Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
Vatsap istifadəçilərin məxfiliyini artırmağa yönələn yeni funksiyanı sınaqdan keçirir.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, yenilik vasitəsilə mətn mesajlarını yalnız bir dəfə oxumaq mümkün olacaq.
Məlumata görə, funksiya "Android" üçün Vatsapın 2.26.45.6 beta versiyasında bəzi istifadəçilərə təqdim olunub. Yenilik adi mətn mesajlarına "Bir dəfə bax" (View Once) rejimini tətbiq etməyə imkan verir.
Funksiyadan istifadə etmək üçün çatda mesaj yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamaq lazımdır. Açılan menyudan "View Once" seçildikdə mesaj avtomatik göndərilir.
Qəbul edən şəxs mesajı çatda birbaşa görməyəcək. Onu oxumaq üçün mesajın üzərinə toxunmalı və ayrıca açılan pəncərədə məzmunla tanış olmalıdır. Pəncərə bağlandıqdan sonra mesajı yenidən açmaq mümkün olmayacaq. Çatda isə mesajın açıldığını bildirən işarə görünəcək.
Yeni funksiyada məxfilik məqsədilə bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, mesajı kopyalamaq, başqa çata yönləndirmək və saxlamaq mümkün olmayacaq. Mesaj açıq olduğu müddətdə ekran görüntüsü və ekran yazısının alınması da bloklanacaq.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 60 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəmir ustası xidməti
Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust
26.11.2026 6719 Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
Qida və qidalanma mütəxəssisləri soyuq aylarda bazar və market piştaxtalarında satılan pomidor və bibərin orqanizmə fayda əvəzinə zərər verə biləcəyi barədə xəbərdarlıq ediblər. Hər məhsulun öz təbii mövsümündə yeyilməsinin vacibliyini vurğulayan ekspertlər əsl yetişmə dövrü yay olan bu tərəvəzləri
28.11.2026 230 Hər gün şorba içmək vacibdirmi? - Həkim məşhur fikrin doğru olmadığını açıqladı
Uşaqlıqdan insanlara hər gün şorba və digər duru yeməklər qəbul etməyin vacib olduğu aşılanır. Əks halda mədə-bağırsaq problemlərinin yaranacağı iddia edilir. Lakin mütəxəssislər bu fikrin elmi əsasının olmadığını bildirirlər. Ölkə.az xəbər verir ki, bu barədə ukraynalı "UNIAN" nəşrinə açıqlamasınd
27.11.2026 462 Balın saxta olduğunu necə öyrənmək olar?
Təbii bal ilə saxta bal arasındakı fərqi anlamağa çalışan insanlar ev şəraitində bir sıra üsüllar tətbiq edirlər. Bir qaşıq balı suya tökmək, alışqanla yandırmaq, soyuducuya qoymaq və ya axıcılığını yoxlamaq sosial şəbəkələrdə tez-tez paylaşılan üsullar arasındadır. Lakin bu üsullar balın həqiqiliyin
23.11.2026 446 Yeni canlı növü kəşf edildi
Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb. "Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelu
26.11.2026 492 Saat əqrəbi niyə sağa doğru hərəkət edir?
Hər gün dəfələrlə baxdığımız saatların əqrəbləri niyə soldan sağa doğru hərəkət edir? . Saatlar həyatımızın ayrılmaz hissəsidir. Evlərdə, iş yerlərində, məktəblərdə və telefon ekranlarında daim qarşımıza çıxan saatlar zamanı eyni istiqamətdə hərəkət edən göstəricilərlə ifadə edir. Saatın kiçik və böyü
23.11.2026 463 Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi
Dünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperaturun 2 dərəcə Selsidən çox yüksəldiyi ən uzun dövrü (6 gün ərzində müşahidə olunub) yaşayıb. Alimlər bunu iqlim böhranının sürətləndiyini göstərən ciddi siqnal kimi qiymətləndirirlər. "Qafqazinfo" xəbər verir ki, "Kopernik" İqli
26.11.2026 462 Ucuz Telefon satışı elanları Tezbazar.Az-da
Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız
25.11.2026 737 Piyada gəzməyin bu xeyri var
Mütəxəssislər bildirirlər ki, gündə cəmi 30 dəqiqə piyada gəzmək həm fiziki, həm də psixoloji sağlamlıq üçün əhəmiyyətlidir. Axşam.az xəbər verir ki, son araşdırmalar göstərir ki, müntəzəm yürüş xroniki xəstəliklərin riskini azaltmaqla yanaşı, əhval-ruhiyyəni yaxşılaşdırır və yuxu keyfiyyətini artırır
23.11.2026 454