KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandı

KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandıAzərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib.

Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron yarımadasında və bölgələrdə 20,8-28,4 m/san-dək güclənən cənub-qərb küləyi axşama doğru səngiyərək mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Sabah, noyabrın 25-də paytaxtda və yarımadada əsasən mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gündüz 15-18 dərəcə isti olacaq, arabir yağıntılı hava şəraiti müşahidə ediləcək. Bu hadisə Xəzər hövzəsi üzərindən keçən siklonun və onunla əlaqəli cəbhə xəttinin yaratdığı kəskin atmosfer təzyiqi qradiyenti ilə bağlıdır. Axşam saat 20:00 radələrində cəbhə xəttinin keçməsi ilə küləyin istiqaməti dəyişərək cənub-qərbdən qərb və şimal-qərb istiqamətlərinə yönələcək".

Ekspert qeyd edib ki, dekabr üçün ümumi hava proqnozuna gəldikdə isə, rəsmi aylıq icmal adətən noyabrın son günlərində dərc olunur: "Lakin mövsümi iqlim göstəricilərinə və ilkin proqnozlara əsasən, dekabr ayında ölkə üzrə orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 7-9 dərəcə isti, gündüzlər 8-13 dərəcə, soyuq günlərdə 3-7 dərəcə isti, gecələr isə 2-6 dərəcə isti olacağı, ayın sonunda bəzi günlərdə 0 dərəcəyədək enəcəyi proqnozlaşdırılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir. xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvi

28.11.2026 123
.

Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur. Bu ilin noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsu

28.11.2026 169
.

Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?

Son vaxtlar Azərbaycanda qəfil ölüm halları ilə bağlı yayılan xəbərlər diqqət çəkir. Gözlənilmədən baş verən bu ölümlər bir sıra suallar doğurur. İnsanların qəfil vəfat etməsinə hansı amillər səbəb nədir?. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə bütü

28.11.2026 224
.

"The Telegraph": Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır

Ukrayna Krım körpüsünü tamamilə dağıtmaq məqsədilə ora yeni zərbələr endirməyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumatlı hərbi mənbələrə istinadən bildirib. "Prezident (Ukraynanın prezidenti -red.) onun tamamilə məhv edilməsini istəyir",

28.11.2026 219
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub. Axtarışda olduğun

28.11.2026 203
.

Qəbir daşını kreditlə qoymaq günahdırmı?

Artıq şəxsiyyət vəsiqəsi ilə kreditlə qəbir daşı qoymaq mümkün olacaq. Bəs bu dini baxımdan nə dərəcədə düzgündür? . xəbər verir ki, bu barədə sosial şəbəkələrdə reklam xarakterli görüntülər paylaşılıb. Tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 24 ata qədər istənilən formada qəbir daşını kreditlə əldə edə bilərsiniz

28.11.2026 153
.

7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı - Video

Türkiyənin Mersin şəhərində bir həftə əvvəl itkin düşən 76 yaşlı Müminə Kılıç sağ tapılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşlı qadının yeddi gün ərzində nəm torpaq yeyərək və dərədən su içərək həyatda qalmağa çalışdığı məlum olub. Kılıç yaşadığı evdən təxminən 7 kilometr uzaqlıqda bələdiyy

28.11.2026 214
.

Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır

Ermənistan yeni nüvə enerji blokunun seçilməsi istiqamətində işləri davam etdirir və hökumət bu məsələyə 2027-ci ildə aydınlıq gətirməyi planlaşdırır. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət başçısı yanında Atom Enerjis

28.11.2026 170
.

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 29-da müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

28.11.2026 205
.