Mədə balonu taxdırmaq istəyərkən həyatını itirdi

Mədə balonu taxdırmaq istəyərkən həyatını itirdiTürkiyənin Mersin şəhərində mədə balonu proseduru zamanı həyatını itirən universitet tələbəsi Ali Can Gülün ölümü ilə bağlı ittiham aktı hazırlanıb. Həkim barəsində 6 ilədək həbs cəzası tələb olunsa da, mərhumun atası hadisənin mümkün qəsdən adam öldürmə kimi qiymətləndirilməsini və həkimin həbs olunmasını tələb edib. Bunu BiG.AZ Türkiyə mediasına istinadən bildirib.

Dəhşətli ölümlə bağlı endoskopiya cihazının nasaz olduğu üzə çıxıb. Araşdırma zamanı ortaya çıxan təfərrüatlar isə diqqət çəkib.

Hadisə 5 iyun 2024-cü ildə Mersin Özəl Ortadoğu Xəstəxanasında baş verib. İttiham aktına əsasən, iki ay ərzində mədə ağrısı, yanma, həzmsizlik, turşuluq və köp kimi şikayətləri olan Ali Can Gül mədə balonu proseduru üçün xəstəxanaya müraciət edib. Prosedur zamanı onun mədəsinə balon yerləşdirilərək şişirdilməyə başlanılıb. Bu zaman Gülün ürək döyüntüləri zəifləyib və tənəffüsü dayanıb.

BALONU GERİ ÇIXARMAĞA ÇALIŞARKƏN PARTLADIBLAR

İttiham aktında qeyd olunub ki, balonu geri çıxarmağa çalışıblar, lakin onu partlatmayıblar. Hadisə zamanı otaqda olmayan anestezioloq Dr. Süleyman Güneş çağırılıb. Müdaxilə zamanı o, Gülün ağzında olan balonu görərək partladıb.

Bütün müdaxilələrə baxmayaraq, Ali Can Gülün həyatını xilas etmək mümkün olmayıb.

BALONU YANLIŞ YERDƏ ŞİŞİRİBLƏR

İttiham aktında yer alan Məhkəmə-Tibb Ekspertizası Qurumunun 8-ci Məhkəmə-Tibb İxtisas Şurasının rəyində balonun mədə əvəzinə qida borusunda şişirdildiyi və bunun tibbi səhv olduğu bildirilib.

Hesabatda həmçinin balonun Gülün ağzında olduğu zaman anestezioloq tərəfindən aşkar edilərək partladıldığı, halbuki balonun daha əvvəl Doğan həkim tərəfindən təcili şəkildə çıxarılmalı olduğu qeyd edilib.

Ekspertlər tibbi müdaxilə zamanı yol verilən səhvlə Gülün ölümü arasında səbəb-nəticə əlaqəsinin olduğu qənaətinə gəliblər.

Anestezioloq Süleyman Güneş və anesteziya texniki Yonca Yaprak Öztürkün müdaxilələrində isə tibbi səhv olmadığı qiymətləndirilib.

NASAZ ENDOSKOPİYA CİHAZI İLƏ BAĞLI DETAL

İttiham aktında hadisədən sonra xəstəxanada aparılan yoxlama zamanı prosedurda istifadə edilən endoskopiya cihazının 20-30 saniyə işlədikdən sonra bağlantısının kəsildiyinin müəyyən edildiyi bildirilib.

Cihazla bağlı nasazlıq haqqında bildiriş formasının hadisədən təxminən bir həftə sonra tərtib edildiyi qeyd olunub.

İttiham aktına əsasən, Doğan həkim prosedurdan əvvəl cihazın yoxlanılması üçün xəstəxananın texniki işçisini də müdaxilə otağına çağırıb. Prokurorluq bu halı cihazda problem olduğunun əvvəlcədən bilinməsi ilə bağlı qiymətləndirmələrdən biri kimi göstərib.

BALONU MƏDƏ ƏVƏZİNƏ QİDA BORUSUNA YERLƏŞDİRİBLƏR

İttiham aktında bildirilir ki, prosedur zamanı cihazın nasazlıq verməsi nəticəsində balonun mədəyə tam yerləşdirildiyi düşünülsə də, əslində o, qida borusunda şişirdilib.
Daha sonra Gülün ürək döyüntülərinin zəifləməsi və nəfəs ala bilməməsi səbəbindən balon geri çıxarılmağa çalışılıb. Lakin balon partladılmadan onun ağzında saxlanılıb.
Prokurorluq nasaz cihazla prosedurun davam etdirilməsi, balonun qida borusunda şişirdilməsi və daha sonra şişirdilmiş vəziyyətdə ağızda saxlanılması səbəbindən həkimin hərəkətlərini "şüurlu səhlənkarlıq" çərçivəsində qiymətləndirib.

HƏKİM 4 AY HƏBSDƏ QALIB

İttiham aktında Doğan həkimin 18 iyun 2025-ci ildə saxlanıldığı, 19 iyun 2025-ci ildə həbs edildiyi və 22 oktyabr 2025-ci ildə azadlığa buraxıldığı bildirilib.
Prokurorluq onun Türkiyə Cinayət Məcəlləsinin 85/1 və 22/3-cü maddələri əsasında cəzalandırılmasını tələb edib.

Digər tərəfdən, hadisə ilə bağlı anestezioloq Süleyman Güneş və anesteziya texniki Yonca Yaprak Öztürk barəsində təqsirlərinin olmadığı əsas gətirilərək cinayət təqibinə xitam verilib.

Doğan barəsində "Tibb işçilərinin həqiqətə uyğun olmayan sənəd tərtib etməsi" ittihamı ilə aparılan araşdırmada da cinayət tərkibinin olmadığı əsas gətirilərək cinayət təqibinə xitam verilməsi qərara alınıb.

"BU, QƏSDƏN ADAM ÖLDÜRMƏDİR"

Oğlunun ölümündən sonra hüquqi mübarizəsini davam etdirən Hasan Gül vəkili Erdal Kaya vasitəsilə ittiham aktına etiraz edib.

Etiraz ərizəsində prosedurun nasaz endoskopiya cihazı ilə həyata keçirildiyi, lazımi analiz və müayinələrin aparılmadığı, balonun yanlış yerə yerləşdirildiyi vurğulanıb. Hadisənin bütün təfərrüatları nəzərə alındıqda, həkimin hərəkətlərinin "mümkün qəsdən adam öldürmə" cinayətini təşkil etdiyi iddia olunub.

Ata Gül ittiham aktının şüurlu səhlənkarlıq nəticəsində ölümə səbəb olma maddəsi ilə hazırlanmasının yanlış olduğunu müdafiə edib.

O, ittiham aktının geri qaytarılmasını, əks halda aidiyyəti üzrə məhkəmənin olmaması barədə qərar qəbul edilərək işin Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini və Doğanın yenidən həbs olunmasını tələb edib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 209   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.