Mütəxəssislər geniş burun və üz quruluşunun isti iqlimlərdə nəfəsalma baxımından üstünlük verdiyini və bu xüsusiyyətlərin Afrika mənşəli qədim atalara yaxınlığı göstərdiyini qeyd edirlər.
Homo sapiens və neandertalların ilk geniş miqyaslı qarışmasından cəmi bir neçə min il sonra yaşadığı ehtimal edilən bu qadın, genetik məlumatlara görə həmin böyük qarışma dalğasından təxminən 80 nəsil sonra dünyaya gəlib. Bu isə "Zlatý kůň" icmasının Avropa və Asiya insan populyasiyalarının hələ tam ayrılmadığı çox erkən bir dövrü təmsil etdiyini göstərir.
"Heritage Science" jurnalında dərc olunan araşdırmada cavabsız qalan əsas sual isə neandertal genlərinin bu qadının görünüşünə nə dərəcədə təsir etməsidir. "Zlatý kůň" icmasının daş dövründən sonra nəsil buraxmadan yox olmuş bir "yan qol" olduğu düşünülür və bu da neandertal irsinin üz cizgilərindəki rolunu dəqiq müəyyən etməyi çətinləşdirir.
35 min il əvvəl Misirdə yaşayan bir insanın necə göründüyünə dair təsvir də oxşar elmi rekonstruksiyalara əsaslanaraq belə təqdim edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 177 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 196 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 210 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
14.11.2026 212 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 239 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14.11.2026 224 Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14.11.2026 188 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 131 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 145