Alimlər xərçəngin müalicəsi üçün yeni preparat hazırladılar
Xərçənglə bağlı tədqiqatlarda CDK12 və CDK13 protein kinazaları terapiya üçün perspektivli hədəflər kimi diqqət çəkir. Bu fermentlər DNT-ni transkripsiya edən RNT-polimeraza II zülal kompleksinə fosfat qrupunun köçürülməsi, yəni fosforlaşma yolu ilə genlərin transkripsiyasını tənzimləyir. CDK12 və CDK13-ün qəbul edilməsi xüsusilə uzun genlərin transkripsiyasını pozur. Bu isə DNT zədələrinin bərpasında qüsurlara və nəticədə xərçəng hüceyrələrinin çoxalmasının qarşısının alınmasına səbəb olur.
Terapevtik potensialına baxmayaraq, bu protein kinazalarını hədəf alan və ağızdan qəbul edilə bilən inhibitorların hazırlanması ləng irəliləyib. Bu, Kioto Universiteti və "Chordia Therapeutics" şirkətinin tədqiqatçılar qrupunu belə bir preparat hazırlamağa, onun effektivliyini və təsir mexanizmlərini yoxlamağa sövq edib.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "EMBO Molecular Medicine" jurnalında dərc olunub.
İlk olaraq tədqiqatçılar CTX-439 adlı CDK12/CDK13 inhibitoru hazırlayıblar. Daha sonra onu müxtəlif xərçəng hüceyrə xətlərində və süd vəzi xərçənginin siçan modellərində sınaqdan keçiriblər. Ardınca komanda CRISPR texnologiyasından istifadə etməklə genetik skrininq aparıb və CTX-439-a qarşı davamlılıqla əlaqəli iki mühüm amil - BCL-2 və BCL-xL zülallarını müəyyən edib. Bu zülallar antiapoptotik xüsusiyyətə malikdir, yəni hüceyrələrin proqramlaşdırılmış ölümünü - apoptozu - dayandırır və bununla da xərçəng hüceyrələrinin çoxalmasına şərait yaradır.
Təhlillər göstərib ki, CTX-439 uzun genlərdə transkripsiyanın uzanmasına mane olur, eyni zamanda MCL1 kimi qısa genlərdə transkripsiyanın normadan artıq davam etməsinə şərait yaradır. Beləliklə, preparat hər iki növ genə effektiv təsir göstərir.
Nəhayət, komanda CTX-439-u BCL-2/BCL-xL inhibitoru ilə birlikdə sınaqdan keçirib. Bu kombinasiya ayrı-ayrılıqda istifadə edilən inhibitorların hər biri ilə müqayisədə apoptozu əhəmiyyətli dərəcədə gücləndirib və effektiv şişəleyhinə aktivlik nümayiş etdirib.
"Bu yüksək selektiv və ağızdan qəbul edilə bilən inhibitorun hazırlanması bizi xərçəngin müalicəsinin yeni üsuluna bir addım da yaxınlaşdırıb. CTX-439-un effektivliyinə təsir edən amillərin müəyyənləşdirilməsi daha güclü şişəleyhinə aktivliyə malik kombinə edilmiş müalicə üsullarının hazırlanmasına gətirib çıxara bilər", - deyə "Chordia Therapeutics Inc." şirkətinin aparıcı elmi əməkdaşı Hiroko Yamakava bildirib.
Tədqiqatçılar CTX-439-un təsir mexanizmlərini daha dərindən öyrənmək və bu araşdırmada istifadə olunan kombinə edilmiş terapiyanı qiymətləndirmək üçün klinikayaqədərki tədqiqatları davam etdirməyi planlaşdırırlar.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQida nəfəs yolunu tutarsa, hansı müdaxilə həyat xilas edə bilər? - AÇIQLAMA
Yemək zamanı qida parçasının nəfəs borusuna düşərək tənəffüs yolunu tutması həyati təhlükə yarada bilən hallardan biridir. Belə vəziyyətlərdə insan danışa, nəfəs ala və ya effektiv öskürə bilmirsə, vaxtında və düzgün ilkin müdaxilə onun həyatını xilas edə bilər. Bu zaman tətbiq olunan üsullardan bir
27.11.2026 457 COVID-19-un bu variantı yenidən narahatlıq yaradır: Hansı əlamətlərə diqqət etməli? - AÇIQLAMA
COVID-19 virusunun yeni alt variantları ilə bağlı məlumatlar ictimaiyyətdə yenidən narahatlıq yaradıb. TA.1 xətti də SARS-CoV-2-nin genetik variantlarından biri kimi bəzi ölkələrin genomik müşahidə hesabatlarında qeydə alınıb. Bununla belə, ÜST-ün 19 noyabr 2026-cı il tarixli məlumatında TA.1 ayrıc
27.11.2026 370 Qışda yay idman ayaqqabısı ilə qaçmaq təhlükəlidir
Soyuq havalarda yay üçün nəzərdə tutulmuş idman ayaqqabısı ilə qaçmaq ayaqlarda qan dövranının pozulmasına, keyiməyə və dırnaq zədələrinə səbəb ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə " nəşrinə Rusiya Dövlət Pedaqoji Universitetinin Bədən Tərbiyəsi və İdman İnstitutunun dosenti Yekaterin
26.11.2026 416 "Az-az, tez-tez yeyin" qaydası işə yaramır? - Araşdırma
Arıqlamaq və sağlam qalmaq istəyənlər arasında gün ərzində 5-6 dəfə az miqdarda qidalanmağın maddələr mübadiləsini sürətləndirdiyi fikri geniş yayılıb. Bəziləri isə gündə üç dəfə yeməyin daha faydalı olduğunu düşünür. Bəs elmi araşdırmalar hansı yanaşmanı dəstəkləyir? Tez-tez yemək həqiqətən arıqlamağ
19.11.2026 801 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 1076 "Koronavirus bitməyib, qrip mutasiya edir" - Xəbərdarlıq
Payız-qış mövsümündə respirator infeksiyaların artması artıq öyrəşdiyimiz situasiyadır. Ailədə, iş kollektivində və ya ətrafımızda bir neçə nəfərin eyni zamanda xəstələnməsini tez-tez müşahidə edirik. Bəs virusların yayılmasını sürətləndirən əsas səbəblər nədir? İnsanlar niyə eyni vaxtda xəstələnirlər
22.11.2026 560 Mədə balonu taxdırmaq istəyərkən həyatını itirdi
Türkiyənin Mersin şəhərində mədə balonu proseduru zamanı həyatını itirən universitet tələbəsi Ali Can Gülün ölümü ilə bağlı ittiham aktı hazırlanıb. Həkim barəsində 6 ilədək həbs cəzası tələb olunsa da, mərhumun atası hadisənin mümkün qəsdən adam öldürmə kimi qiymətləndirilməsini və həkimin həbs olunmasın
18.11.2026 783 İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Qastroenteroloq Dilyar Lebedev enerjiyə "məsul" olan iki hormonun adını çəkib. Bu hormonlar həmçinin çəki artımı və azalma prosesində fəal iştirak edir, şişkinlik əmələ gətirir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, onlarla bağlı bir problem yarandıqda, enerjini
26.11.2026 518 Alimlər xərçəngin müalicəsi üçün yeni preparat hazırladılar
Xərçənglə bağlı tədqiqatlarda CDK12 və CDK13 protein kinazaları terapiya üçün perspektivli hədəflər kimi diqqət çəkir. Bu fermentlər DNT-ni transkripsiya edən RNT-polimeraza II zülal kompleksinə fosfat qrupunun köçürülməsi, yəni fosforlaşma yolu ilə genlərin transkripsiyasını tənzimləyir. CDK12 və CDK13-ü
13:30 0