Balın saxta olduğunu necə öyrənmək olar?
Təbii bal ilə saxta bal arasındakı fərqi anlamağa çalışan insanlar ev şəraitində bir sıra üsüllar tətbiq edirlər. Bir qaşıq balı suya tökmək, alışqanla yandırmaq, soyuducuya qoymaq və ya axıcılığını yoxlamaq sosial şəbəkələrdə tez-tez paylaşılan üsullar arasındadır.
Lakin bu üsullar balın həqiqiliyini sübut edən etibarlı elmi testlər hesab edilmir. Belə ki balda saxtakarlığın müəyyən edilməsi üçün laboratoriya analizləri tələb olunur.
Saxta balı necə müəyyən etmək olar?
Saxta balı yalnız xarici görünüşünə əsasən müəyyən etmək mümkün deyil. Çünki təbii balın rəngi, qatılığı, iyi və kristallaşma xüsusiyyəti əldə edildiyi bitki mənbəyindən, tərkibindəki şəkərlərin nisbətindən və saxlanma şəraitindən asılı olaraq dəyişə bilər.
Əsl bal donur, yoxsa "şəkərlənir"?
Bal haqqında ən çox yayılan yanlış fikirlərdən biri kristallaşma, yəni el arasında işlədilən ifadə ilə desək, "şəkərlənmə"dir.
Bir çox istehlakçı balın bərkiməsini və ya içərisində kiçik kristalların əmələ gəlməsini saxtakarlıq əlaməti hesab edir.
Halbuki əsl bal da zaman keçdikcə kristallaşa bilər.
Balın təbii tərkibində olan qlükoza və fruktozanın nisbəti kristallaşma sürətinə təsir göstərir.
Qlükoza miqdarı nisbətən yüksək olan bəzi ballar daha tez kristallaşır. Fruktoza miqdarı yüksək olan ballarda isə bu proses daha yavaş baş verə bilər.
Deməli, balın "şəkərlənmə"si onun saxta olduğunu göstərmədiyi kimi, heç vaxt "şəkərlənmə"məsi də onun əsl olduğunu sübut etmir.
Balı suya tökməklə saxta olduğunu müəyyən etmək mümkündür?
Sosial şəbəkələrdə tez-tez paylaşılan üsullardan biri də bir qaşıq balın su ilə dolu stəkana tökülməsidir.
Bu üsula əsasən, bal dərhal suda dağılırsa saxta, stəkanın dibinə çökürsə əsl hesab edilir.
Lakin balın suyun içərisində necə davranması onun sıxlığından, temperaturundan, qatılığından və su miqdarından asılıdır.
Təbii balların da axıcılığı bir-birindən fərqlənə bilər.
Bu səbəbdən balın suda dağılması və ya stəkanın dibində qalması onun həqiqi, yaxud saxta olduğunu təkbaşına müəyyən etmir.
Balı yandırmaq testi düzgün nəticə verir?
El arasında balın yanıb-yanmamasına əsasən onun həqiqiliyini müəyyən etməyin mümkün olduğu iddia edilir.
Lakin yanma məhsulun nəmliyindən, istifadə edilən materialdan və tətbiq şəraitindən asılı olaraq dəyişə bilər.
Buna görə də yandırma testi balın təbii quruluşunu və ya tərkibinə yad şəkərlərin əlavə edilib-edilmədiyini müəyyən edən etibarlı üsul deyil.
Bundan əlavə, açıq alovdan istifadə yanıq və yanğın təhlükəsi yarada bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 49 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMarsda sirli buzlaqlar kəşf edildi
Beynəlxalq tədqiqatçılar "qırmızı" planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədi
18.11.2026 632 2026-cı ilin sözü seçildi
Kembric lüğəti 2026-cı ilin əsas sözünü açıqlayıb. Axşam.az xəbər verir ki, ilin sözü "human" (insani, insana məxsus) ifadəsi seçilib. Lüğətin mütəxəssislərinin sözlərinə görə, bu seçim süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə insan anlayışına marağın artması ilə bağlıdır. Qeyd olunu
21.11.2026 227 Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
Həftəsonu istirahətindən sonra özünü daha yorğun hiss etməyin iki əsas səbəbi var. xəbər verir ki, rusiyalı nevroloq Olqa Butenko -ya açıqlamasında bu halın əsas səbəblərini açıqlayıb. Həkimin sözlərinə görə, ilk səbəb həftəsonu yuxu rejiminin pozulmasıdır. Gec yatıb günortaya qədər yatmaq bioloji saatı
21.11.2026 246 Turlar.Az - Daxili Turlar
Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir
19.11.2026 3380 Uşaqlığını televizor qarşısında keçirən insanların imtina edə bilmədiyi 8 vərdiş
Uşaqlıqda televizor qarşısında təkbaşına yemək yeməyə alışan insanlar yetkin yaşlarında həddindən artıq qidalanmağa daha çox meyilli ola bilərlər. xarici mediaya istinadən xəbər verir ki, uşaqlıq dövründə formalaşan vərdişlər insanın davranışlarına hətta yetkin yaşlarında da təsir göstərə bilər. Xüsusil
22.11.2026 202 Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22.11.2026 219 Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi. xəbər verir ki, Birinci Dünya müharibəsində
21.11.2026 328 Evin divarlarındakı qara ləkələr - Gizli ölüm riski
Qış aylarında bir çox evin divarlarında, xüsusilə pəncərə kənarlarında, hamam otaqlarında və mebel arxalarında qara ləkələr əmələ gəlir. Bəziləri bunu adi nəmişlik hesab edərək əhəmiyyət vermir, digərləri isə ləkələrin üzərini boya ilə örtməklə problemin həll olunduğunu düşünür. Halbuki divarlarda yarana
22.11.2026 377 "Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı
"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat
22.11.2026 297