Paşinyan: "Ermənistanda yeni nüvə enerji blokunun tikilməsi təhlükəsizliyimiz üçün vacibdir"
Ermənistanın baş naziri Nikol Paşinyan Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında mövcud Ermənistan Atom Elektrik Stansiyasının (AMES) istismar müddəti bitdikdən sonra ölkədə onu əvəz edəcək yeni nüvə enerji blokunun tikilməsinin zəruriliyini ifadə edib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verib.
"Olduqca aktual və vacibdir ki, mövcud olan istismardan çıxarıldıqdan sonra Ermənistanda onu əvəz etmək üçün yeni nüvə enerji bloku peyda olsun. Bu yeganə yoldur ki, gələcəkdə ölkəmizin təhlükəsizliyini təmin etməyə imkan verəcək", - deyə Paşinyan bildirib.
O, həmçinin Ermənistan AES-in 2-ci enerji blokunun istismar müddətinin uzadılması üzrə işlərin gedişatı barədə də məlumat verib. Onun ilkin layihə istismar müddəti 2016-cı ildə başa çatıb və bundan sonra hökumətin qərarına əsasən, 10 il uzadılıb.
"Bu istiqamətdə əvvəlcədən planlaşdırılmış siyahıya uyğun olaraq bir sıra texniki tədbirlər həyata keçirilib və bunlar tam şəkildə icra olunub", - deyə baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, nüvə elektrik stansiyalarının istismar müddətinin uzadılmasında beynəlxalq təcrübəni nəzərə alaraq Ermənistan hökuməti 2-ci blokun istismar müddətini ikinci dəfə - 2026-cı ildən 2036-cı ilə qədər uzatmaq qərarına gəlib. Bunun üçün bir sıra əlavə texniki tədbirlər nəzərdə tutulub.
"2023-cü il tarixli 395 və 1597 saylı hökumət qərarlarına əsasən, bu işlər üçün Ermənistanın dövlət büdcəsindən 160 milyon dollar ayrılıb. Təxminən 60% artıq tamamlanıb, qalan işlər reallaşdırılma prosesindədir", - deyə Paşinyan əlavə edib.
O vurğulayıb ki, Ermənistan Atom Elektrik Stansiyası ölkənin fasiləsiz enerji təchizatı ilə təmin edilməsində və bununla da təhlükəsizliyinin gücləndirilməsində xüsusi rol oynayır.
Paşinyan həmçinin nüvə enerjisi sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq tərəfdaşları uzun müddət ərzində nüvə elektrik stansiyasının təhlükəsizliyinin artırılması işlərində ölkəni dəstəkləyir və hökumət göstərilən dəstəyi yüksək qiymətləndirir.
Yeni enerji blokunun tikintisi perspektivlərindən danışan Paşinyan ümid etdiyini bildirib ki, artıq 2027-ci ildə hakimiyyət layihənin həyata keçirilməsi üzrə növbəti addımlarla bağlı aydınlıq əldə edə biləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğsuda qəza olub, ölən var
Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillə
28.11.2026 249 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? - Video
Ədliyyə Nazirliyinin son məlumatına görə, bu il ölkədə 300-dən çox pensiyaçı ailə həyatı qurub. Həmin statistika cəmiyyətdə həm təbəssümlə, həm də tənqidlə qarşılanıb. Paytaxt sakinləri mövzu barədə fikirlərini Baku TV ilə bölüşüblər. "Ailə həmişə lazımdır. Vacibdən də vacibdir. Hamı istədiyi vax
12:20 59 Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış qanadlı raketi zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Yəməndə qanuniliyin dəstəklənməsi üzrə koalisiyanın rəsmi nümayəndəs
28.11.2026 224 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək?
Badamdar ərazisində baş verən sürüşmə ilə əlaqədar sakinlərin köçürülməsi davam edir. Ərazidən təxliyə olunan vətəndaşlara ödəniləcək kompensasiyanın məbləği isə müzakirə mövzusudur. xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov -a açıqlamasında hazırda kompensasiy
10:45 128 Nərgizi öldürəndən sonra parçalayan ata və ögey anaya hökm oxundu
2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. BİG.AZ -a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilə
28.11.2026 307 Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat: Nazir açıqlama verdi
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Boluda Yedigöllər Milli Parkına gəzintiyə gedərkən itkin düşən 10 qız uşağı və onları müşayiət edən üç əməkdaşla bağlı nazirlik tərəfindən təftişə başlanıldığını açıqlayıb. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb
28.11.2026 324 Ermənistanın keçmiş baş prokuroru müdafiə nazirinin müavininin qətlində ittiham olunur
Ermənistanın keçmiş baş prokuroru Boris Nazaryana qarşı 1998-ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətli ilə bağlı iş çərçivəsində ittiham irəli sürülüb. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib. Komitənin versiyasına görə
28.11.2026 280 Pirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri
28.11.2026 252 Zelenski hərbi sahədə kadr təyinatlarının olacağını açıqlayıb
Ukrayna hərbi sahədə yeni kadr təyinatları planlaşdırır. "Report" xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, o, bu məsələni Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Pavlo Palisa ilə müzakirə edib. "Pavlo ilə hərbi sahədək
0