Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
Son günlər bazarlarda meyvə və tərəvəzlərin qiymətində 40-50 faizədək artım olduğu bildirilir.
Bəs bahalaşmanın əsas səbəbi nədir? Yeni il ərəfəsində qiymətlərin daha da yüksəlməsi gözlənilirmi?
"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, meyvə-tərəvəz qiymətlərindəki artımı yalnız Yeni ilin yaxınlaşması ilə əlaqələndirmək doğru deyil.
Onun sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri mövsümi amillərdir. Payızın sonu və qışın əvvəlində bir çox yerli məhsulun yığım mövsümü başa çatır, nəticədə bazara çıxarılan məhsulun həcmi azalır. Təklifin azalması isə qiymətlərin yüksəlməsinə səbəb olur:
"Qış aylarında məhsulların saxlanması, daşınması, istixanalarda yetişdirilməsi və enerji xərcləri də artır. İdxal məhsullarının qiymətinə isə xarici bazarlardakı qiymətlər və nəqliyyat xərcləri təsir göstərir".
Akif Nəsirli Yeni il ərəfəsində tələbatın artmasının da bahalaşmada müəyyən rol oynadığını bildirib:
"Bayram günlərində meyvə-tərəvəzə tələbat yüksəlir və bəzi satıcılar bundan istifadə edərək qiymətləri artıra bilirlər. Lakin 40-50 faizlik bahalaşmanı yalnız bayram tələbi ilə izah etmək mümkün deyil".
İqtisadçının fikrincə, qarşıdakı dövrdə bəzi məhsulların qiymətində əlavə artım da gözlənilə bilər:
"Xüsusilə dekabrda bayram tələbatının yüksəlməsi, qış aylarında yerli istehsalın azalması və idxaldan asılılığın artması qiymətlərə təsir göstərəcək. Bununla belə, bütün məhsulların eyni dərəcədə bahalaşacağı gözlənilmir. Qiymət dəyişiklikləri hər bir məhsulun bazardakı təklifindən və ehtiyatlarından asılı olacaq".
Akif Nəsirli hesab edir ki, bazarda süni qiymət artımının qarşısı alınmalı, vasitəçi zəncirindəki əsassız bahalaşmalar araşdırılmalı və məhsul təklifinin davamlılığı təmin edilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 63 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında noyabrın 29-da müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini
28.11.2026 225 Nazir pensiya artımı ilə bağlı rəqəmləri AÇIQLADI
Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. ƏƏSMN-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosia
00:15 306 Ömrü uzadır, ölüm riskini 28 faizə qədər azaldır - Bu məhsulu tanıyın
"Paxlalılar qida maddələri ilə ən zəngin məhsullardan biridir". "Qafqazinfo" xəbər verir ki, bu barədə dietoloq Tereza Delorenso "Real Simple" nəşrinə müsahibəsində bildirib. Mütəxəssis uzunömürlülük üçün ən faydalı məhsul kimi soya lobyasını fərqləndirsə də, özünün ən ço
28.11.2026 257 Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?
Son vaxtlar Azərbaycanda qəfil ölüm halları ilə bağlı yayılan xəbərlər diqqət çəkir. Gözlənilmədən baş verən bu ölümlər bir sıra suallar doğurur. İnsanların qəfil vəfat etməsinə hansı amillər səbəb nədir?. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə bütü
28.11.2026 259 Ağsuda qəza olub, ölən var
Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillə
28.11.2026 247 "The Telegraph": Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır
Ukrayna Krım körpüsünü tamamilə dağıtmaq məqsədilə ora yeni zərbələr endirməyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumatlı hərbi mənbələrə istinadən bildirib. "Prezident (Ukraynanın prezidenti -red.) onun tamamilə məhv edilməsini istəyir",
28.11.2026 243 Azərbaycan lak-boya məmulatları istehsalını 30 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 45 min 157,7 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 369,9 ton hazı
28.11.2026 226 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı
Gürcüstanda oynanılan "Beşiktaş"Hapoel Beer-Şeva" matçı zamanı baş verən iğtişaşlardan sonra Türkiyənin Rize şəhərindəki bir çox turizm şirkətlərinin Gürcüstan turları ləğv olunub, həmçinin iş adamları Batumidəki ticarət sərgisində iştirakdan imtina ediblər. bu barədə "Türkiye"
28.11.2026 247 Milyondan çox pensiyaçının gözlədiyi xəbər - PENSİYALAR ARTIRILIR...
Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliye
28.11.2026 377