Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
Elektrikli avtomobillərin şarj prosesini daha rahat və dəqiq etmək üçün yeni texnoloji həll təqdim olunub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Osaka Universiteti, Tokai Rika şirkəti və Kaliforniya Universitetinin San-Dieqo kampusundan olan mütəxəssislər avtomobillərin simsiz enerji doldurma platformasında düzgün mövqelənməsinə imkan verən sistem hazırlayıblar.
Yeni texnologiya sayəsində sürücülər avtomobili hər hansı kabelə qoşmadan, xüsusi şarj platformasının üzərində saxlamaqla enerji yığa biləcəklər. Bunun üçün nəqliyyat vasitəsinin platformada düzgün yerləşməsi vacibdir. Çünki cəmi bir neçə santimetrlik fərq belə enerji ötürülməsinin effektivliyinə mənfi təsir göstərə bilər.
Tədqiqatçılar bu çətinliyi aradan qaldırmaq üçün ultra genişzolaqlı radio rabitəsindən (UWB) yararlanıblar. Avtomobilin alt hissəsində yerləşdirilən dörd qurğu platformanın ətrafındakı antenalarla əlaqə quraraq maşının yerini və istiqamətini müəyyənləşdirir. Sistem eyni zamanda sürücüyə avtomobili hansı tərəfə və nə qədər hərəkət etdirməli olduğunu bildirir.
Laboratoriya sınaqlarının nəticələrinə əsasən, sistemin mövqeni müəyyənləşdirmə zamanı orta xətası 2,32 millimetr, istiqaməti təyin etmə xətası isə 0,25 dərəcə təşkil edib.
Yeni texnologiyanın elektrikli avtomobillərdə kabelsiz şarj prosesini daha dəqiq, əlçatan və rahat hala gətirəcəyi gözlənilir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 64 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTurlar.AZ - Türkiyə turları
Pulsuz elanlar saytı olan -da Türkiyənin saysız-hesabsız turları təklif olunur. Bunlar arasında ən məşhurları İstanbul turları, Bodrum turları, Marmaris turları, Kuşadası turları və Antalya tur paketləridir. Xarici turlar arasında endirimli turlara da rast gəlmək mümkündür. Odur ki, tələsin! İlin istənilə
27.11.2026 1152 Onun üçün kosmosa 100-dən çox halal yemək göndərdilər - Video
Çin "Tiangong" kosmik stansiyasına göndərdiyi ilk xarici astronavt olan pakistanlı Məhəmməd Zeşan Əli üçün 100-dən çox təamdan ibarət xüsusi halal menyu hazırlayıb. "Qafqazinfo" xəbər evrir ki, Çin dövlət televiziyasının məlumatına görə, bütün qidalar halal istehsal standartların
27.11.2026 458 Wi-Fi routerini gecələr söndürün
Əksər insanlar evdəki Wi-Fi routerini gecə-gündüz işlək vəziyyətdə saxlayırlar. İnternet artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyindən bu cihazları söndürmək çoxlarının ağlına belə gəlmir. Lakin mütəxəssislər bildirirlər ki, routerin gecələr söndürülməsi yuxu keyfiyyətinə və elektrik enerjisin
13:10 0 Təmir ustası xidməti
Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust
26.11.2026 6719 Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
Quru lobya, noxud, mərci və maş kimi paxlalı məhsullar isti və rütubətli mühitdə saxlandıqda qısa müddətdə qurdlaya bilir. xəbər verir ki,təzəliyi qorumaq və israfın qarşısını almaq üçün düzgün mühafizə qaydalarına əməl etmək vacibdir:. Hava keçirməyən şüşə bankalar: Alınan paxlalılar əvvəlcə yoxlanılmalı
10:30 127 Xidmetler.AZ - IT, internet, SMM xidmətləri
ın IT, İnternet və SMM bölməsi ən çox baxılan bölmələrdəndir. Xidmətə instaqram və tiktok panel xidməti, 1C proqramı servisi, proqram təminatı, proqramların yazılması, telefon proqramlarının yüklənməsi, oyunların yüklənməsi, mini ATS-lərin quraşdırılması, veb sayt dizaynı, İT support xidməti, mobil əlavələri
13:42 100 Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
XX əsrin əvvəllərindən etibarən əməliyyatxanalarda ağ xalatların yerini yaşıl və mavi formaların almasının arxasında cərrahların görmə dəqiqliyini qoruyan mühüm optik və nevroloji səbəblər dayanır. xəbər verir ki, əməliyyat zamanı saatlarla qırmızı və çəhrayı toxumalara baxan cərrahların beynində "rən
00:13 295 Hörümçəkləri evdən uzaqlaşdırır: Bunu pəncərə önünə qoyun
Evlərdə, xüsusilə pəncərə kənarlarında və otaqların künclərində görünən hörümçəklər bir çox insanı narahat edir. Onları uzaqlaşdırmaq üçün müxtəlif təbii üsullardan istifadə olunur. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, pəncərə önünə qoyulan və üzərinə bir damcı efir yağı əlavə edilən vasitələri
23.11.2026 709 Telefon suya düşəndə bu 4 səhvi etməyin
Smartfonun suya düşməsi və ya üzərinə maye tökülməsi ciddi problemlərə səbəb ola bilər. Belə vəziyyətdə cihazı xilas etmək üçün istifadə edilən bəzi məşhur üsullar isə əksinə, zərəri daha da artıra bilər. Xüsusilə telefonu düyünün içinə qoymaq, fenlə qurutmaq və dərhal enerji mənbəyinə qoşmaq təhlükəl
22.11.2026 646