Yeni canlı növü kəşf edildi
Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb.
"Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelus welshi" adı verilən növün qalıqları indiki Texas və Oklahoma ştatlarında, qismən isə Nebraska ərazisində aşkar edilib.
Maraqlıdır ki, fosillər təxminən bir əsr əvvəl tapılsa da, yalnız indi aparılan geniş araşdırma nəticəsində yeni növ kimi müəyyənləşdirilib.
Amerika Təbiət Tarixi Muzeyinin kolleksiyasında saxlanılan minlərlə fosili yenidən araşdıran alimlər heyvanın digər dəvələrdən fərqlənən əsas xüsusiyyətinin təxminən 40 millimetr uzunluğunda iti köpək dişləri olduğunu müəyyən ediblər.
Tapıntılar onun zürafəyə bənzər, uzun boyunlu və incə ayaqlı nəsli kəsilmiş "Aepycamelus" cinsinə oxşadığını göstərir. Tədqiqatçılar "vampir dəvəsi"nin də ağacların yuxarı budaqlarındakı yarpaqlarla qidalanmış ola biləcəyini düşünürlər.
Alimlər iri köpək dişlərinin yırtıcılardan qorunmaq üçün istifadə edildiyini istisna etməsələr də, onların əsas funksiyasının cütləşmə rəqabəti ilə bağlı olduğunu ehtimal edirlər.
Tədqiqatın həmmüəllifi, paleontoloq Ketrin Marriottun sözlərinə görə, dişi fərdlərdə bu cür iri dişlər olmayıb. Buna görə də erkəklər onlardan dişilərin diqqətini cəlb etmək və rəqibləri ilə mübarizədə üstünlük qazanmaq üçün istifadə etmiş ola bilərlər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 55 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBinanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875